1. Məqbərəyə daxil olmazdan qabaq qüsl almaq (hər 24 saata bir ziyarət qüslü kifayət edir
2. Qüsl alarkən qüslün müstəhəb dualarını oxumaq
3. Dəstəmazlı olmaq
4. İmam Hüseynin (ə) ziyarətindən başqa bütün ziyarətlərə gedərkən ağ, təmiz və pak geyimlər geyinmək
5. Müqəddəs ziyarətgaha gedərkən çox sakit və vüqarla yerimək, kiçik addımlar atmaq
6. İçəri daxil olarkən ayaqyalın olmaq
7. İmam Hüseynin (ə) ziyarətindən başqa bütün ziyarətlərə gedərkən ətirlənmək
8. Məqbərəyə gedərkən mənəvi halda olmaq
9. Məqbərəin qapısında dayanmaq, salam vermək və içəri daxil olmaq üçün izin almaq
10. Ziyarətə nail olduğu üçün Allaha şükür səcdəsi etmək
11. Məqbərəyə sağ ayaqla daxil olub, sol ayaqla çıxmaq
12. Zərihə qarşı tərəfdən yaxınlaşmaq və özünü ona yapışdırmaq
13. Məzarı öpmək və üzün sağ tərəfini ona sürtmək
14. Ziyarət vaxtı məsumla üzbəüz dayanmaq
15. Məsumun baş tərəfinə getmək, üzüqibləyə dayanaraq dua etmək
16. Ziyarət vaxtı ayaq üstə dayanaraq dua etmək
17. Başı aşağı salmaq, sağa-sola baxmamaq
18. Məqbərəyə daxil olarkən və ziyarətnamə oxumazdan öncə təkbir demək
19. Məsumların özlərindən nəql olunmuş ziyarətnamələri oxumaq
20. Məzarın baş hissəsində dayanaraq ziyarət namazı qılmaq
21. Ziyarət namazından sonra dua etmək
22. Özünün və din qardaşlarının hacətini Allahdan diləmək
23. Qohumları və dostları tərəfindən ziyarət etmək
24. Quran oxuyub savabını məsuma hədiyyə etmək
25. Lazımsız söhbətlərdən çəkinmək
26. Məsumun hüzurunda səsini qaldırmamaq
27. Məqbərədə boşuna oturmamaq, ziyarət etdikdən sonra oradan çıxmaq
28. Məqbərədən çıxanda məsuma arxa çevirməmək üçün arxa-arxaya addımlamaq
29. Yenidən ziyarət etmək üçün qayıtmağı niyyət etmək
30. Məsumlardan nəql olunmuş sözlərlə məsumla vidalaşmaq
İmam Sadiq (ə) buyurub: “İmam Hüseyni (ə) ziyarət edərkən: Qəmli ol, toz-torpağa bulaşmış ol, ac halda ziyarət et, susuz halda ziyarət et, saçın dağınıq olsun. Çünki İmam Hüseyn (ə) qəmli, qəlbisınıq, pərişan, toz-torpağa bulaşmış, ac və susuz halda şəhid edilmişdir. Bu halda ziyarət et, hacətlərini istə və qayıt. Qalıb oranı özünə vətən seçmə !
Çünki orada yaşamaq imamın hüzurunda olmaq hissini adiləşdirə bilər
Məsumları ziyarət etməyin ədəb qaydaları
