İnsanlara həyat bəxş edən islam məktəbi və Allahın son şəriəti, kamil və tamam bir dindir. Bunun üçün də islamda ictimai qanun və hökümlər bir şəxs üçün təyin olunmuş hökm kimi məsuliyyət daşıyır. İslam nəzərində ictimai həyat və cəmiyyətdə hər bir insanın bir- biriylə olan rabitəsi və hər bir vətəndaşın vəzifəsi insanların və cəmiyyətin qarşısında qorunmasıdır ki, o cəmiyyətdə yaşayır. O qanun- qaydalara hər bir müsəlmanın vəzifəsidir ki, rəayət etsin.
İslam cəmiyyətində hər bir vətəndaşın öhdəsinə düşən vəzifələrdən bir neçəsi də ibarətdir:
1. Camaatın haqlarını tapdalamamaq və vətəndaşların hüquqlarını qorumaq. Bu qanunun nümunələrini islamın qonşular və küçələrdən keçən piyadaların haqlarının tapdalanmamasına olan təkidlərindən başa düşürük.
2. İnsanlara kömək və onlara qarşı məsuliyyət hissi keçirmək o zaman ki, təbiət və yaxud başqa yollarla insanlar o bəlalara düçar olurlar.
İslam təlimlərinə görə islam cəmiyyətində və… çətinliklərin həllində öz səyini göstərməli təbiətdə olan bəlalarla əxlaq və tərbiyə baxımından olan bəlalar arasında fərq qoymamalıdır.
3. Cəmiyyətdə əxlaqa riayət etmək bunun kimi; gülər üzlü və gözəl əxlaqa sahib olmaq, təvazökar və aram, insanlarla cəmiyyətdə ağır başlı və mülayim olmaq.
Bir neçə başlanğıca diqqət etmək bu sualın cavablandırmaqda bizim üçün yol açacaq:
1. İnsan ictimai yaşamağı sevən bir varlıqdır, dəqiq desək “təbiətində mədəniyyətdir” tarixin göstərdiyinə görə dəinsan qədim zamanlardan ictimai şəkildə yaşamışdır.
2. İnsanlara həyat bağışlayan islam məktəbi və Allahın son şəriəti olaraq kamil və tamam bir dindir. İnsan həyatının bir çox cəhətləri olduğu üçün, o cür ki, onların biri də ictimai yaşayış tərzidir, qanun və əxlaqa tövsiyə edir. Başqa sözlə desək, o cür ki, bir insanın Alahla rabitə yaratması üçün bir çox qanun və hökümlər vardır. İnsanların da bir- biriylə rabitə yaratması üçün çoxlu qanun və hökümlər qoymuşdur ki, hər bir müsəlman ictimai rəftarlarında onlara riayət etsin.
3. İslamın kamil olmasından məqsəd budur ki, islamda olan qanunlarla mümkündür fəlsəfə, din və islam qanunlarına yol tapmaq və bir çox qanunlar yazılsın.
4. Bunun üçün də bizim nəzərimiz budur ki, keçmiş zamanlarda xüsusilə də islamın əvvəllərində insanların şəhərlərdə yaşaması bu günkü kimi inkişaf etməmişdi və bu gün cəmiyətdə olan çətinliklər, misal üçün yollardakı profkalar, havanın çirklənməsi, çayların bağlanması və s. yox idi.
Bu gün cəmiyyətdə yaşayan müsəlman vətəndaşlar üçün onları nümunə göstərmək olmaz, amma o kiçik şəhərlərdə az bir cəmiyyətin qədim və keçmiş adətləriylə yaşamasına baxmayaraq islam onlar üçün bir qanun yazmışdır ki, bütün dünyada istifadə olunur. Bu günkü şəhər və inkişaf etmiş cəmiyyətlər o qanunlardan istifadə etməsi lazımdır, yəni o qanunlara rəayət etməklə müsəlman bir vətəndaşlığa nail olmaq mümkündür.
GİAM