Ziyarət hansı mənalarda ifadə olunur?

Məsumları (ə) ziyarət etmək onlarla ümumi tanışlığa səbəb olur. Lakin daha səmərəli istifadə üçün ziyarətin iki növ olduğuna diqqət yetirməliyik

1.Hörmət ifadə edən ziyarət

Bu ziyarət din böyüklərinə hörmət məqsədilə məqbərəyə getməkdən və ziyarətnamə oxumaqdan ibarətdir. Belə ziyarətdə insan ziyarətgaha gedib məsuma hörmət və sevgisini bildirir, ziyarətnamə oxuyur, mənəvi enerji alır, sonra da evinə dönüb ziyarəti qismət etdiyinə görə Allaha şükr edir.

2. Kamil ziyarət

Bu ziyarət bilgi və düşüncə əsasında baş tutur, daha layiqli şəkildə həyata keçir, insanın baxışlarının yüksəlməsinə səbəb olur, əxlaq, rəftar və düşüncəsində dəyişiklik yaradır. Belə bir ziyarətə nail olmaq üçün bir neçə məsələyə diqqət yetirmək lazımdır:

1. Ziyarət zamanı məsuma hörmət və sevgi bildirməyi, ondan mənəvi güc almağı diqqətdə saxlayaq;

2. Ziyarət edəcəyimiz şəxs haqda məlumatımızı artıraq;

3. Başqalarının məhəbbətini qəlbimizdən çıxaraq;

4. Diqqətimizi ziyarətə və ziyarət etdiyimiz şəxsə yönəldək.

5. Ziyarət etdiyimiz məsumu ölü yox, diri bilək;

6. Ziyarətgaha daxil olmazdan öncə məsumun Xaliqlə məxluq arasında vasitəçi olması və onun uca mənəvi məqamı haqda düşünək, ona qarşı təvazökar olaq və həqiqi etiqada yiyələnək;

7. Məqbərəyə daxil olmaq üçün icazə alaq;

8. İzin verilməyincə, yəni qəlbimizdə iznin verildiyini bildirən rahatlıq yaranmayınca məqbərəyə daxil olmayaq. Geciksək və ya bir neçə dəfə gedib-gəlməli olsaq da, buna nail olmağa çalışaq;

9. Məqbərəyə daxil olan vaxt gözümüz yaşlı, üzümüz xəcalətli, vücudumuz xidmətə tam hazır olsun;

10. Unutmayaq ki, “salam” sözü həm də təslim olmaq deməkdir. Bu baxımdan, məsuma salam verərkən bütün vücudumuzla ona təslim olaq.

ƏRBƏİN YOLDAŞIM – GİAM

Yazar

Paylaş !

Facebook
WhatsApp
Rəy bildir !

Son yazılar

Bizi izlə !

Kəbə canli izlə !

Gürcustan islam araşdırmalar mərkəzi