Cabir ibn Əbdullah Ənsarinin Ərbəin ziyarəti

İmam Hüseynin (ə) şəhadətindən sonra Cabir ibn Abdullah öz dostu Ətiyyə bin Səd bin Cunadə Kufi ilə birgə Kərbəlaya gəldi. Ətiyyə dövrünün böyük alim və təfsirçilərindən, tabeinin böyüklərindən və Abdullah ibn Abbasın şagirdlərindən olmuşdur. O, Qurana beş cild təfsir yazmışdır və hədis rəvayətçisi sayılır.
Ətiyyə belə nəql edir: “Mən Cabirlə birgə İmam Hüseyni (ə) ziyarət etməyə getdim. Kərbəlaya çatdıqdan sonra Cabir Fərat çayında qüsl aldı. Sonra təmiz paltarlarını geyindi, özü ilə gətirdiyi kisəni açıb özünü ətirlədi. Sonra isə ayaqyalın İmam Hüseynin (ə) məzarına tərəf yola düşdü. Gedə-gedə Allahın zikri ilə məşğul idi. Gözləri görmürdü. İmam Hüseynin (ə) mübarək qəbrinə çatanda baş tərəfində dayanıb mənə dedi: “Əlimi Hüseynin (ə) qəbrinin üzərinə qoy”. Əlini tutdum və qəbirə tərəf apardım. Əli İmam Hüseynin (ə) məzarının torpağına toxunduqda şiddətli üzüntüdən özündən getdi və qəbrin üstünə yıxıldı. Mən onun üzünə su səpdim. Özünə gələndə üç dəfə dedi: “Ya Hüseyn! Ya Hüseyn! Ya Hüseyn!”
Sonra dedi: “Ey Hüseyn, nə üçün mənə cavab vermirsən? Dost dosta cavab verməzmi?!” Sonra dedi: “Necə cavab verəsən ki, qan boğazından sinənə axmış, başın bədənindən ayrılmışdır. Mən şəhadət verirəm ki, sən ən yaxşı Peyğəmbərin (s) övladı, möminlərin sərvəri, təqva nümunəsi, əba səhabələrinin beşincisisən. Bu ayrılıq möminlərin qəlbinə od vurdu. Onlar sənin sağ olmağına şübhə etmirlər. Allahın salamı olsun sənə! Şəhadət verirəm ki, sənin şəhadətin həzrət Yəhya ibn Zəkəriyyanın (ə) şəhadəti kimidir”.
Sonra Kərbəlanın digər şəhidlərini də bu cür ziyarət etdi. O, ziyarət edərək deyirdi: “Salam olsun Əbu Abdullah Hüseynin qəbrinin kənarındakı ruhlara! Salam olsun sizə, ey çirkinliklərdən təmizlənən şəxslər! Salam olsun sizə, ey hidayət olunmuş insanlar! Salam olsun sizə, ey Allah dərgahında xeyirxahlar! Salam olsun sizə və sizin qəbrinizin ətrafına toplaşan bütün mələklərə! Allah bizimlə sizi rəhmət kölgəsinə cəm etsin. Həqiqətən, O, mehribanların ən mehribanıdır. Allahın salamı, rəhmət və bərəkətləri olsun sizə!”

ƏRBƏİN YOLDAŞIM – GİAM

Yazar

Paylaş !

Facebook
WhatsApp
Rəy bildir !

Son yazılar

Bizi izlə !

Kəbə canli izlə !

Gürcustan islam araşdırmalar mərkəzi