Həzrət Məsuməni (s) ziyarətin savabı və qaydaları

İlk öncə, həzrəti xanım Məsumənin (s.ə) şəhadəti münasibətilə, zəmanə imamı başda olmaqla bütün müsəlman dünyasına baş sağlıqı veririk..
Bəs, görək xanım Məsuməni (s) ziyarətin savabı nədir, qaydaları necədir ?

Həzrət Məsuməni (s) ziyarətin savabı

Mərhum Ayətullah-üzma Mərəşi Nəcəfi buyurub: Mərhum atam Ayətullah əllamə seyid Mahmud Mərəşi Nəcəfdə yaşayardı. Daim xanım Zəhranın qəbrinin sorağında idi. Bu məqsədlə ardıcıl dua oxuyardı. 40 gün bu işi davamlı şəkildə icra edir, ümid edir ki, xanım Zəhranın pak məzarından xəbər tutacaq.
Ardıcıl dualardan sonra yatıb yuxuda imam Baqiri (ə) görmüşdü.

İmam Baqir (ə) buyurmuşdu: “Əhli-beytin ətəyindən yapış.” Atam elə başa düşmüşdü ki, imam xanım Zəhranı nəzərdə tutur. Ərz etmişdi ki, mən də bu əməlləri xanımın məzarının yerini bilmək üçün yerinə yetirdim.
İmam buyurmuşdu: “Mən Qumda xanım Məsumənin (s) hərəmini nəzərdə tuturam. Allah məsləhət bilib ki, xanım Zəhranın qəbri həmişə məxfi qalsın. Onun qəbrini ziyarət etmək istəyənlər üçün xanım Məsumənin qəbrini qərar verib. Xanım Məsumənin (s) məzarına elə bir əzəmət verilib ki, xanım Zəhranın qəbri aşkar olsaydı həmin əzəmətdə olardı.” Seyid Mahmud Mərəşi yuxudan oyananda xanım Məsuməni (s) ziyarət üçün Quma yola düşür. Ailəsi ilə birlikdə xanımın ziyarətində olur.

İmam Sadiq (ə) buyurur: “Həqiqətən xanımın ziyarəti behişti qazanmağa bərabərdir.”
İmam başqa bir məqamda buyurur: “Qumda bizim hərəmimiz var. Orada Fatimə adlı xanım dəfn olunar. Onu ziyarət edənə behişt vacibdir.” “Bizim ziyarətimizə gəlmək imkanı olmayanlar ləyaqətli dostlarımızı ziyarət etsələr, bizi ziyarətin savabını qazanarlar.”

İmam Sadiq (ə) xanım Məsumə (s) dünyaya gəlməzdən öncə söhbətində buyurur: “Tezliklə övladlarımdan Fatimə adlı bir xanım Qumda dəfn edilər. Onu ziyarət edənə behişt vacibdir.”

İmam Riza (ə) buyurur: “O xanımı mərifətlə ziyarət edənin mükafatı behiştdir.”
Mövla Heydər Xansari yazır: Rəvayətə görə imam Riza (ə) buyururb: “Məni ziyarət edə bilməyən Reydə qardaşımı (həzrət Əbdül Əzimin məzarı kənarında dəfn olunmuş imamzadə Həmzə), ya da Qumda bacımı ziyarət etsə məni ziyarət etməyin savabını alar.”
Bir şiə əvvəlcə müqəddəs Məşhəddə imam Rizanı (ə) ziyarət etdi, sonra Kərbəlaya yola düşdü. Yolu Həmədandan keçirdi. Yuxuda imam Rizanı (ə) gördü. İmam buyurdu: “Olmaz ki, Qumdan keçib, bacımı ziyarət edəsən?!”

Xanım Məsuməni (s) ziyarətin qaydaları

1. Ziyarət səfərinə çıxmazdan öncə qüsl vermək
2. Boş danışıq, yersiz mübahisədən uzaq olmaq
3. Təharətli olmaq
4. Pak libas geymək
5. Hərəmə gedəndə kiçik addımlarla getmək
6. Ətirlənmək (bu qayda yalnız İmam Hüseynin (ə) ziyarətində istisnadır)
7. Hərəmə gedəndə “Əlhəmdu lillah”, “Sübhanəllah”, “La ilahə illəllah” zikrlərini demək, Peyğəmbər və Əhli-beytinə salavat göndərməklə ağızı ətirləndirmək
8. Hərəmə girməzdən öncə daxil olmaq üçün icazə almaq (icazə mətnini oxumaq)
9. Xüzu və xüşu, təvazö və qorxu ilə daxil olmaq
10. Dəfn olunana tam diqqət və dünya fikrindən uzaqlıq
11. Zərihin mübarək civarını öpmək
12. Hərəmə sağ ayaqla daxil olmaq, sol ayaqla çıxmaq
13. Zərihə yaxınlaşıb onu öpmək
14. Ziyarət oxuyarkən üzü zərihə doğru dayanmaq
15. Dua və ziyarətdə ahuzarla istəmək
16. Ayaq üstə ziyarət etmək
17.Pak zərihi görəndə təkbir demək
18. İki rəkət ziyarət namazı qılmaq
19. Hərəmə daxil olan zaman cəmiyyət namazı qılınarsa əvvəlcə namaz qılmaq, sonra ziyarət etmək
20. Quran oxuyub savabını xanıma hədiyyə etmək
21. Ziyarət zamanı səsi qaldırmamaq
22. Şəhərdən çıxarkən xanımla vidalaşmaq
23. Müqəddəs şəhərin ehtiramını gözləmək
24. İmkan həddində sədəqə vermək
25. Xanımların hicaba kamil riayət etməsi
26. Ziyarətdə kişilərin qadınlardan ayrı olması
27. Qadınlar qalın çadra örtsün ki, bədənləri bilinməsin
28. Qadınlar qalın qara corab geysinlər
29. Qurani-Kərimdə buyurulduğu kimi, qadınlar naməhrəm kişilərə zinətlərini göstərməsinlər
30. Kiminsə qəlbinə toxunmamaq, kiməsə əziyyət verməmək
31. Əmr be məruf və nəhy əz münkəri tərk etməmək
32. Ata-ana, dost-tanış tərəfindən ziyarət etmək
33. Zərihin yanında yubanmamaq, başqalarının ziyarətinə şərait yaratmaq
34. Ziyarəti-cameə, Əminəllah kimi mötəbər ziyarətnamələr oxumaq
35. Yolda köməyə ehtiyacı olan zəvvara imkan həddində kömək etmək
36. Kim möminin qəbrinə əlini qoyub yeddi dəfə Qədr surəsi oxusa qiyamət günü amanda olar
37. Boş vaxtlarda əyləncə əvəzinə, böyük alimlərin qəbrini ziyarət etmək
38. Ziyarətə halal pulla getmək
39. Ziyarətdən məqsəd gəzinti və ticarət yox, Allaha yaxınlaşmaq məqsədi olmalıdır
40. Ziyarətdən qayıdandan sonra ehtiyatlı olaq ki, şeytan qazandığımız savabı günahla puça çıxarmasın və bu ziyarət son ziyarət olmasın..

GİAM

Yazar

Paylaş !

Facebook
WhatsApp
Rəy bildir !

Son yazılar

Bizi izlə !

Kəbə canli izlə !

Gürcustan islam araşdırmalar mərkəzi