A) Altı halda dəstəmaz almaq vacibdir
1. Meyit namazından savayı bütün namazlar üçün
2. Yaddan çıxmış səcdə və təşəhhüdü yerinə yetirmək üçün (əgər dəstəmaz pozulmuşsa)
3. Kə’bə evinin vacib təvafı üçün
4. Əgər dəstəmaz almaq nəzir, əhd edilmişsə
5. Bir şəxs Qur’ana toxunmağı nəzir edərkən
6. Murdarlanmış Qur’an vərəqini suya çəkmək üçün dəstəmaz alınmalıdır. Amma dəstəmaza məşğulluq Qur’ana hörmətsizlik sayılarsa (vaxt çox gedərsə), Qur’anı suya çəkmək üçün dəstəmaz almaq lazım deyil.
B) Yeddi şey dəstəmazı batil edir
1. Sidik
2. Nəcis
3. Nəcis məxrəcindən xaric olan yel
4. Həm gözün görməməyi, həm də qulağın eşitməməyi il müşayiət olunan yuxu
5. Ağılı başdan alan şeylər
6. Qadınlarda istihazə
7. Cənabət kimi qüsl tələb edən işlər
GİAM