Namazı nələr batil edir?

On iki şey namazı batil edir
1
. Namazın ortasında şərtlərdən birinin ödənmədiyi mə’lum olsa (məsələn, namazın yeri qəsb olunmuş yerdir
2. Namazın gedişində bilərəkdən və ya bilməyərəkdən dəstəmazı və ya qüslü batil edən hal baş versə (məsələn, sidik xaric olsa)
3.Əllər üst-üstə qoyulsa
4. Həmd oxunduqdan sonra «amin» deyilsə
5. Bilərəkdən və ya diqqətsizlikdən qibləyə arxa çevirsə, qiblədən çıxmış sayılacaq qədər sağa və sola meyl edilsə
6. Bilərəkdən namaza aid olmayan mə’nalı və ya mə’nasız söz deyilsə
7. Bilərəkdən bərkdən gülmək
8. Dünya işlərinə görə bilərəkdən bərkdən ağlamaq
9. Namazın formasını pozan işlər (əl çalmaq)
10. Yemək-içmək (məs. ağızdakı tikə ya qalıqları udub qurtarmamış namaza başlamaq)
11. İki rəkətli və üç rəkətli namazlarda, eləcə də, dörd rəkətli namazların ilk iki rəkətində rəkətlərin sayında edilən şəkk
12. Bilərəkdən və ya səhvən namazın rüknlərinin artırılıb-azaldılması.

GİAM

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir