A) Müctəhidin dörd qisim nəzəri ola bilər:
1. Hökm–Müctəhidin müəyyən bir işin vacib və haram olduğunu bildirməsi. Məsələn, hökm verilir ki, sabah şəvval ayının başlanğıcı, “fitr” bayramı günüdür.
2. Fitva–Müctəhidin öz nəzərini ümumi şəkildə bəyan etməsi. Məsələn, fitva verilir ki, öhdəsində vacib (qəza) oruc olan şəxsin müstəhəb orucu batildir.
3. Vacib ehtiyat–əvvəlində və ya arxasınca fitva verilməmiş nəzər. Məsələn, müctəhid «təsbihatiərbəə»nin üç dəfə deyilməsini vacib ehtiyat sayır. Müqəllid bu göstərişə əməl etməlidir.
4. Müstəhəb ehtiyat–əvvəlində və ya arxasınca fitva verilmiş nəzər. Məsələn, müctəhid fitva verir ki, murdarlanmış qab kürr suda yuyulsa pak olar. Amma sonra həmin qabın üç dəfə yuyulmasını müstəhəb ehtiyat sayır.
B) Təqlidsiz yerinə yetirilmiş əməl o vaxt məqbuldur ki, insan həqiqi vəzifəsini yerinə yetirdiyinə əmin olsun. Təqlidsiz yerinə yetirilmiş əməl sonradan təqlid edilən müctəhidin fitvalarına uyğun olduqda məqbuldur. Ehtiyata yaxın halda yerinə yetirilmiş əməllər də düzgün sayılır.
GIAM