Cameüş-şərait müctəhidi tanıyıb, fətvasını öyrənmək hansı yollarla mümkündür, və dünyasını dəyişmiş müctəhidə təqlid etmək olarmı ?

A) Cameüş-şərait müctəhidi üç yolla tanımaq olar:

1. İnsanın özünün əmin olması;
2. Müctəhid və ə’ləmi tanıya bilən iki ədalətli alimin təsdiqi. Bir şərtlə ki, başqa iki adil alim əvvəlkilərin dediyinə müxalif olmasın;
3. Müctəhid və ə’ləmi tanıya bilən elm əhlinin dediklərindən əminlik hasil olsun.

B) Müctəhidin fitvasını dörd yolla öyrənmək olar:

1. Müctəhidin özündən eşitməklə;
2. İki adil şəxsdən eşitməklə;
3. Doğru danışan və e’tibarlı bir şəxsdən eşitməklə;
4. Fitvanı e’tibarlı bir risalədə görməklə.

C) İlk dəfə təqlidə başlayan şəxs dünyasını dəyişmiş müctəhidə təqlid edə bilməz.
Müctəhidin bə’zi fitvalarına əməl edən şəxs həmin müctəhid dünyasını dəyişdikdən sonra da uyğun məsələlərdə ona təqlid edə bilər. Bütün məsələlərdə bir müctəhidə təqlid edən şəxs həmin müctəhid dünyasını dəyişdikdən sonra ona təqliddə qala bilər.

GİAM

Yazar

Paylaş !

Facebook
WhatsApp
Rəy bildir !

Son yazılar

Bizi izlə !

Kəbə canli izlə !

Gürcustan islam araşdırmalar mərkəzi