Digər insanların təsirinə düşməmək üçün hansı amillərə diqqət etmək lazımdır?

Ümumiyyətlə digər insanların təsirinə düşmək insanın ən mühüm xüsusiyyəti hesab olunur.
Bu daha çox insanların psixoloji durumunu əks etdirir. Başqa insanlardan təsirlənmək, onların təsiri altına düşmək müxtəlif ola bilər. Bu bəzi hallarda yaxşı cəhətdən, yəni insanın müsbət yöndə kiminsə təsirinə düşərək öz həyatını müsbət yönə dəyişə bildiyi halda, digər tərəfdən, pis mühitin, mənfi xüsusiyyətə sahib olan ailə və dostların təsirinə düşərək öz həyatını qaraldıb, cəhənnəmə çevrilməsi də mümkün bir haldır. Beləliklə psixoloji olaraq (müsbət və ya mənfi olmasından aslı olmayaraq) başqalarının təsirinə düşmək insanın mühüm spesifik xüsusiyyəti hesab olunur. Buna görə də, mütəfəkkirlər və psixoloqlar insanların digərlərinin təsirinə düşməmək üçün bir sıra mühüm göstərişlər tövsiyə etmişlərdir. Onlar:

1. İnsan başqalarının təsirinə düşməməsi üçün öz düşüncəsini formalaşdırmalı, iradəsini gücləndirməli və eyni zamanda öz həyat proqramını sistematik bir hala çevirməlidir. Əks halda başqa insanların ağıl və şüurunun təsiri ilə yaşayıb öz həyatını puç edəcəkdir.
2. İnsan başqalarının təsirinə düşməməsi üçün öz istək və arzularını həyata keçirməli, başqa insanların istəkləri ilə yaşamamalıdır.
3. İnsan hər hansısa bir işi həyata keçirtdiyi zaman, bunu öz istək və iradəsi ilə həyata keçirtdiyinə əmin olmalı, başqalarının proqramı ilə həyatını tərtibləməməlidir.
4. İnsan hər hansısa bir əməli icra etdikdə onun aqibətini fikirləşməli, xeyir olan işləri yerinə yetirib zərəri daha çox olan işlərdən uzaq durmalıdır.
5. İnsan öz məqsəd və hədəfinə tuşlanaraq başqa insanların həyatına fikir verməməlidir.

Bu nüasnlara diqqət etməklə, yəni insan öz düşüncəsini formalaşdıraraq və həyata ciddi hədəf və məqsədlərə çatmaq üçün çalışarsa, belə olan halda digər insanların da təsirinə düşməsi mümkün olmayacaqdır. Buradan digər bir mühüm məqamda aydın olur, o da, bir insanın digər şəxslərin təsirinə düşməsinə səbəb olan amillərdir. Beləliklə:

1. İnsanın özünə lazımı qədər inamının olmaması.
2. Özünü nöqsanlı, möhtac, natamama və kifayətsiz hesab etməsi.
3. Digər insanları daha böyük hesab edib, özünü kiçik bilməsi
4. Başqa insanlardan gözlənti və intizarın daha çox olması
5. Insanin özünün hər hansısa bir işdə yetərincə zəif bilməsi və digər insanları daha üstün hesab etməsi

Qeyd olunan bütün bu səbəblər isə, bir insanın digər şəxslərin təsirinə düşməsinin ən əsas səbəbi hesab olunur. Beləliklə, aydın olur ki, insanların təsirinə düşmək və digər insanların düşüncələri ilə hərəkət etmək, insanın öz ağlının və iradəsinin zəif olması, digər insanları isə özündən daha kamil və iradəli hesab etməsindən qaynaqlanır. Psixoloji olaraq özünü natamam və kifayətsiz hesab edən şəxslər, daha çox digər insanlara bir ömür möhtac içərisində yaşamağa üstünlük verir, digərlərinə daha çox bağlı olub, öz azad iradə və istəklərini həyata keçirtməyə cürətləri çatmır. Bunun üçün də, formalaşmayan, cəmiyyətdə müəyyən bir yerə və məqama sahib olmayan şəxslər, daha çox kimlərinsə kölgəsi altında yaşamağa üstünlük verib, öz naqisliklərini də bu vasitə ilə ört-bastır edirlər.
Nəticə olaraq, insan özünə inam hissini gücləndirməklə digərlərindən azad olmağı bacarmalı və özünü təkmilləşdirmək üçün çalışmalıdır. Bunun üçün burada üç mühüm nüasa diqqət etmək, burada insanın özünə inam hissini gücləndirməsi üçün mühüm əhəmiyyət daşıyacaqdır.

1. İnsanın öz hisslərini və düşüncələrini çəkinmədən cəmiyyətə təqdim etməyi bacarmalıdır.
2. İnsanlarla həmfikir olmağı və onların müsbət yönlərindən istifadə etməyi bacarmaq lazımdır.
3. Bilik və məlumat dairəsinin genişlənməsi.

İnsanların öz fikir və düşüncələrini cəmiyyətə təqdim etməsi üçün, ən lazımlı vasitə bilik və agahlıq, dünyagörüşün lazımı səviyyədə olmasıdır. Bilik və məlumat olmadıqda düşüncələrin formalaşması lazımı səviyyəyə yetişmir. Buna görə də, insan öz məlumat dairəsini genişləndirməklə, eyni zamanda zəngin dünyagörüşü ilə cəmiyyət də müəyyən bir məqama sahib olaraq, digər insanlardan da öz aslılığını azalda bilər. Buna görə də, insanın digər insanların təsirinə düşməməsi üçün, ən mühüm faktor düşüncənin formalaşması, zəngin dünyagörüş və lazımı həddə bilik və məlumata sahib olmalıdır. Bütün bu qeyd olunan nüanslara diqqət etməklə insan cəmiyyətin əsas çöhrəsinə çevrilib, digər insanlara bağlılığını da azalda bilər.

Aqil İslam

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir