[post-views]

Ayət namazı nədir və nəcür qılınmalıdır ?

A) Ayət namazı vacib namazlardandır. Bu namaz dörd halda vacib olur:
1. Günəş tutulduqda;
2. Ay tutulduqda (azca da tutulmuş olsa və kimsə qorxmasa da);
3. Zəlzələ baş verdikdə (əgər kimsə qorxmamış olsa da);
4. Şimşək çaxdıqda, qara və qırmızı yel əsdikdə (adamların çoxu qorxmuş olsa)

B) Ayət namazı iki rəkətdir: Bu namaz iki şəkildə qılına bilər:
Birinci: Niyyət edilir, təkbir deyilir, bir həmd və bir surə tam oxunur, rükuya gedilir, rükudan qayıdılır, yenidən bir həmd və bir surə oxunur, bir də rükuya gedilir. Beləcə, həmd-surə və rüku beş dəfə təkrarlanır. Beşinci rükudan, qalxdıqdan sonra iki səcdə edilir. Sonra namazın ikinci rəkəti eyni qaydada qılınır. Namaz təşəhhüd və salamla başa çatır.

İkinci: Niyyət edilir, təkbir deyilir, həmd oxunur, surənin ayələrindən biri deyilir, rükuya gedilir, rükudan qalxdıqdan sonra surənin ikinci ayəsi deyilir və yenə rükuya gedilir. Bu qayda ilə surənin beş ayəsinin hər biri deyildikdən sonra bir rüku edilir. Beşinci rükudan qalxdıqdan sonra iki səcdə yerinə yetirilir və ayağa qalxaraq namazın ikinci rəkəti eyni qayda ilə qılınır. Namaz təşəhhüd və salamla başa çatır.

GİAM

Yazar

Paylaş !

Facebook
WhatsApp
Rəy bildir !

Son yazılar

Bizi izlə !

Kəbə canli izlə !

Gürcustan islam araşdırmalar mərkəzi