İstixarə nədir ? istixarə etmək olarmı ?

İstixarənin lüğəvi mənası Allahdan xeyir  və bərəkət diləmək mənasında istifadə olunur. Burada məqsəd bütün varlığ aləminin hakimiyyəti altında olan, bütün varlığ aləminin talehini müəyyən edən, insanlar arası rəhmət və sevgi formalaşdıran qüdrətli Allahın insana xeyir və bərəkət diləməsi nəzərdə tutulur.
İstixarə, insanın müəyyən bir işi icra etməsində, mütləq qüdrət sahibi olan Allahdan yardım və bərəkət tələb etməsi deməkdir. Eyni zamanda səmimi qəlbdən Allahdan xeyirli yol və məqsəd tələb etmək mənasında istifadə olunur. Bu o deməkdir ki, insan sonu bəlli olmayan hər hansısa bir işə başlayan zaman həmin sonu naməlum olan işin xeyirlə bitməsində mütləq və kamil qüdrət sahibi olan Allahdan işinin gözəl və bərəkətli xətm olunmasını tələb etsin. Təbii ki, belə bir xeyir tələb etmə bəzi dini mətn və rəvayətlərdə gəlmişdir. Aydındır ki, burada təsbeh və ya Quranla bu işi icra etməyin heç bir lüzumu yoxdur. İnsan hər gün, hər an, hər bir işə başlayan zaman sonsuz mərhəmət sahibi olan Allahdan işlərinin xeyirlə xətm olunmasını istəməsi mənasında daha geniş mənada istifadə olunur.

Rəvayətlərin birində nəql olunur: “Allah-taala ondan xeyir istəyən bütün bəndələrinə xeyir yetirir”. Təbii ki, istixarə şübhəli vəziyyətdən insanın xilas olmasında mənasında demək deyil. İstixarə daim insanın öz Yaradanından xeyir və bərəkət tələb etməsi mənasındadır. Eyni zamanda istixarə şüurlu olaraq, düşüncə ilə bir işə başlamaq və belə bir mühüm işin sonunun xeyirli və bərəkətlə nəticələnməsini uca Allahdan istəmək deməkdir. Allahın mütləq qüdrətinə inanan hər bir kəs təbii ki, belə bir inanc ilə bir çox sıxınt və problemdən də xilas ola bilər. Beləliklə istixarə edən şəxs aşağıda qeyd edəcəyimiz bir neçə mühüm nöqtəyə diqqət etməlidir.

1. Ağıl və düşüncənin köməyi.
Allahın insanlara bəxş etdiyi ən mühüm və əhmiyyətli nemət ağıl və düşüncədir. Buna görə də, insan hər hansısa bir işə başlayan zaman, başlayacağı işi ağıl və düşüncə əsasında həyata keçirməli, eyni zamanda bu işin xeyirlə sona yetməsini də Allahdan istəməlidir. Ağıl və düşüncə ilə insan xeyir və ziyanı dərk edib, daha xeyirli olan işlərə meyl edib, ziyanı çox olan işlərdən də uzaq olması lazımdır. İstixarə kor-koranə bir işə meyl göstərmək mənasında deyil, əksinə, hər hansısa bir işi ağıl və düşüncə əsasında icra etmək mənasındadır

2. Dünyagörüşlü, məlumatlı alim, və bilik əhli ilə məsləhət – məşvərət
İnsan hər hansısa bir işə başlamadan öncə, bilikli və məlumatlı adamlardan məsləhət almalıdır.
Buna görə də, İslam dini məsləhət və məşvərətə olduqca əhəmiyyət vermiş, onu imanın göstəricisi hesab etmişdir. Qurani-Kərim bu barədə buyurur:

“İşlərini öz aralarında məsləhət-məşvərətlə görərlər” (Şura, ayə. 38).
Başqa bir ayədə yenə Allah-taala öz peyğəmbərinə (s) göstəriş olaraq mühüm işlərdə yaxın adamları ilə məşhətləşməyi əmr edir. (Ali-İmran, ayə. 159)

Buna görə də, mütəxəssis ilə məsləhətləşmək, fikir almaq, məşvərət etmək insanın görəcəyi işlərdə böyük naliyyət və uğurlara çatacağına da zəmin hazırlayar. Belə olan halda istixarəyə də ehtiyac qalmaz.
Amma əgər hər hansısa bir məsələni ağıl və məsələt vasitəsi ilə həll etmək mümkün deyilsə, həmin vaxt tərəddüd və şübhə yaranan zaman onu istixarə ilə aradan qaldırmaq olar. Belə hallarda Quranla istixarə etmək caiz hesab edilir. Burada məqsəd insanın bir çox daxili narahatçılıqlarından xilas olub, rahatlaşmasıdır. 

GİAM

Yazar

Paylaş !

Facebook
WhatsApp
Rəy bildir !

Son yazılar

Bizi izlə !

Kəbə canli izlə !

Gürcustan islam araşdırmalar mərkəzi