İslam mədəniyyətində məclis ədəbi və qonaqpərvəlik

İslam mədəniyyətində məclis ədəbi və qonaqpərvəlik
Hər şeydən öncə insanın necə yaradılmasına diqqət etmək ən mühüm məsələlərdən biridir. Allah taala insanları təbiətən ictimai əhval-ruhiyyədə yaratmışdır. Bu səbəbdən də insanın tək yaşaması İslamda bəyənilmir. Buna görə də insan həyatında ictimai əlaqə çox zəruridir.
Qurani-Kərimə nəzər salanda müsəlmanlara, bəşəriyyət və cəmiyyətin birliyi arasındakı əlaqəni gücləndirmək üçün çoxsaylı həll yolları təklif edir. Misal olaraq salam vermək, salam verməyi ən yaxşı şəkildə tövsiyyə edərək buyurur: Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eynilə sahibinə) qaytarın! Şübhəsiz, Allah hər şeyi hesaba alandır (Nisa/86). Salam vermək insanların tanışlığına başlamaq, bir-birinə qarşı təhlükəsizlik hissi yaradan, mənəviyyat və sağlamlıq hədiyyəsini ifadə və bir-birilərinin haqqında dua etdirən bir vasitədir.
Həmçinin bir-birilərini yaxşılıq və təqvaya dəvət etmək, yaxşılıqda bir-birilərini keçmək, ehtiyaclarını ödəmək, ziyarət etmək, valideynə ehtiram etmək, infaq və sədəqə vermək, qohumluq və qonşuluq əlaqələrinin möhkəmləndirmək, müsəlman nüfuzunu qorumaq, dünya xalqlarına kömək etmək, beynəlxalq münasibətləri qorumaq və s… kimi yolları tövsiyyə edir.
Qonağa ehtiram etməyin zərurəti
İslam mədəniyyətində qonağa xüsusi ehtiram vardır. Bu haqda Həzrət İbrahim peyğəmbərin (ə) qonaqla ədəbindən, Qurani kərim belə nəql edir: İbrahimin (mələklərdən ibarət) əziz qonaqlarının xəbəri sənə (gəlib) çatıbmı? Onlar İbrahimin yanına gəlib salam verəndə o dedi: «Salam (olsun sizə)». (Lakin öz-özlüyündə) «(bunlar) yad bir dəstədirlər» (dedi). Gizlincə ailəsinin yanına getdi və (kabab edilmiş) kök bir buzov gətirdi. Onu onların qabağına qoydu (və yemədiklərini görüb) dedi: «Yemirsiniz?!»( zariyyat 24-27)
Həzrət Məhəmməd peyğəmbərdən (s) bir neçə hədisdə qonağa hörmət haqqında belə nəql olunur:
1.       Allaha və qiyamət gününə iman gətirən hər kəs öz qonağının hörmətini qorumalıdır. (Usul kafi, c 6, s 285, h 1)
2.       Qonaq öz ruzisini gətirir, ailənin günahlarını aradan aparır. (Biharul ənvar, c 75, s 461, h 14)
3.       Hər kəs Allah və Rəsulu tərəfindən sevilmək istəyirsə, qonağı ilə birlikdə yemək yesin.(Tənbihul xəvatir, c 2, s 116)  
Həmçinin İmam Kazimdən (ə) nəql olunur: Allahın Rəsulu (s) hər dəfə qonaq gələndə onunla yemək yeyər, qonaq yeməyi kəsməyincə yeməkdən əl çəkməzdi. (Vəsailuş-şiə, c 16, s 599)
Bir gün bir şəxs İmam Əlini (ə) (ə) yemək üçün evinə dəvət etdi. İmam(ə) buyurdu: “Əgər üç şeyi etsən, dəvətini qəbul edərəm”.
O, şəxs soruşdu: bu üç şey nədir?!
İmam(ə) buyurdu:
1. Evdən kənarda heç nə hazırlamayın. (yemək gətirməyin)
2. Evdə məndən heç nə gizlətmə və bir şey gətir.
3. Ailəni sıxınyıya salma və onları yeməkdən məhrum etmə.
O, şəxs İmamın(ə) sözünü qəbul etdi. İmam Əlidə(ə) onun dəvətini qəbul edərək onların evinə getdi. (Biharul ənvar, c 15, s 240)

Qonağın vəzifəsi

Qonağın ev sahibi qarşısında yerinə yetirməli olduğu bir sıra vəzifələri də vardır, məsələn, ev sahibi icazəsi olmadan içəri daxil ola bilməz. İçəri daxil olduqdan sonra isə ev sahibinin buyruğuna uymalı və qulaq asmalıdır.
Qurani-Kərimdə möminlərə xitab olaraq belə buyrulur: Ey iman gətirənlər! Peyğəmbərin evlərinə sizə yeməyə icazə verilmədən (yeməyə dəvət olunmadan) girib onun bişməsini gözləməyin. Lakin dəvət olunduqda gedin və (yeməyinizi) yedikdən sonra (orada bir-birinizlə) söhbətə qapılmayıb dağılın. Bu (sizin çox oturmağınız), Peyğəmbərə (s) əziyyət verir, amma o sizdən (bunu sizə deməkdən) utanırdı. Lakin Allah doğru sözdən çəkinməz. Onlardan (Peyğəmbərin zövcələrindən) bir şey soruşduqda, pərdə arxasından soruşun (evlərinə daxil olmayın). Bu həm sizin, həm də onların ürəklərinə daha çox təmizlik bəxş edər… (Əhzab, 53)
İmam Sadiq (ə) buyurur: “İnsan başqa bir evə daxil olanda ev sahibi ona harada oturmağını uyğun görərsə orada da oturmalıdır. Çünki ev sahibi evin vəziyyətindən və başqalarından gizlədilməli olan əşya və sirrlərdən daha agahdır. (Səfinətul bihar, c 2, s 76)
Başqa bir hədisdə qonağın vəzifəsi olaraq, Həzrət Məhəmməd peyğəmbər(s) belə buyur: Qonağın qalma müddəti, üç gündür. Əgər üç gündən artıq qalarsa, onun xərcləri sədəqə niyyəti hesab olur. Qonaq gərək üç gündən sonra yerini dəyişə. (Məcmuətul əxbar, s 13)
Süfrə başında oturmağın qaydaları
İslamın əxlaqi və gigiyenik əmrlərindən biri də süfrə açarkən yeməkdən əvvəl əllərin yuyulmasıdır.
İmam Sadiq (ə) buyurur: “Yeməkdən əvvəl ev sahibi, sonra qonağ əllərini yusun. Yeməkdən sonra isə ev sahibinin sağında oturan qonağ əllərini yuysun. (Biharul ənvar, c 15, s 240)
Yemək yeməyin başlaması ilə bağlı Allah Rəsulu (s) buyurur: “Ev sahibi qonaqdan əvvəl yeməyə başlamalı və Ondan sonra yeməyi dayandırmalıdır. (qonaqlar dinc şəkildə yesinlər və doysunlar). (Səfinətul bihar, c 2, s 76)
Ev sahibinin başqa bir vəzifəsi qonağı heç bir şeyə buyurmamaqdır. 
İmam Sadiq (ə) buyurur: “Biz qonaqlardan kömək almayan və onlara əmr verməyən bir ailəyik. Allah Rəsulu (s) buyurur: Ev sahibinin digər vəzifələrindən biri budur ki, qonağ üçün diş çöpü də hazırlasın. (Səfinətul bihar, c 2, s 76)
Başqa bir hədisdə belə nəql olurnur ki, İmam Rizanın (ə) evində qonağı var idi, əlinin uzadıb istədi çıranı düzəltsin. İmam Riza (ə) onu bu işdən çəkindirərək buyurdu: Biz Əhlibeyt (ə) öz evlərimizin işini qonağın öhdəsinə qoymuruq. (Səfinətul bihar, c 2, s 76)
Qonağı yola salmaq
İslamda qonağa bu qədər ehtiram qoyulduqdan sonra, onun yaxşı bir şəkildə yola salmaq da tövsiyyə olunur. Bu haqda Allah Rəsulu (s) buyurur: Ev sahibinin vəzifələrindən biri qonağı otaqdan qapıya qədər müşaət etməkdir. (Səfinətul bihar, c 2, s 76)

Nəticə

İnsan yaradılışdan ictimai bir varlığ olduğundan, ictimai əlaqələrə daha çox ehtiyacı vardır. Bu əlaqələrdən biri də insanların bir-birlərinə get–gəl etməsi və qonaqlı münasibət və əlaqələridir. Bu qısa məqalədə İslam mədəniyyətində məclis ədəbi və qonaqpərvəlik mövzusunu bəhs etdik və bu başlıq altında bir neçə nəticəyə yetişdik. Sizlər üçün, qonağa ehtiram etməyin zərurəti, qonağın vəzifəsi, süfrə başında oturmağın əxlaqi və gigiyenik qaydaları, qonağı yola salmaq barəsində danışdıq.


Dr. Fariz Rəcəbov

Mənbələr
1.     Qurani kərimin, (V.Məmmədəliyev və Z. Bünyadov tərcüməsi)
2.     Usuluu kafi, Muhammd ibni İshaq Kuleyni.
3.     Biharul-ənvaril-camiəti lidurəri əxbaril-əimmətil-əthar, Əllmə Məhəmməd Baqir məclisi.
4.     Səfinətul-Bihar, Əllmə Məhəmməd Baqir məclisi.
5.     Tənbihul-xəvatir və nuhzətun -nəvazir, Vərram ibni Əbi Fəras Hilli.
6.     Vəsail əl-şiə, Şeyx Mühəmməd ibn Həsən Hürr Amili.
 
 
 
 
 
 
 
 

Yazar

Paylaş !

Facebook
WhatsApp
Rəy bildir !

Son yazılar

Bizi izlə !

Kəbə canli izlə !

Gürcustan islam araşdırmalar mərkəzi