Qeyb dövründə möminlərin imam Zamanla (ə.f) bağlı hansı vəzifələri var ?

Həzrət Mehdi (ə) ilə bağlı şiələrin hər birinin ağır vəzifələri vardır. Bu vəzifələrdən bəzilərini xatırlatmaq istəyirik

1. Mehdinin (ə) zühurunun qətiliyinə iman – Sünnə əhli
rəvayətlərində oxuyuruq ki, Peyğəmbər (s) buyurmuşdur: “Hər kəs
Mehdinin (ə) zühurunu inkar etsə, Məhəmmədə nazil olanı inkar
etmişdir.”
2. Fitnələr zamanı səbir və dinə bağlılıq –İmam Sadiq (ə)
buyurmuşdur: “Bizim Qaimin qeybi dövründə əmrimizə bağlanan və
qəlbi hidayətdən sonra çaşmayan kəsin xoş halına!”

3. İmam Mehdinin (ə) vilayətinə bağlılıq – İmam Baqir (ə) həzrət
peyğəmbərin dilindən belə nəql edir: “Bizim əhli-beytin Qaimini
görənin xoş halına! Qiyamından öncə ona iqtida edənin xoş halına!”

4. Allah-təaladan imam Mehdi (ə) (onu tanımaq) mərifəti diləmək
– Kuleyni Әbu-Bəsirdən nəql edir ki, imam Baqir (ə) buyurmuşdur:
“İmaməti tanıdınmı?” Әrz etdim ki, bəli, and olsun Allaha, Kufədən
xaric olmamışdan tanıdım.” Buyurdu: “Bu vaxt üçün sənə yetər.”

5. Beyətin təzələnməsi və itaətdə sabitlik – Әhd duasında
oxuyuruq: “Pərvərdigara! Həqiqətən, mən onun (həzrət Mehdi) üçün
bu günümdə əhd-peymanı, beyətimi təzələyirəm. Elə bir beyət ki,
ondan ayrılmamışam və heç vaxt onu zay etməmişəm. Pərvərdigara!
Məni o həzrətin köməkçilərindən, müdafiəçilərindən qərar ver…”

6. Şübhə və iradlara cavab – İmam Sadiq (ə) buyurur: “Özünüzü
şəkk-şübhədən uzaqlaşdırın, şəklərdən pəhriz edin, bundan həzər qılın.
Mən Allahdan sizin tövfiq və öyüd istəyirəm.”

7. Mömin qardaşlara yardım – İmam Sadiq (ə) “Әsr” surəsindəki
“əmilus-salihati” təbirini din qardaşları arasında bərabərlik və
qarşılıqlı yardım kimi izah etmişdir. İmam Әsgərinin (ə) təfsirində deyilir: “Hər kəs bizə xatir, əlimiz
çatmadığından möhnətə düşmüş bir yetimi öhdəsinə götürsə, bizim elmimizdən bacardığını ona öyrətsə, Allah-təala onun haqqında buyurmuşdur: “Ey yardım göstərən kərim bəndə! Mən kərəmdə ondan
yuxarıyam. Ey mənim mələklərim, ona öyrətdiyi hər bir hərf üçün
behiştdə milyon qəsr verin…”

8. Məhdəviyyət iddiasında olan yalançılara inanmamaq – İmam
Sadiq (ə) buyurur: “Heç şübhəsiz, bir-birinə oxşar on iki bayraq qalxar
və onlar bir-birindən seçilməz…”

9. Zühurun tezləşməsi üçün çoxlu dua etmək – Həzrət Mehdi (ə)
bir məktubunda İshaq ibn Yaquba buyurur: “Zühurun tezləşməsi üçün
çox dua edin. Çünki sizin qurtuluşunuz ondadır.”

10. Tələsməmək – Kuleyni imam Sadiqin (ə) belə buyurduğunu
nəql edir: “Həqiqətən, xalq bu işdə tələsdiyi üçün həlak oldu.
Bəndələri tələsdiyi üçün Allah tələsməyəcək. Çünki bu iş üçün bir
nəhayət var…”

11. Zühurun vaxtını müəyyənləşdirməmək – İmam Sadiq (ə)
buyurur: “Həqiqətən, biz əhli-beyt vaxt müəyyənləşdirmirik…”

12. Həzrət Mehdini (ə) sevmək – Bir çox rəvayətlərdə əhli-beyt
məhəbbəti tövsiyə olunmuşdur. Belə bir tövsiyə xalqın diqqətinin
Mehdiyə (ə) cəlb olunmasında və onun göstərişlərinə itaət edilməsində
mühüm təsirə malikdir.

1 “Fəraidus-səmteyn”, c. 2, s. 324.
2 “Kəmalud-din”, s.358.
3 “Kəmalud-din”, s.286; “Bihar”, c. 51, s. 72.
4 “Kafi”, c. 1, s. 185.
5 “Bihar”, c. 102»
6 “Bihar”, c. 51, s. 146.
7 “Kəmalud-din”, s.656; “Bihar”, c. 24. 204

GİAM

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir