Namazı üzü qibləyə qılmaq vacibdirmi?

Namaz üzüqibləyə qılınmalıdır. Namaz qılmaq istəyən şəxs qibləni tə’yin etmək üçün çalışmalıdır. Hissi nişanələrə əsasən qiblənin istiqamətini bildirən iki aqil şəxsin dediyinə əməl etmək olar. Elmi qaydaya əsasən, qibləni göstərən insanın dediklərinə də e’tibar etmək olar. Qibləni deyilən qaydada göstərənlər olmadıqda məscid mehrablarına, müsəlman 24 qəbirlərinə əsasən qibləni tə’yin etmək lazımdır. Heç vəchlə qiblə tə’yin olunmadıqda və namazın vaxtı dar olduqda üzü dörd tərəfə tutaraq dörd namaz qılmaq lazımdır. Əgər iki tərəfdə qiblənin ola biləcəyi ehtimal edilirsə, həmin iki tərəfə doğru namaz qılmaq lazımdır.

GİAM

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir