Namaz harada qılınmalıdır, hansı vacibatları var, və rükunu nədir ?

A) Namaz qılınan yerin beş şərti var:
1. Namaz qılınan yer halal olsun
2. Hərəkətsiz olsun
3. Otağın hündürlüyü ayaq üstə durmağa imkan versin
4. Namaz qılınan yer əgər nəcasətə bulanıbsa, onun rütubəti libasa keçəcək həddə olmasın
5. Səcdə üzvləri yerə qoyularkən gərək yerin səthi bir-birindən dörd bitişik barmaqdan artıq olmasin
(istər aşağıya istər yuxarıya doğru)

B) Namazın on bir vacibatı var: niyyət, qiyam, təkbirətül-ehram, səcdə, qiraət, zikr, təşəhhüd, salam, tərtib, müvalat.

C) Rükn namazdakı o vacibatlardır ki, əgər insan bilərəkdən və bilməyərəkdən onları artırsa və ya azaltsa, namazı batil olur.
Namazın beş rüknü var
1. Niyyət
2. Təkbirətul-ehram, yə’ni niyyətdən sonra «Əllahu Əkbər» demək
3. Qiyam–təkbirətul-ehram deyərkən və rükudan qabaq ayaq üstə olmaq (ona rükuya bitişən qiyam deyilir)
4. Rüku
5. İki səcdə.

GIAM

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir