[post-views]

Dəstəmaz necə alınır və dəstəmazın düzgün alınması üçün hansı şərtlər var ?

A) Əvvəlcə, alının tük bitdiyi yerdən çənənin aşağısınadək üz yuyulur. Üz baş barmaqla orta barmaq miqdarında yuyulmalıdır. Üzdən sonra əvvəlcə sağ, sonra sol əl dirsəkdən barmaqların ucunadək yuyulur. Hər iki əl yuyulduqdan sonra əlin təri ilə başa məsh çəkilir. Məshin sağ əllə, yuxarıdan aşağıya çəkilməsi vacib deyil. Daha sonra əldə qalmış dəstəmaz təri ilə ayaq barmaqlarının başından ayağın üzünün dikələn yerinədək məsh çəkilir.

B) Dəstəmazın düzgün sayılması üçün on üç şərt var.

1. Dəstəmaz suyu pak olmalıdır
2. Dəstəmaz suyu mütləq saf olmalıdır
3. Dəstəmaz suyu mübah, halal olmalıdır
4. Dəstəmaz suyunun qabı halal olmalıdır
5. Dəstəmaz suyunun qabı qızıl və gümüş olmamalıdır
6. Dəstəmaz zamanı dəstəmaz üzvləri və məsh yeri pak olmalıdır
7. Dəstəmaz və namaz üçün kifayət qədər vaxt olmalıdır
8. Dəstəmaz Allahın razılığı, ona yaxınlıq məqsədi ilə alınmalıdır
9. Dəstəmaz tərtibi qaydada, ardıcıl alınmalıdır
10. Dəstəmazdakı əməllər ard-arda yerinə yetirilməlidir
11. İnsana başqa biri dətəmaz ala bilməz
12. Dəstəmaz alan şəxsə su zərərli olmamalıdır
13. Dəstəmaz üzvlərində suyun qarşısını alan maneə olmamalıdır.

GİAM

Yazar

Paylaş !

Facebook
WhatsApp
Rəy bildir !

Son yazılar

Bizi izlə !

Kəbə canli izlə !

Gürcustan islam araşdırmalar mərkəzi