İşiq Yolu

Yaşadığmız gündəlik həyatda yaxşı pislə, doğru yalanla, haqqı batillə, düz səhvlə seçilməz bir vəziyyət alıb. Bunları bir birindən seçə bilmək insan həyatında həyati bir əhəmiyyəti vardır. Çünki istər ictimayyi və istərsə fərdi həyatda daima iki seçimlə üzləşirik.

Amma hamını maraqlandıran sual yuxarıda adı çəkilənləri bir birindən necə seçə bilməyin metod və yoludur. Bəzi insanlar bunlar birindən ayırmağın yolunu həyatın müxtəlif sahələriylə tanışlığ olduğunu göstərirlər. Həyatın müxtəlif sahələriylə tanışlığ bu yolda danılmaz əhəmiyyət kəsb edir, amma yenə kifayət deyil. Çünki hər nə qədər həyatın müxtəlif sahələriylə tanış olsaqda, iki seçim qarşısında (yəni doğru yalan, haqq batil və düz səhv) çıxılmaz vəziyyətə düşürük.

İslam dini şəriətlə kifayətlənən bir din olmadığı üçün həyatın bütün sahələrində olduğu kimi, bu sahəsindədə bizlər üçün bir işiq yolu göstərir. Allah-Təala Qurani Kərimidə buyurur: “ Ey iman gətirənlər, əgər təqvalı olub və gunahlardan uzaq olsanız, Allah sizə furqan (yəni haqqı batildən ayıra bilmək gücü) verəcəkdir.” (Enfeal 29)

Ayənin mənasına diqqət etdikdə çox bir dərin mənanı özündə əks etdirdiyinin görərik. Gunah insan həyatında çox böyük əhəmiyyətli bir rol oynayır. İnsan ruh və cismdən ibarət bir varlıqdır. Bu iki varlıq bir biriylə sıx qarşılıqlı əlaqədədir. Bəzən insanın bədənində nasazlıq olan zaman ruhuda inciyir və ruhi sıxıntı olanda isə insanın cismidə təsirlənir. Bu fakt ruh və cismin qarşılıqlı sıx əlaqəsinin göstəricidir.

Gunah insanın ruh və mənəviyyatına çox böyük təsir göstərir. Nəticədə cismdə bundan təsirlənir. Bu səbəbdən insan haqqı batildən, doğrunu yalandan və səhvi düzdən ayıra biləcək bir gücü əldən verir.

Gündəlik həyatımızda ən çox qarşılaşdığmız gunahlardan yalançılığı, insanlara qarşı hörmətsizliki, bədxahlığı, paxıllığı misal kimi göstərmək olar. Necəki Allah Quranda buyurur gunahlar insan üçün yaxşını pisdən, doğrunu yalandan və haqqı batildən seçmək üçün ən böyük maneədir. Əgər gündəlik həyatımızda çalışıb gunahlarda uzaq ola bilsək, dünya və axirət həyatında əvəzolunmaz xoşbəxtlik qazanarıq. Nəticədə sağlam bir cəmiyyət qurmağ imkanımız olar..

Yazar

Paylaş !

Facebook
WhatsApp
Rəy bildir !

Son yazılar

Bizi izlə !

Kəbə canli izlə !

Gürcustan islam araşdırmalar mərkəzi