[post-views]

Aşiqlərin imamı (ə.c)

BİSMİLLƏHİR –RAHMƏNİR-RAHİM.

İMAM MƏHDİ( ə) İLƏ TANIŞLIQ:

İmam Məhdi(ə.f)ilə tanışlıq,Allahı tanımaq üçün ən gözəl vasitə və ən etibarlı yoldur.Allahı istəyən sizdən başlayar.Onun birliyinə inanan yanlız sizin sözlərinizi qəbul edər,ona doğru getmək istəyən Sizə üz tutar.
İmam Zamanla (ə.f) tanışlıq onu sevməyin,onu sevmək isə Allahı sevməyin başlanğıcıdır.Sizi sevən Allahı sevmişdir.Onu tanımadan dini öyrənmək,Quranı başa düşmək,islam maarifini anlamaq və cahiliyyətdən xilas olmaq mümkün deyil.Həzrət Peyıəğənbər(s) buyurmuşdur.. Zamanın imamını tanımadan ölən şəxs,cahiliyyət zamanının ölümü kimidir.

NURUN TƏVƏLLÜDÜ:

Samira şəhərinə hakim kəsilən qorxunc mühitdə,zalim Abbasi hökuməti və cəsusların gözlərindən uzaq,hicri 255-ci il şəban ayının 15-i (miladi tarixi ilə 868-ci ildə) Cümə gününün alatoranlığında İmam Həsən Əsgərinin (ə) kiçik evində vilayət səmasının sonuncu ulduzu doğuldu.O viladətin ilk anlarında Allahın birliyinə və Muhəmmədin (s) Peyğəmbərliyinə şəhadət verdi. 7 ci günündə isə atasının qucağında ikən Qurani-Kərimin bu ayəsini tilavət etdi .Biz istəyirik ki,yerdə zəif düşüb əzilənlərə mərhəmət göstərək,onları öndə gedənlər varislər edək

TƏVƏLLÜDÜN NECƏLİYİ:

Əməvi və Abbasi xəlifələri Peyğəmbərdən (s) onlara çatan hədislərə əsasən bildirirlər ki, gec –tez İmamın (ə) elə bir oğlu dünyaya gələcəkdir ki, zülmə qarşı çıxacaq  və ədaləti bərqərar edəcəkdir.Ona görə də onlar gözləyirdilər ki, körpə dünyaya gələn kimi onu məhv etsinlər.O,Həzrətin (ə) bütün həyatı xəlifələrin nəzarəti altında idi. O evə gedənlərə və gələnlərə nəzarət edilərdi. Belə ki, bu cür şəraitdə İmamın ( ə) dünyaya gəlməsi aşkar şəkildə ola bilməzdi. Onun anasında hamiləliyin heç bir əlaməti görünmürdü və hətta İmamın ( ə) ən yaxın adamları da körpənin dünyaya gəlməsindən xəbərsiz idilər.

QEYB VAXTI ÇƏTİN DİNDARLIQ:

Bəşər qarşısında duran ən böyük təhlükələrdən biri –insaniyyətin itirilmə təhlükəsidir. Tərəqqi  çox yaxşı bir şeydir, amma bir şərtlə ki, insan özünü itirməsin. Zira insan özünü itirdikdə onda bu tərəqqi kimin üçündür ? Tərəqqinin hədəfində insan durmursa, onda nəyə lazımdır ? Bu baxımdan aparılan tədqiqatların nəticəsində müəyyən edilir ki, bəşəriyyətin tərəqqisi onun inanca doğru üz tutması ilə nəticələnəcək. Amma inanclı insan gərək bu gün də öz missiyasını unutmasın. Həzrət Məhdinin ( ə.f) qeybdə olduğu dövrdə, O Həzrətin ( ə.f) zühurunun gerçəkləşdirilməsi yolunda gərək bütün səyləri etsin. Doğru yaşasın, düzgün əməl etsin. İslam Peyğəmbəri ( s) Həzrət Məhdinin (ə.f) qeybdə olduğu vaxt ona sadiqliyini saxlayanların həqiqətdə az olmasına işarə edərək buyurmuşdur: “Məni haqq olaraq göndərənə and olsun ki, O, İmam Məhdi ( ə.f) qeybdə olanda onun imam olması əqidəsində möhkəm duranlar qırmızı kükürtdən də az tapılarlar”

O, (Ə.F) GƏLƏCƏK BİZ HAZIRIQMI?

Həzrət Məhdinin (ə.f) mövludu günü bizə bir mühüm mövzunu xatırladır.Və bu xatırlatma, zəmanə sahibinin (ə.f) hal hazırda qeybdə olması ilə xüsusi səciyyə kəsb edir. Həzrət Məhdinin bizə xatırlatdığı və zəmanəmizin, günümüzün ən mühüm bir məsələsi var : Həzrət Məhdinin (ə.f) qeybdə olduğu zaman, bir insan O, Həzrəti (ə.f) nə dərəcədə xatırlayır ? Nə dərəcədə gerçəkdə bu qeybi dərk edir və zühura hazırlaşır? Zəmanə Sahibinin (ə.f) qeybdə olduğu zamanda öz ilahi təklifini, öz insani vəzifəsini yerinə yetirirmi ? Fərəcin intizarında həqiqətdə ola bilirmi? yoxsa təqvimdə gözə dəyəndən-dəyənə, mövluddan-mövluda onun yadına düşür İmam (ə.f)! Quran ayələrində onun gəlişinə işarələri eşidəndə, hədislərdə Mövlanın (ə.f) mübarək adına rast gələndəmi mömin xatırlayır Onu (ə.f) yoxsa günədlik həyatını intizara uyğun qurur ? Həqiqət budur ki, hər bir inanclının Həzrət Məhdinin (ə.f) qeybi dövründə həqiqi müntəzir olma vəzifəsi var və intizarda olmağın necəliyini, keyfiyyətini o amil müəyyən edir ki, insan bu vəzifənin dərinliyini nə dərəcədə dərk edir .

 NECƏ EDƏK Kİ, İMAM ZAMANLA ( Ə.F) RABİTƏ QURA BİLƏK?

Hər bir Əhli-Beyt (ə) davamçısının ən böyük arzusu Mövlası olan İmam Zamanla     (ə.f) rabitə qurmaqdı . Onun feyzindən bəhrələnməkdir . Bəs nə edək ki, İmamla rabitə qura bilək ? Tarixdə çox sayda insan İmamın (ə.f) görüşünə nail olmuş və Həzrətlə (ə.f) ünsiyyət qura bilmişdi. Əgər bu insanların sifətlərinə nəzər salsaq görərik ki, İmamla (ə.f) görüş feyzinə nail olmağa səbəb olan ən mühüm amillər : təqva, iffət, haramları tərk etmək və ilahi vacibatlara əməl etmək olmuşdur.Hər kim İmamla (Ə.F) rabitə qurmaq istəyirsə, gərək Onu (ə.f) tanısın ona eşq bəsləsin və əməllərində Həzrətin (ə.f) davamçısı olsun .İmam Rza (ə) yaxınlarından birinə belə buyurur : “Əgər mənim məhəbbət məqamımın sənin yanında nə qədər olduğunu dərk etmək istəyirsənsə, qəlbinə nəzər sal. Bax gör qəlbində və işlərində mənə nə qədər servgin vardır və mənim fikrimdəsən” Təbiidir ki, insan sevgisini bəyan etməyə çalışır .Qarşı tərəf də bunu görüb, cavabında da oda öz sevgisini aşkar edir. Ona görə də İmam (ə.f) buyurur: Mənim səni nə qədər sevdiyimi bilmək istəyirsənsə, özünə və öz qəlbinə nəzər sal  və orada mənə qarşı nə qədər sevginin olduğunu görməyə çalış. Bil ki, sən məni nə qədər yada salırsansa, mən də səni o qədər yada salıram. Hər kim İmamla (ə.f) rabitə qurmaq istəyirsə, gərək Onu (ə.f) xatırlasın və yaddan çıxartmasın. İmamın (ə.f) diqqətini cəlb edən bəzi əməllər vardır ki, onları yerinə yetirərək, Həzrətin inayətini qazana bilər, bəlkə də onunla rabitə qurmaq tövfiqinə nail ola bilərik

1. Məsumu (ə) xüsusilə də İmam Zamanı (ə.f) yaxından tanımağa çalışmaq.
2.Hər bir zamanda Həzrəti (ə.f) yada salmaq.
3.Adının və əməllərinin insanlar arasında yayılmasına yardım etmək.
4.İmamın (ə.f) qüdrətinə görə ayrılıq göz yaşı tökmək.
5.Hər səhər axşam İmamın (ə.f) fərəcinin tezləşməsi üçün dua etmək.
6.İbadətlərin savabını Həzrətə (ə.f) hədiyyə etmək.
7.Quranı xətm edib savabını Həzrətə (ə.f) hədiyyə etmək .
8 İmamın (ə.f) salamatlığı üçün sədəqə vermək və mal infaq etmək .
9.Həzrətin (ə.f) davamçılarına yardım etmək və çətinliklərini aradan qaldırmaq.
10.Muxlis və həqiqi Əhli-Beyt (ə) davamçılarını sevmək və onlara ehtiram görsətmək .

AĞAM (Ə.F) BİZ ACİZLƏRƏ GÖRƏ GƏLMİRSƏN BİLİRƏM, NOLAR ZƏHRAYA (S.Ə)    XATİR GƏL : (Ə.F).

QURANDA MƏHDİ HÖKUMƏTİNİN SİMASI

Qurani-Kərim Həzrət Məhdi əleyhissəlamın zühur və qiyamı barədə (bir çox sahələrdə olduğu kimi) xırdalıqlara toxunmadan ümumi şəkildə söz açmışdır. Yəni Quran ümumdünya ədalətli hökumət qurulacağından əməlisaleh insanların yer üzündəki kamil və son qələbəsindən söhbət etmişdir.Bu ayələri İslam təfsirçiləri hədislərə istinad edərək Həzrət Məhdiyə (ə.f) onun qiyamı və zühuruna aid etmişlər, alimlər bu məsələyə aid etmişlər. Alimlərin bu məsələyə aid etdikləri  ayələrdən və bu məsələ haqqında daha aşkar söhbət açmış ayələrdən 3-nü oxucuların nəzərinə çatdırırıq.

1.”Biz  kitabdan Tövratdan yaxud  lövhiməhfuzdan sonra Zəburda da yer üzünə  yalnız Mənim saleh bəndələrimin hakim olacağını yazmışdıq  “
2.”Yer üzündə zəif düşüb əzilənlərə nemət verib mərhəmət göstərib onları öndə  gedən və yer üzünü varisləri hakimi etmək istəyirik   “.
3.”Allah aranızdan iman gətirib yaxşı iş görənlərə yalnız mənə ibadət heçnəyi  mənə qoşmazlar deyə onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri  edəcəyini onlar üçün Allahın Özü bəyəndiyi dinini möhkəmləndirəcəyini və onların  qorxusunu sonra əmin amanlıqla arxayınçılıqla əvəz edəcəyini vəd buyurmuşdur :

              YETİŞ , EY “ İMAM  ZAMAN” (Ə.F) 

Nəfsimizin əlindən düşmüşük neçə dərdə
Zalımların zülmü tüğyan edir hər yerdə
Ədalətin önünə çəkilib qara pərdə
Zülmətdədir bu  cahan .
Yetiş , EY  “ İmam Zaman “.
Gözümüz görə görə min günaha batırıq.
Əqidəni, imanı şan-şöhrətə satırıq.
Şeytan ilə yayırıq, şeytan ilə qalxırıq.

HƏZRƏT  MƏHDİNİN (ə.f) QEYBƏ ÇƏKİLMƏSİNİN SİYASİ İCTİMAİ SƏBƏBLƏRİ:

İmamların camaatı düz yola yönəltməkdə məqsədləri, onları kamalın son həddinə çatdırmaq olmasında şübhə yoxdur. Bu isə o vaxt həyata keçər ki, camaat bu yönəltmədən istifadə etməyi  bacarsın. Əgər camaatda belə bir hazırlıq olmasa,  onda Allah tərəfindən təyin edilmiş rəhbərin camaat arasında olmasının heç bir   xeyri olmayacaq. Təəssüflər  olsun ki, İmamların, xüsusəndə İmam Cavaddan (ə.f) sonrakı İmamların dövründəki təzyiqlər və son dərəcə məhdudiyyətlər göstərir  ki, cəmiyyətin İmamların rəhbərlyindən istədikləri kimi istifadə etməsi üçün lazimi  şərait olmamışdır. Bu göstərir ki, İmamların cəmiyyətdə rəhbərlik və hidayətindən istifadə etmək üçün əl verişli şərait yox idi. Buna görə də, cəmiyyət lazimi hazırlığı  tapana qədər Allah-Taala on ikinci İmamın qeybə çəkilməsini məsləhət bilmişdir . 

ZÜHURUN  ƏLAMƏTLƏRİ:

Imam  Məhdi(ə.f)- nin dünya səviyyəli qiyam və inqilabının müəyyən nişanələri  vardır.
Bu nişanələri bilməyin çox mühüm təsirləri vardır. Bu nişanələri Ali Muhəmmədin (s) Məhdisinin (ə.f) fərəcinin müjdəsini verdiyinə görə, onların hər birinin baş  verməsi intizarçıların qəlbinə ümid nuru saçacaq, inadkarlar və inhirafçılar üçün  ciddi bir xəbərdarlıq olacaqdır ki, bəlkə özlərinin çirkin və yaramaz işlərindən əl  çəkələr. Eləcə də bu iş müntəzirlərə, zühuru görüb o həzrətə yanaşı olmaq üçün  qabiliyyət kəsb etmək, məsum imamla yanaşı olmaq üçün daha artıq hazırlaşacaqdır. Bunu da nəzərə alaq ki, gələcəkdə baş verəcək hadisələrdən agah   olmaq, onlarla daha yaxşı qarşılaşmaq üçün münasib bir proqram tökülməsini tələb edir. Belə ki bu əlamətlər yalandan Məhdilik (ə.f) iddiası edənləri ayırd  etməkdə gözəl bir meyardır. Deməli əgər bir şəxs Məhdilik (ə.f) iddiası etsə, lakin  onun qiyamı bu əlamətlərlə yanaşı olmazsa, onun yalançı olmağını çox sadə   şəkildə dərk etmək olar  .

İMAM ZAMANIN (Ə.F) dostlarının mühüm xüsusiyyəti

İmam Zaman ağa (ə.f) zühur edərkən, bütün düya insanlarına xitab edəcək və  İslamın şüarını və müraciətini hamıya çatdıracaqdır. O insanlar ki, İmamın (ə.f) sözlərini qəbul edəcək onlar İmamın (ə.f) dostları olacaqdır. İmam Zaman (ə.f) ağanın dostları dərin baxışa malik insanlardır. Allaha nisbətdə  dərin baxış : Bu mərifət o qədər möhkəmdir ki, nə şübhələr ona təsir edər nə də özünə şübhə daxil edər. İmam Əli (ə) buyurur :“ O  kəslər ki, Allahı layiqli olan şəkidə tanıyar, onlar axəril –zamanda İmam Zamanın (ə.f) dostlarıdır”

İmam Sadiq (ə) İmamın dostlarını belə təvsir edir  :“Onlar o kəslərdir ki, sanki ürəkləri dəmir parçasıdır. Daşdan bərkdilər. Allahın zatına görə heç bir şübhələri yoxdur “
İmama (ə.f) nisbətdə dərin baxış: İmamın (ə.f) dostları İmamı (ə.f) tanıyırlar.  İmam Səccad (ə) bu haqda buyurur: “Onların İmam Məhdinin (ə.f) imamətliyinə möhkəm etiqad bəsləyirlər” Bu mərifət vilayət haqqı barədə olan mərifətdir. İmanın dostları  öz rəhbərlərindən nümunə götürür və gündüz və gecələrini zikrlə keçirirlər. Həzrət PEYĞƏMBƏR (S) buyurur :“Onlar ubudiyyət yolunda ciddi və çalışqandırlar”.

İmam ƏLİ (Ə) buyurur:“Gecənin ürəyində Allah qorxusundan nalə çəkərlər, övladı  ölmüş anaların naləsi kimi “İmam Zaman ( ə.f) ağanın dostları ona sevgi bəsləyərlər. Bu sevgi o həddədir ki,  hətda atının yüyənini belə bərəkət hesab edir  və onu təbərrük kimi qəbul edirlər. İmam Sadiq (ə) buyurur: “Təbərrük kimi  İmamın (ə.f) atının yüyəninə əl çəkərlər “
Həzrətin (ə.f) istəyini öz istədiyindən üstün bilmək – İmamın (ə.f) dostlarının başqa  bir sifətlərindəndir.

İmam Sadiq (ə) buyurur : “ Onların İmama (ə.f) itaət etməsi  kənizin öz sahibinə itaətindən daha çoxdur “Onlar yaxşı bilirlər ki, haqq imanladır . Onlar nəinki mütidirlər, vəzifələrini yerinə yetirmək yolunda heç bir bəhanə gətirmirlər. Ona itaətdə ciddi və çalışqandırlar. İmamın (ə.f) hədəfini həyata keçirmək üçün özlərini atəşə vurarlar. İmamın (ə.f) dostları da İmam (ə.f)  kimi  şücaətli və igiddirlər. Onlar bu yolda möhkəm əzmə və iradəyə malikdirlər. İmam Əli (ə) buyurur : “ Hamısı öz mağarasından çıxmış şir kimidirlər. Əgər iradə etsələr  dağları yerindən qopardarlar “İmam  Zaman ağanın (ə.f) hədəflərini yerinə  yetirmək yolunda çox sayda çətinliklər meydana gələcəkdir. Lakin bu insanlar  təvazökar və ixlaslı olduqları üçün öz əməllərini heç sayarlar çətinliklərin hücumuna baxmayaraq, ALLAHA minnət qoymazlar.
İmam Əli (ə) buyurur : “ Məhdinin (ə.f) dostları o kəslərdir ki, səbirli olduqları  üçün Allaha minnət qoymazlar. İxlaslı olduqları üçün böyüklük hiss etməzlər “

ALLAH TƏALA BİZLƏRİ İMAMIN (Ə.F) ƏSL DOSTLARINDAN QƏRAR VERSİN İNŞƏALLAH.

Aciz bəndədən İmam Zaman ağaya  (ə.f) ürəyindəki sözlər:
Ey qəmli üzlərin təbəssümü hardasan, tez gəl Ya Sahibəz–Zaman (ə.f) 
Sənsiz yaşıl çöllər, quraqlıq bir səhra kimidir. Ya Sahibəz–Zaman (ə.f)
SƏN gəlsən, bu pis qoxulu dünya, cənnət qoxusuyla bürünər.
Hərkəs, səni səsləyir Fərəc duasında. Ya Sahibəz–Zaman (ə.f)
Səndən uzaq düşdük deyə, baharımız payız oldu, gəl!
Ya Məhdi (ə.f) gözlərin bünövrəsi büdrəyib, suya dönüb gəl !
Sən Muhəmmədin (s) varisi, Sən zəmanənin Sahibisən gəl !  
Gəl “ Zülfüqar”ın ucu ilə işlərimizdə olan düyünləri aç.
YERDƏN GÖYƏ SƏS- FƏĞAN UCALIB , TEZ GƏL!

Günel Qəhrəmanova – (Əl-Mustəfa beynəlxalq universitetinin tələbəsi)

Yazar

Paylaş !

Facebook
WhatsApp
Rəy bildir !

Son yazılar

Bizi izlə !

Kəbə canli izlə !

Gürcustan islam araşdırmalar mərkəzi