[post-views]

Qüsl hansı hallarda vacibdir, hansı halda verilir və qüsl vermiş şəxs namaz üçün dəstəmaz almalıdırmı?

A) Yeddi halda qüsl vermək vacibdir:

1. İnsan cinsi yaxınlıq və ya məni xaric olması vasitəsi ilə cünub olduqda cənabət qüslü;
2. Qadınlar üçün heyz qüslü;
3. Qadınlar üçün nifas qüslü;
4. Qadınlar üçün istihazə qüslü;
5. Meyitə toxunma qüslü; 6. Meyit qüslü;.
7. Nəzir, and vasitəsi ilə vacib olan qüsl.

B) Qüsl iki növdür. Tərtibi qüsl və irtimasi qüsl.
Tərtibi qüsldə qüsl vermək niyyəti ilə əvvəlcə baş və boyun, sonra bədənin sağ tərəfi, daha sonra sol tərəfi yuyulur. Bu ardıcıllıqla verilməyən qüsl batildir.
İrtimasi qüsl verən insan qüsl vermək niyyəti ilə tədricən suya batır. Bütün bədən suya batdıqdan sonra qüsl düzgün sayılır.

C) Yalnız cənabət qüslündən sonra namaz üçün dəstəmaz almaq lazım deyil.

GİAM

Yazar

Paylaş !

Facebook
WhatsApp
Rəy bildir !

Son yazılar

Bizi izlə !

Kəbə canli izlə !

Gürcustan islam araşdırmalar mərkəzi