Təqlid nədir, kimə edilməlidir, kimə vacibdir, və nədə edilməlidir ?

A) Təqlid müctəhidin göstərişinə əməl etməkdir.
B) Doqquz şərtin ödəndiyi «cameüş-şərait» müctəhidə təqlid etmək olar. Bu doqquz şərtlə tanış olaq

1. Kişi
2. Baliğ (həddi-büluğ)
3. Aqil (ağıllı)
4.12 imamçı şiə          
5. Halalzadə (qanuni nikahdan doğulmuş)
6. Diri
7. Adil (ədalətli); 8. Vacib ehtiyata əsasən dünyaya həris olmayan
9. Başqa müctəhidlərdən daha elmli–ə’ləm olan.

C) Dini hökmlərə münasibətdə insanlar üç qismə bölünür:

1. Müctəhid (fiqh elmində ictihad dərəcəsinə çatmış şəxs)
2. Möhtat (bütün hökmlərdən xəbərdar olub, ehtiyat yolunu tutan şəxs)
3. Müctəhid və möhtat olmayanlar–müqəllid.
Əgər bir şəxs nə müctəhid, nə də möhtatdırsa, müctəhidə təqlid etməlidir.

D) : İslam dini üsuli-din (inamlar), əxlaq və füruidin (əməllər) bölmələrindən ibarətdir.
Əqidə məsələlərində (üsuli-din) təqlid etmək olmaz. Yalnız əməli hökmlərə (fürui-din) təqlid edilməlidir.

GIAM

Yazar

Paylaş !

Facebook
WhatsApp
Rəy bildir !

Son yazılar

Bizi izlə !

Kəbə canli izlə !

Gürcustan islam araşdırmalar mərkəzi