Hansı hallarda dəstəmaz və qüsl əvəzinə təyəmmüm etmək olar?

Yeddi halda dəstəmaz və qüsl əvəzinə təyəmmüm etmək olar

1. Əgər dəstəmaz və ya qüsl üçün su əldə etmək mümkün deyilsə
2. Qocalıq, oğru və yırtıcıdan qorxu, su çəkmək üçün qabın olmamağı səbəblərindən təyəmmüm etmək olar. Su əldə etmək insan üçün məşəqqətə səbəb olduqda da təyəmmümə icazə verilir
3. Su vasitəsi ilə xəstələnmə, cana zərər təhlükəsi olduqda
4. Suyun dəstəmaz və ya qüsl üçün işlədiləcəyi təqdirdə ailə-övladın və yaxın adamların susuz qalacağı və susuzluqdan öləcəyi ehtimal edildikdə.
Eləcə də, adətən, yemək üçün başı kəsilməyən at və qatır kimi heyvanların susuz qalacağı ehtimal olunduqda
5. Əgər su yalnız paltarın və bədənin murdarlığını təmizləməyə çatarsa, əvvəlcə paltarı və bədəni paka çıxarmaq lazımdır
6. İstifadə üçün halal qab olmadıqda
7. Dəstəmaz və ya qüsl veriləcəyi təqdirdə namaz vaxtının ötüb keçəcəyi ehtimal edildikdə.

GİAM

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir