Təvəlla və təbərra nə deməkdir ?

İslam dini üç əsas təməl hissəyə bölünür. Üsuliddin (əqidə və inanc), füruid`din (əməli göstərişlər) və əxlaq qanunları. Dini mətnlərdə adı keçən, və hər bir müsəlman şəxsin ona əməl etməsi lazım olan qanunlardan biri də təvəlla və təbərradır. Hər bir müsəlman və inanclı şəxsin təvəlla və təbərraya öz əməllərində diqqət etməsi lazım olan əməllərdəndir.

Təvəlla daha çox dostluq, yaxınlıq mənasında istifadə olunur. Burada təbii ki, təvəllada məqsəd Allaha inanan hər bir kəsi sevmək, yaxın və dost bilmək mənasında istifadə olunur. Təbii ki, insanın öz yaradanına sevgi və məhəbbəti nə qədər artarsa, Ona yaxın olan hər bir kəsə də mütləq sevgi və məhəbəti də artır. Bu növ sevginin qaynağı təbii ki, Allah olacaqdır. Bu növ sevgi imanın əsas xüsusiyyəti hesab olunur.
İslam dinində təvəlla olduqca əhəmiyyətə malik bir əməl və göstəriş hesab edilir. İnsanın öz Yaradanın və rəbbinə sevgisi nə qədər artarsa Ona bağlı olan və Onun yanında əziz olan hər bir varlığa da sevgisi artacaqdır. Təvəlla eyni zamanda ictimai rifah, sosial yardım, insanlar arası hüququn bərpası kimi fundamental əxlaqi qanunların icra olmasına da zəmin hazırlayır. Müsəlmanlar arası vəhdət, birlik və bağlılığın formalaşması üçün ən mühüm vasitə təvəlla hesab olunur. İslam dininin inkişaf və daha da möhkəmlənməsi müsəlmanların bir-birinə olan sevgi və mərhəmətinin vasitəsi ilə mümkün ola bilər. İctimai asayişin formalaşması üçün ən gözəl vasitə insanlar arası sevgi və mərhəmətin yaranması ilə mümkündür. Buna görə də dində ən mühüm göstərişlərdən biri də məhz təvəllanın cəmiyyətdə formalaşması və inkişaf etməsidir. Buna görə də, Allahın şəmsiyyəsi altında birləşən cəmiyyətin xüsusiyyəti sevgi, dostluq, mərhəmət, ülfət kimi ən üstün əxlaqi göstərişlər əsasında formalaşan bir cəmiyyətdir. Buna görə də, bir hədəf uğrunda birləşən, bir varlığa diqqət və ona yönələn sevgi və məhəbbət ilə formalaşan bir cəmiyyət təbii ki, islam dininin arzu etdiyi bir dindir. Təbii ki, İslam və müqəddəs Qurani-Kərimin arzu etdiyi və formalaşdırmaq istədiyi cəmiyyət də məhz təvəlla vasitəsi ilə Allahın sevgi və mərhəməti vasitəsi ilə birləşən bir cəmiyyət formalaşdırmaqdır.

Təbərra uzaq olmaq mənasında istifadə olunur. Təbii ki, burada məqsəd Allaha uzaq olan, Onun düşmənləri, Onun dininə zərər vurmaq istəyənlərdən, İslam dininə dil uzadıb, onun qayda-qanunların məhəl qoymayan kəslərdən uzaq olmaq deməkdir. Allaha və Onun nazil etdiyi dini qanunlara uzaq olan və Onun dininə zərbə vurmaq və düşmənçilik edən kəsləri zəhərə və sirkəyə bənzədilir ki, onlara yaxın olmaq insan üçün ən mühüm təhlükə hesab edilir. Burada təhlükədən məqsəd, insanın əxlaq və mənəviyyatına zərər vuracaq, onu Allah və Onun dini qanunlarına əməl etmək baxımdan uzaq salmaq deməkdir.
Beləliklə Allahın düşmənləri, Onun dininə zərbə vurub, dini ilə düşmənçilik edən kəsləri yaxın, dost tutmaq İslam dünyagörüşündə qadağan olunmuş əməl hesab edilir.

Nəticə olaraq demək olar ki, təvəlla və təbərra cazibə və dafiəyə bənzəyir ki, insan qəlbində Allaha sevgisi artaraq, Onun dostlarını cəzb etməklə, eyni zamanda qəlbin də Allah düşmənlərini dəf edir. Eyni zamanda bunun əksi də doğru hesab edilir.

GİAM

Yazar

Paylaş !

Facebook
WhatsApp
Rəy bildir !

Son yazılar

Bizi izlə !

Kəbə canli izlə !

Gürcustan islam araşdırmalar mərkəzi