Varlıq aləmində mövcud olan bütün fenomenlər və xəlq olmuş varlığlar iki hissəyə bölünür.
Onlardan birinin maddi və təbiət aləmə məxsus olan varlıqlar, digər isə, metafizik və qeyri-maddi aləmə məxsus olan varlıqlardır. Maddi varlıqlar adətən zahiri müşahidə və hiss vasitəsi ilə dərk olunur, ancaq qeyri-maddi varlıqlar, zahiri hissdən əlavə olaraq onların dərk olunması üçün batini idrak da lazımdır. Təbii ki, qeyri-maddi varlıqların, maddi varlıq kimi hər hansısa bir məhdudiyyət və nöqsanlığı, zaman və məkan, dəyişilmə və çevrilmə kimi sifətlərə də malik deyildirlər. Qeyri-maddi varlıqlar, daha çox yaradılışın ilk anlarında kamil surətdə xəlq olunmuş, və bütün potensial qüvvələri aktuala çevrilmişdir. Belə bir varlığın içərisində mələkləri qeyd etmək olar. Təbii ki, mələklər də, öz nöbvəsində müxtəlif dərəcə və mərtəbələrə bölünürlər. Mələklər Allahın yaradılış sistemində xəlq etdiyi, Allah ilə bəndələr və təbiət aləmi arasında qərar tapan vasitədirlər. Allah mələkləri təkvini və təşri`i aləmi idarə etmək sistemini onlara həvalə etmişdir. Qurani-Kərimin qeydinə əsasən mələklərin işləri; vəhyin peyğəmbərlərə nazil etmələri, Allahın sözünün Öz peyğəmbərinə çatdırılmasında, varlığ aləminin işlərinin tədbirində və idarə olunmasında, ilahi feyzin məxluqata çatdırılmasında vasitə olmaları, habelə mömin bəndələr üçün istiğfar və dua tələb etmə, kafirləri lənətləmək, bəndələrin əməllərini qeyd etmək, ölüm zamanı onların canlarını almaq və buna bənzər digər mühüm işləri həyata keçirtmək üçün mələklərin öhdələrinə tapşırılıan mühüm ilahi qanun və vəzifələrdir.
Dini mətnlərə əsasən Allahın xəlq etdiyi qeyri-maddi varlıqlar hesab olunan mələklər bir-birindən fərqli mərtəbələrə malikdir. Həzrət Əli (ə)ın mübarək kəlamlarının birində mələklərin bir-birindən fərqli olması işarə olunmuşdur. Qurani-Kərimdə öz növbəsində mələklərin bir-birindən fərqli olduğunu açıq şəkildə bəyan edir. Beləliklə mələkləri öz vəzifələrinə uyğun olaraq müxtəlif qisimlərə və siniflərə bölmək olar. Onların müxtəlif sinifləri arasında növ ixtilafı olması, yoxsa həm növ, həm də mahiyyətdə bir-biri ilə fərqli olub-olmaması məsələsi bizə naməlumdur. Ayə və rəvayətlərdən məlum olan budur ki, mələklərin müxtəlif dərəcə və mərtəbələri vardır: Onların bir qrupu digər qrup üçün işçilər sayılır. Quran “mələklərin hər birinin özünə məxsus olan məqam və rütbəsi vardır” deyə şahidlik edir: “Bizdən (mələklərdən) elə biri yoxdur ki, onun üçün müəyyən olunmuş bir mərtəbə (və məqam) olmasın”. Buradan anlaşılır ki, mələklər Allahın feyz kanalı və Öz Rəbbilərinin mərhəmət və rəhmət simvolu hesab olunurlar. Belə ki, bütün varlığ aləmi və Kainat məhz bu mələklərin vasitəsi ilə icra olunur. Mələklər də öz növbələrində Öz Rəbbilərinin əmr və fərmanını icra edirlər. Beləliklə varlığ aləmi Allahın hakimiyyəti ilə mələklər vasitəsi ilə icra olunur.
Təbii ki, burada aydın olur ki, istər mələk istərsə də digər varlıqlar olsun, bütün varlığ aləmində mövcud olan bütün yaradılışdan daha üstün, daha şərafətli və daha mükəmməl bir varlıq var məhz o varlıq da insandır. Quranın bəyanına görə insan bütün varlıqlardan üstün və şərafətlidir. Buna görə də, digər bütün varlıqlar və mələklər hər biri insanlara xidmət etmək olmuşdur. Buna görə də, mələklərin yaranma səbəbi məhz insandır. Buradan aydın olur ki, varlığ aləmində mövcud olan bütün fenomenlərin öz dəyər və keyfiyyətləri məhz insanın varlığı ilə ölçülür və dəyər qazanır. Əgər insan adlı varlıq xəlq olunmasaydı və yaradılmasaydı təbii ki, mələk və digər hər hansısa bir varlığın var olma səbəbinin də mənası qalmayacaqdır. Buna görə, insanın yaradılması ilə bütün digər varlıqlar dəyər qazanmağa başladı.
İnsanın digər məxluqatın yetişə bilmədiyi ən üstün və uca məqamlara yetişə bilər ki, digər heç bir məxuq o mərtəbələri qət edə bilməzlər. İnsanın ən üstün mərtəbələri qət etməsi onun mələklərdən üstün olmasına səbəb olur. İslam Peyğəmbərin (s) merac hadisəsində qeyd olunan hadisəyə əsasən hətta Allahın ən üstün mələyi hesab olunan Cəbrayil belə insanın ucaldığı və daxil olduğu məqamlara yetişmək qabiliyyətinin olmamasınə etiraf etmişdir. Buna görə də, insanın ucaldığı qədər digər bir məxluqun o mərtəbələri qət etməsi üçün potensialı yoxdur. Eyni ilə Adəmin (ə) yaradılışında müşahidə etdiyimiz kimi, insan elə bir mərtəbəyə yetişə bilər ki, hətta mələklər belə ona səcdə edər. Buna görə də, insan Allahın yaratdığı ən üstün məxluq hesab edilir.
Beləliklə insanın yaraması ilə digər varlıqların yaranış hədəfi də aydın olur. Əgər insan yaradılmasaydı digər heç bir məxluq yaranmaz, onların yaşam hədəfi də müəyyən olmazdı. Bundan əlavə olaraq, Qurani-Kərimin qeyd etdiyi digər bir nüans isə, insan ən uca mərtəbələri qət etməsinin yanında ən aşağı mərtəbəyə də enməsini mümkün hesab edir, və onu belə halda ən rəzil və alçaq bir varlıq hesab edir. Hətta insan elə bir məqama yetişə bilər ki (mənfi mənada) hər hansısa bir ağıl, ixtiyar və şüurdan məhrum olan varlıq belə o məqama çata bilməz. Buna görə, Quran nöqteyi-nəzərində ağıl və dərk qüvvəsindən istifadə etməyən kəslərin məqamı digər varlıqlardan da daha aşağıdır. İnsan Allahın yer üzərində xəlifəsi olmaqla bərabər, varlıqların ən aşağı pilləsində qərar tapan bir varlığa da dönüşə bilər.
İstər mücərrəd olsun istər maddi varlığ, tək bir varlığ vardır ki, varlığ aləminin bütün mərtəbələrini özündə cəm etmiş, bütün xüsusiyyətlərə sahibdir. İnsan varlığ aləmində qərar tapan bütün mərtəbələri özündə ehtiva edib, istər uca istər mənfi məqamlara sahib olmağa potensialı vardır. Məhz buna görə də, insan digər varlıqlardan fərqli olaraq olduqca mürəkkəb və dəyişkən bir varlıqdır. Buna görə də, insan cism kimi maddi xüsusiyyətə sahib olmaqla bərabər, metafizik qüvvələr də malikdir ki, bu qüvvələr onun zehin, ruh və daxili mənəviyyat aləmini təşkil edir. Anlaşılır ki, insan bütün varlığ aləminin mərtəbələrini özündə ehtiva edib, bütün varlığ aləminin nizam-intizamına sahibdir.
Nəticə olaraq deyə bilərik ki, mələklərin yaradılış fəlsəfəsi və onlara olan ehtiyacı qısa izah etmək istəsək, deyə bilərik ki, Mütəal Allah varlığ aləmini səbəb-nəticə qanunu əsasında tərtibləmişdir. İlahi hikmətə əsasən, habelə Allahın iradəsinə və istəyinə əsasən mələklərin vücudlarının fəlsəfəsi və onların varlığ aləmində rolu buradan aydın olur. Bundan əlavə, xilqətin və səbəb-nəticə aləminin arasında tənasüb və uyğunluq olmadan hər hansısa bir fenomenin vücua gəlməsi də əqli cəhətdən mümkün deyil. Buna görə də, mütləq qüdrətə sahib və Zatınının tayı bərabəri olmayan bir varlığ olan Allahın məxluqat ilə əlaqəsinin yaranması üçün təbii ki, bir vasitəyə ehtiyac vardır. Buna görə də, Allahın zatı vəhdət məxluqatın varlığı isə kəsrət (çoxluq) olduğu üçün bunlar arasında uyğunluq qeyri-mümkündür. Məhz buna görə də, Allahın ilahi feyzini maddi aləmə çatdıran bir vasitənin olması labüddür. Təsadüfi deyil ki, dini mətnlərdə mələklər daha çox Allahın işçiləri və vasitəçiləri olaraq qeyd olunmuşdur.
Aləm işlərinin mələklərin ixtiyarına verilərək bölüşdürülməsinin lüzumu barəsində demək olar ki, bəşər üçün nəinki qeybi və mücərrəd varlıqların, hətta hiss olunan maddi varlıqların belə vücudunun səbəbi dəqiq şəkildə dərk edilməsi çətin, hətta qeyri-mümkündür. Lakin insanın əqli maddi və hiss olunan aləmdə külli şəkildə dərk etdiklərinə əsasən başa düşə bilər ki, Allah-taala varlıq aləmini səbəb-nəticə qanunu əsasında yaratmış, səbəblər silsiləsi arasında tərtibə riayət etmişdir – yəni, səbəb-nəticə qanununa riayət etmiş, onların arasında uyğunluq və tənasübün zərurətindən ibarət olan ilahi hikmət əsasında xəlq etmişdir. Buradan da Allahın istək və iradəsinə uyğun olaraq məlaikələrin varlığının səbəbi və onları varlıq aləmində böyük rol ifa etmələri aydın olur.
Istifadə olunan mənbələr:
Qurani-Kərim
Nəhcül-Bəlağə
Cavadi Amuli. Təsnim, c. 2, səh, 221.
Təfsiri-Qumi, c. 2, s. 265.
Nəhcül-bəlağə 1 ci-xütbə
“Saffat” surəsi, ayə: 164