Aləmin varlığından hərəkət edən kosmoloji arqumentin fərqli versiyaları vardır, o versiyaların içərisində mümkünlük adı ilə tanınan ən sadə formasını sizlərin diqqətinizə çatdıracağam.
Qədim Yunan fəlsəfəsinə müraciət etsəniz Platon, Aristotel kimi filosofların nəzərincə də müdafiə edilən bu dəlil, daha sonra genişləndirilərək Kindi, Farabi, ibni Sina Qazali və digər Müsəlman kəlamçıları tərəfindən müdafiə edilmişdir.
İndi isə həmin arqumenti müqəddimə şəklində sizlərə təqdim edirik.
1. Hər bir şeyin öz varlığıyla əlaqəli bir izahı var : Ya zatının zəruziliyi ilə əlaqəli ya da xarici bir səbəblə.\
2. Kainatın öz varlığı ilə əlaqəli bir izahı varsa həmin izah tanırdır.
3. Kainat vardır.
4. Kainatın varlığı ilə əlaqəli bir izahı var.
5. Deməli kainatın varlığının izahı tanrıdır.
İndi isə, gəlin görək bu müqəddimələrin hansını daha çox ağıl qəbul edir. Onların doğru olmasını yoxsa yalnış olmasını. İndi isə gəlin birinci müqəddiməni təhlil edək .
Birinci müəqəddiməyə isdinadən iki növ nəsnə mövcuddur :
1. Zəruri olaraq mövcud olan nəsnələr
2. Hər hansı bir xarici səbəblə yaradılan nəsnələr.
İndi isə məsələni bir az da geniş izah edək. Əlbətdə, zəruri olaraq mövcud olan varlıqlar öz zatlarının zəruriliyinə görə mövcuddurlar. Riyaziyyatçıların fikirlərinə əsasən, ədədlər yaradılmır onlara özlərini göstərmələri üçün, fiziki çoxluq olan maddi varlıq bəxş edilir. Nəticədə, onlar başqası tərəfindən yaradılmayıb
Əvvəldə qeyd etdiyimiz kimi ədədlər yanlız zəruri olaraq mövcuddurlar. Yuxarıda deyilənlərin əksinə olaraq digər bir səbəb tərəfindən var edilən nəsnələr zəruri olaraq mövcud deyillər. Onlar mövcuddurlar, ancaq mümkün olaraq mövcuddurlar. Çünki, onlar başqası tərəfindən yaradılıb.
Fərz edək ki, səhraya gəzintiyə çıxmısınız birdən qarşınıza şəffaf bir uşaq şarı çıxır. Əgər, siz bu şarın orada necə peyda olması barədə maraqlansanız və sizin dostunuz bu şarın səbəbsiz olaraq mövcud olduğunu desə, siz bu fikri heç vaxt qəbul etməzsiniz.
Əlbətdə ki, heç bir izah verilmədən şarın orada mövcud olma fikrini heç kəs ciddi şəkildə qəbul etməz. İndi isə fərz edin ki, qeyd etdiyimiz şərait şarın ölçüsünü bir maşının ölçüsü qədər yaxud, bir qitə və ya bir planet, yaxud da bütün kainat qədər artırırsınız. Ancaq şarın ölçüsünü artırmaq izaha olan ehtiyacı aradan qaldırmır.
İrad olunsa ki birinci müqəddimə kainatda olan bütün şeylər üçün keçərli olduğu halda kainat üçün keçərli deyildir. Kainatda bütün şeylər üçün bir izah var ancaq, kainatin özünün heç bir izahı yoxdur.
Birinci müqəddimə bu şəkildə birdən-birə lazımsız bir şey kimi kəsilib atıla bilməz.
Siz bütün şeylərin öz varlığı ilə bağlı bir izahı vardır deyib, sonra isə birdən birə kainatı kəsib ata bilməzsiniz. Səhradakı şar misalımız göstərir ki, obyetkin ölçüsünü izah etmək üçün hətda kainat boyda olana qədər sadəcə artırmaq, onun mövcudluğu ilə bağlı izaha ehtiyacı ortadan qaldırmaqda heç nəyi dəyişmir. Bəzi filosoflar isə iddia ediblər ki, kainatın öz varlığının izaha malik olması qeyri mümkündür. Çünki, kainat öz varlığının izahı üçün hələ kainatın var olmadığı əvvəlki vəziyyət var olmalıdır. Nəticədə bu isə yoxluq hesab olunacaq. Və yoxluq isə heç bir şeyin izahı ola bilməz ona görə də kainat izah oluna bilməyən surətdə var olmalıdır. Teistlər bu fikirlə razılaşacaq ki, əgər kainatı izah etmək istəsək o zaman kainatın özünün hələ mövcud olmadığı əvvəlki vəziyyət olmalıdır, amma bu vəziyyət yoxluq kimi deyil, Tanrı və onun iradəsi kimi anlaşılmalıdır.
Beləliklə görünür ki, birinci müqəddimə doğru olmamaqdan daha çox ağlabatan dərəcədə doğrudur.
İkinci müqəddimə – Əvvəldə mübahisəli görünsə də ateist üçün gerçəkdən münasib olmayan şey budur ki, ikinci müqəddimə mümkünlük arqumentinə verilən tpik ateist cavabına məntiqi cəhətdən ekvivalent. (İki cümləyə o zaman məntiqi cəhətdən ekvivalent deyilir ki birinci doğru digəri isə yanlış olması mümkünsüz olsun. Onlar ya birgə ayaq üstə dayanırlar ya da birgə yıxılırlar. Elə isə ateist olan bir şəxs mümkünlük adı ilə tanınan bu arqumentə həmişə hansı cavabı verir ?
O adətən aşağıda qeyd edəcəyim fikirləri təsdiqləyir.
1.Əgər ateizm doğrudursa o zaman kainatın özünün mövcudluğu ilə əlaqəli heç bir izahı yoxdur. Ateizm təfəkkürünə əsasən kainat son həqiqət olduğuna görə o kobud bir faktr olaraq sadəcə mövcuddur. Ancaq bu məntiqi cəhətdən aşağıda qeyd edəcəyim fikirlər ekvivalentdir.
2. Əgər kainatın özünün varlığı ilə əlaqəli bir izahı varsa o zaman ateizm doğru deyil. Bunun üçün də birinci fikir təsdiqlənib ikinci fikir inkar ediə bilməz.
Ancaq ikinci fikir həqiqətdə ikinci müqəddimə ilə sinonimdir. Deməli ateizm təfəkkürünə əsasən kainatın heç bir izahı yoxdur deyərək ateist olan şəxs dolayısıyla ikinci müqəddiməni təsdiqləyərək qəbul etmiş olur. Yəni əgər kainat üçün bir izah varsa o zaman Tanrı mövduddur.
İkinci müqəddiməni diqqətlə izləsəniz görərsiniz ki, öz doğruluğunda olduqca ağıla batandır. Gəlin kainatın nədən ibarət olması haqqında dərindən düşünək. Materia və enerjidə olmaqla bütünlükdə fəza və zaman gerçəkliyindən ibarətdir. Bu isə o deməkdir ki, kainatın öz varlığı ilə əlaqəli bir səbəbi olsa o zaman həmin səbəb zaman və məkan fövqündə maddi və fikiziki olmayan bir varlıq olmalıdır.
Bu təsvirə uyğun ola bilən yanlız iki cür nəsnə var. Ya ədəd kimi obstraktiv obyetk ya da bədənsiz bir zehin. Ancaq obstrakt obeyktlərə gəkdikdə onlar nəyəsə səbəb ola bilməzlər bu isə elə həmin obstrakt olmağın bəyan etdiyi məvhumun bir hissəsidir. Məsələn səkkiz ədədi hansısa bir təsirə malik ola bilməz və beləliklə əgər kainatın bir səbəbi varsa o zaman o trnasadent yəni bədənsiz bir zehin olmalıdır. Tanrı dedikdə elə teistlər də bunu nəzərdə tutur.
Üçüncü müqəddimə – səmimi həqiqət axtaran hər bir insan üçün aydındır ki kainat mövcuddur.
Nəticə – Bu üç müqəddimənin nəticəsi olaraq Tanrı mövddur. Beləliklə əgər Tanrı mövcuddursa onun mövcudluğunun izahı onun öz zatının izahında gizlindir. Ona görə ki hətda ateistin də etiraf etdiyi kimi Tanrının səbəbə sahib olması mümkünsüzdür. Beləliklə əgər bu arqument uğurludursa o zaman bu zəruri səbəbi olmayan zaman və məkanın özünə maddi olmayan bir Yaradanın varlığını isbat edir.
Afiq Əliyev
Mənbə:
Din Fəlsəfəsi: Paul copun, chod Meister
Din Fəlsəfəsi : PROF. DR. LATİF TOKAT
Din Fəlsəfəsinə giriş : Prof. Dr. Cafer Sadık Yaran
Din Fəlsəfəsi : Mehmet Sait Reçber.
Din Fəlsəfəsinə giriş: Brian Davieas