Camahat namazında kim pişnamaz dayana bilər və ona iqtida edən şəxsin vəzifələri nədir ?

A) Cəmiyyət namazında imam dayanan şəxs baliğ (həddi-büluğ), aqil (ağıllı), on iki imamçı şiə, adil (ədalətli), halalzadə (qanuni nikahdan doğulmuş), namazı düzgün qıla bilən, iqtida edənlər kişidirsə, kişi olmalıdır. Vacib ehtiyata əsasən, bütün hallarda pişnamaz kişi olmalıdır. Pişnamaz adını bilmək mə’mum (iqtida edən) üçün vacib deyil.

B) Mə’mum imamdan qabaqda dayanmamalı, vacib ehtiyata əsasən, bir qədər arxada dayanmalıdır. Mə’mum həmd və surədən başqa namazın bütün sözlərini özü deməlidir. Amma cəmiyyət namazına üçüncü və ya dördüncü rəkətdə qoşulan mə’mum həmd və surəni də deyəsidir. Sübh, məğrib və işa namazlarında imamın həmd surə səsini eşitmədikdə mə’mumun astadan həmd-surə oxuması müstəhəbdir. Zöhr və əsr namazlarının birinci və ikinci rəkətində həmd surə əvəzinə zikr demək müstəhəbdir. Mə’mum təkbirətul-ehramı imamdan qabaq deməməlidir. Hətta vacib ehtiyata əsasən, imam təkbiri qurtarmamış mə’mum təkbirə başlamamalıdır.

GİAM

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir