Nə üçün duamız qəbul olunmur ?

Bütün çətinliklər qarşısında duadan yetərincə güc almağın mümkünlüyünə kifayət qədər dəlillər vardır.
Bəs nə üçün bəzən dualarımız qəbul olmur?
Həzrəti Əli (ə) duanın qəbul olmasının səbəblərini belə bəyan edir: «Dualarınız ona görə qəbul olmur ki, qəlbiniz səkkiz halda xəyanət etmişdir
Allah-təalanı tanıdınız, amma onun haqqını yerinə yetirmədiniz
Göndərdiyi Peyğəmbərə (s) iman gətirdiniz, sonra onun 16 buyurduqlarına müxalif oldunuz
Quran oxudunuz, amma ona əməl etmədiniz
Dediniz Allahın əzabından qorxuruq, amma əzaba düçar edəcək işlər gördünüz
Dediniz Allahın mükafatına çatmaq istəyirik, amma əməlləriniz sizi bu mükafatlardan uzaq saldı
Allahın nemətlərindən yeyir, amma şükr etmirsiniz; Əmr olundu ki, şeytanla düşmən olun.
Dildə «düşmənik» dediniz, amma əməldə onunla müxalif olmadınız; Başqalarında eyib axtarıb, öz eyiblərinizə göz yumdunuz.

GİAM

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir