Əhli-beyt (ə) imamları Kərbəla ziyarətçiləri üçün çoxlu dualar etmişlər. İmam Sadiq (ə) buyurur: “İstəyirsinizmi İmam Hüseyni (ə) ziyarət etməklə Məhəmmədin (s), Əlinin (ə), Fatimənin (ə) və digər imamların (ə) dua etdiyi şəxslərin sırasına daxil olasınız? İlahi, İmam Hüseyni (ə) ziyarət edənləri bağışla! Onlar bizə yaxşılıq etmək və sevgilərini bildirmək üçün, habelə Sənin vəd etdiyin savaba nail olmaq ümüdi ilə öz mallarını (ziyarət səfərinə) xərcləyir və bədənlərini əziyyətə salırlar. Onlar bununla bizim əmrimizi yerinə yetirib Sənin Peyğəmbərini (s) sevindirir, düşmənlərimizi narahat edirlər. Onlar bununla Səni razı salmaq istəyirlər. Bizə görə Sən də onlardan razı ol! Onları gecə-gündüz qoru! Arxada buraxdıqları ailə və övladlarını ən gözəl şəkildə qoru! Onları hər bir inadkar zalımın, hər bir zəif və güclü şəxsin şərindən uzaq saxla! Onları insan və cinlərdən olan şeytanların şərindən qoru! Vətənlərini tərk etdiklərinə, bizi övladlarından, ailələrindən və yaxınlarından üstün tutduqlarına görə Səndən umduqlarınının ən yaxşısını onlara bəxş et! Öz seçdiklərindən daha üstününü onlara bəxş et! Bizə olan sevgilərinə görə günəşin dəyişdiyi üzlərə rəhm et! Əbu Abdullah Hüseynin (ə) qəbrinə qoyulan yanaqlara rəhmət et! Bizə ağlayan gözlərə rəhmət et! Bizə görə qəmlənən və yanan ürəklərə rəhmət et! Bizə görə ucalan ah-nalələrə rəhm et!” İmam Hüseyni (ə) ziyarət etməyin faydaları
Hədislərdə İmam Hüseyni (ə) ziyarət etməyin çoxlu faydaları vurğulanmışdır. Onlardan bəziləri maddi və dünyəvi, bəziləri də mənəvi və axirətlə bağlıdır. Bilmək lazımdır ki, ziyarətçinin şüurlu etiqadı nə qədər güclü olsa, bu fayda və təsirlər də bir o qədər çox olar.
İmam Hüseyni (ə) ziyarət etməyin faydaları
Maddi və dünyəvi faydalar
1. Mənəvi yüngülləşmə və sevinc hissi
2. Ruzinin artması
3. Ömrün uzanması
4. Bəlalardan qorunmaq
5. İstəklərin həyata keçməsi
6. Ziyarətə xərclənən hər dirhəmin qarşılığında min dirhəmin əldə edilməsi
Mənəvi faydalar
1. Ziyarət məsuma dair şüurlu etiqadla olsa, Allah ziyarətçinin adını cənnətin ən yüksək dərəcəsində yazar
2. Ərşdə Allahı ziyarət etmiş kimi olar
3. Min qul azad etmiş kimi olar
4. Allah yolunda min at vermiş kimi olar
5. Günahları bağışlanar
6. Savabı Məscidül-həramda etikaf saxlamağın və iki ay oruc tutmağın savabına bərabər olar
7. Savabı həcc və ümrə savabına bərabər olar. İmamı nə qədər yaxşı tanısa, savabı bir o qədər çox olar
8. Duasının qəbul olunacağına Əmirəlmöminin (ə) tərəfindən zəmanət verilmişdir.
İmam Əli (ə) İmam Hüseyni (ə) ziyarət edənlər barədə buyurub: “Mən sizin dualarınızın qəbul olunmasına, dünya və axirət bəlalarının sizdən uzaqlaşmasına zaminəm
9. Allah bu ziyarətçi ilə söhbət edib buyurar: “Ey mənim bəndəm! Məndən istə, sənə bağışlayım, mənə dua et, qəbul edim, məndən istə, verim3 ”
10. Allahın rəhməti ona şamil olar
11. Mələklər onu uca tutarlar
12. Mələklər onu qarşılamağa gedərlər
13. Mələklər onunla görüşərlər
14. Mələklər onunla yoldaş olarlar
15. Mələklər onun üçün dua edərlər
16. Mələklər ona salam göndərər və Allahdan rəhmət diləyərlər
17. Xəstələnəndə mələklər onu ziyarət edərlər
18. Qiyamətə kimi mələklər onun bağışlanması üçün dua edərlər
19. Qiyamət günü Allah onu qoruyar
20. Allahın ona bağışlayar və Qiyamət günü əməl kitabında heç bir günah görünməz
21. Hidayət olmuşların sırasına daxil olar və qiyamət günü hamı ona qibtə edər
23. Allah onu salehlərin sırasına daxil edər
24. Allahın, Peyğəmbərin (s) və Əhli-beytin (ə) ordusuna daxil olar
25. Peyğəmbər (s) ondan razı qalar
26. Cənnətdə Peyğəmbərlə (s) yoldaş olar və görüşər
27. Əhli-beytin (s) düşmənlərini dilxor və narahat edər
28. Əhli-beytin (ə) göstərişlərinə əməl edənlərdən sayılar
29. İmam Hüseynə (ə) cəfa edənlər sırasından çıxar. Çünki o həzrəti ziyarət etməmək ona cəfa sayılır
ƏRBƏİN YOLDAŞIM – GİAM