Kimə uzun ömür versək, onu xilqətini dəyişib tərsinə çevirərik (qüvvəsini alar, uşaqlıq dövrünə qaytararıq ) bunun haqqında düşünmüsünüzmü?”


    Bu ayənin İmam Məhdinin “ə.c” uzun ömrlü olması ilə nə bağlılığı var?

    Məlum ayə bir İlahi qanundan bəhs edir. İnsanlar tədricən qüdrətlərini itirib zəif və qüdrətsiz olurlar . Sanki anadan olan ilk çağlarına qayıdırlar : Necə ki, insan dünyaya gələn çağda zəif olur, böyüdükcə fiziki gücə yiyələnir. Qocalığa doğru getdikcə yenidən qüvvəsini əldən verir. Hər bir canlı zəiflik mərhələlərinə çatır.( “Məzhəb haqqında suallara cavab”, Ayətullah Məakarim Şirazi, Ayətullah Cəfər Subhani, səh. 216-218.)

    İmam Məhdi “ə.c” 255-ci hicri qəməri ili, şaban ayının 15-i, Cümə günü sübh vaxtı Samira şəhərində dünyaya gəlmiş və hazırkı çağa qədər 1100 – dən artıq yaşı var. İmam Mehdinin uzun ömrü haqqında oxuduqda zehində bəzi suallar yaranır: “Görəsən insan bu qədər ömür sürə bilərmi?”

Bir şəxsin bu qədər ömrə malik ola biləcəyinin mümkünlüyünü din, elm təsdiq edirmi  ?

Sözü keçən suallara cavab verməzdən öncə mümkünlük haqqında məlumat vermək lazım gəlir:

    Mümkünlük dedikdə dörd hal nəzərə çarpır :

    1.Praktiki mümkünlük ;
    2.Elmi mümkünlük ;
    3 . Fəlsəfi mümkünlük ;
    4 .Tarixi mümkünlük ;

    1-Praktiki mümkünlük

    Praktiki mümkünlük dedikdə məqsəd bir işin həyata keçə bilməsinin mümkünlüyünün hamı tərəfindən qəbul edilməsidir. Məsələn: Dalğıcların okeanın dibinə varıb oranı kəşf etməsi və ya kosmonavatların aya getməsin mümkünlüyünü hamı qəbul edir. Yəni günümüzdə yuxarıda sadalanan işlərin həyata keçməsi qeyri-mümkün sayılmır.

    2- Elmi mümkünlük

    Elmi mümkünlük dedikdə məqsəd, bir işin praktiki cəhətdən mümkünlük mərhələsinə çatmasıdır .Lakin elmi nailiyyətlər onun mümkünlüyünü inkar etmir. İmam Məhdinin “ə.c” uzun ömürlü olmasını elmləri mütaliə etməklə sübut etmək olar. Bu uzun ömürlük istisnalıq təşkil edir . Min il və ondan artıq yaşamaq bu gün də mümkündür və bu işin icra olmasını elmi dəlillərlə isbat edirlər .Qeyd etməliyik ki , hazırkı elm dünyası uzun ömürlülyün mümkün olmasını nəzəri və təcrubi cəhətdən inkar etmir. (Sünən ibn Macə, 2-ci cild, kitabul fitət, bab 33). Hətta alimlərdən bəziləri bir sıra mütəxəssislərin iddiasının əksinə olaraq sübüta yetrimişlər ki , dəyişməz hesab olunan təbiətin qanunlarında bəzi istisnalar mümkündür .
    Düzgün qidalanma və gigiyenaya riayət etmək insan ömrünü bir neçə dəfə artıra bilər və bundan əlavə dini hədislərdə belə gəlmişdir: Siley – rəhim etmək ( qohumlarla get – gəl etmək ) , sədəqə vermək , günahdan uzaq olmaq və s… insan ömrünün artmasına səbəb olar.
    Ötən əsrlərdə kimyaçıların əbədi həyata çatmaq üçün apardığı səylər heç bir nəticə verməmişdir. 19 –cu əsrin axırlarındakı elmi müvəffəqiyyətlər insanın daha artıq ömür sürməyə olan arzularının yenidən rövnəqlənməsinə səbəb olmuş və bəlkə də yaxın gələcəkdə bu xəyalın reallaşacağı barəsindəki ümidlərimizi dahada artırmışdır .Bu istiqamətdə alimlər əvvəlcə heyvanların üzərində sınaqlar keçirmişlər. Misal üçün: Kornel universtetinin görkəmli mütəxəssisi Mak Kay və London universtetindən Aleks Kam Furet insanın qidalanması ilə onun qocalığı arasında tənasübü araşdırmışlar və öz sınaqlarında siçanların bəzilərinin ömrünü 50 % artırmağa nail olmuşlar. Milçəklərin üzərində aparılan təcrübələr isə onların ömürlərinin 300 dəfə artırılması ilə nəticələnmişdir. Nəzərə almalıyıq ki , insan da canlı məxluqatdan biridir və Allah onu digər yaratdıqlarından üstün hesab edir .
    Görəsən Allahın qüdrəti çatmır ki , bir nəfəri diri saxlaya , bütün dünyanı zülm, fəsad, ədalətsizlik və s… Əhatə etdiyi zaman aşkar eləyə və bütün dünyanı ədalətlə dolduraraq İslamı bütün dünyaya hakim qərar verə . Əlbətdə bu Allahın qüdrətindən xaric deyil.Çünki Allaha- taala öz höccətini tamamlamaq üçün yer üzərinə nümayəndələr göndərib, amma təəssüflər olsun ki, azğınlıq və şeytani yolla getmək çoxlu insanları bu həqiqətdən uzaq salıb və (bir azca da olsun) bunun barəsində düşünmələrinə mane olub .Allah övliyaları bəzi düşünməz insanların hücümüna məruz qalıb və hətta bu onların ölümü ilə nəticələnib. Hər işində hikmət sahibi olan Allah–taala öz axırıncı nümayəndəsini insanların gözündən uzaq saxlayıb ki, bir gün insanlar onun gəlişini səbirsizliklə gözləyə və onun aşkar olmağı üçün gecə-gündüz dua edələr!
    Məntiqi və fəlsəfi baxımdan da bir insanın min illərlə yaşaması mümkündür. Çünki bu məsələ əqli nəzərdən qeyri-mümkün sayılmır və bu fərziyyədə heç bir paradoks və ziddiyyət gözə dəymir.

3.Tarixi mümkünlük

    Tarixdə bəzi şəxslər uzun ömürlü olublar . Qurani – kərimdə həzrət Nuh haqqında buyurulmuşdur: O, öz tayfasının arasında 950 il təbliğ edib! (Ənkəbut/14)
    Ayədən məlum olur ki, bu müddət onun peyğəmbərlik dövrüdür .İbn Quteybə “Maarif “ kitabında qeyd etmişdir ki , həzrət Adəm (ə) 1000 il yaşayıb .Həzrət Adəmin övladlarından olan Şis (ə) isə 912 il ömür sürüb .
    Loğman ibn Ad 3500 il ömür sürüb, başqa bir mənbədə isə 7000 il yaşadığı qeyd olunmuşdur .(Əlfusulul-işrə fil-qeybə, Şeyx Mufid , fəsil 6 , cild 13 ,bax : Kəmaluddin , Şeyx Səduq ).
    İbn Xəldunun qeydlərinə görə Şaddey 900 il yaşamışdır .Ömrünün 300 ilini İrəm şəhərində Ədn biyabanını düzəltməyə sərf etmişdir .Bu insanların uzun ömür sürüb dünyalarını dəyişməsindən bəhs etdi . Lakin bəzi insanlar da imam Məhdi )ə.c) kimi sağdırlar. Misal olaraq : Həzrət Xızır peyğəmbər həzrət Musanın vaxtında yaşamışdır. Onun hətta indi də sağ olduğunu qeyd edirlər .(Əl isabət , ibn Həcər , 2 – ci cild , səh 293 – 294 ).
    İmam Məhdinin (ə.c)zuhurunda zühur edəcək və ona iqtida edəcəkdir. (Sunən ibn Macə, 2 – ci cild, Kitabul fitət, bab 33, Əlməhdi, Seyyid Sədrəddin Sədr ,səh . 227 – 228 ).
    Sonda qeyd etmək lazımdır ki,elmi, fəlsəfi, dini və tarixi baxımdan subut olunmuşdur ki, İmam Məhdi (ə) sağdır və Allah–taalanın izni ilə qeybdədir, Allah o həzrətin zühürunu tezləşdirsin .
Amin!