Kərbəla qəhrəmanı xanım Zeynəbin (s.ə) Kufədəki xütbəsi

“Allaha həmd-səna və Peyğəmbərə salamdan sonra! Ey kufəlilər! Ey hiyləgərlər və əhdi pozanlar, ey vəfasız və hiyləni özlərinə peşə edənlər! Gözlərinizin yaşı əsla qurumasın və nalələriniz aram olmasın! Siz ipini toxuduqdan sonra onun iplərini açan qadın kimisiniz. Siz öz andlarınızı aranızdakı fəsadlar üçün vasitə etdiniz. Sizin aranızda boş-boş danışmaq, xudpəsəndlik, düşmənçilik, yalan, kənizlərin yaltaqlığı və kin-küdurət bəsləməkdən başqa, heç bir şey yoxdur, yaxud da, (əgər zahirdə yaxşı olsanız belə,) sonunda bataqlığın kənarındakı otlar, qəbirlərdəki gümüşlər kimisiniz. Agah olun ki, öz axirətiniz üçün pis şeylər (hazırladınız) və öncədən göndərdiniz. Allahın qəzəbi sizi bürüyəcək və həmişəlik olaraq Cəhənnəm əzabında qalacaqsınız. Qardaşım (Hüseyn (ə)) üçün ağlayırsınız? Bəli, Allaha and olsun, ağlamalısınız, çünki siz ağlamağa layiqsiniz. Belə isə çoxlu ağlayın və az gülün, ona görə ki, bu xarlıq sizin yaxanızdan yapışmış və onun ləkəsi həmişəlik olaraq ətəyinizə bulaşmışdər. Əsla onu təmizləyə bilməzsiniz. Bu alçaq ləkəni necə silə bilərsiniz? Peyğəmbərlərin sonuncusunun övladını, risalət mədənini, Cənnət gənclərinin ağasını, sizin dəstəlrinizin, tərəfdarlarınızın pənah və aramlıq yeri, yaralarınızın məlhəmi, giriftarçılıqda sizin sığınacağınız, döyüş zamanı rəhbəriniz, sizin üçün böyük höccət, yollarınızın parlaq çırağı olan kəsi (öldürməyi kiçik hesab etdiniz.) Agah olun ki, özünüz üçün öncədən pis bir azuqə göndərdiniz və Qiyamət günü çiyninizə ağır pislik yükünü götürdünüz. Məhv olun, məhv! Çevrilsin, (bayrağınız) çevrilsin! Təlaşlarınız zay, əlləriniz kəsilmiş, mallarınız (bu dünya bazarında) xəsarətə düçar olsun! Siz Allahın qəzəbinə düçar olmuşsunuz və sizin üçün zillət və xarlıq qaçılmazdır. Vay olsun sizə! Heç bilirsinizmi ki, Muhəmmədin (s) hansı ciyərini parçaladınız və hansı peymanı pozdunuz? Allah Rəsulunun (s) hansı dəyərli məhrəmlərini aşkar etdiniz? (Muhəmməd hərəminin pərdə arxasında oturanlarını küçə və bazarlarda göstərdiniz?) Onun hörmətini necə sındırdınız? Heç bilirsinizmi ki, onun hansı qanını yerə axıtdınız? Həqiqətən də, elə xoşagəlməz və dəhşətli bir iş gördünüz ki, az qaldı bu işinizə görə göylər parçalansın və yer yarılsın, dağlar şiddətlə yerə tökülsün. Sizin işiniz çirkin, hədsiz təhlükəli, zülmət, dəhşətli və qeyri-düzgündür, onun (çirkinliyi) yer və göylərin genişliyi qədərdir. Görəsən, göydən qan yağsa, təəccüb edərsinizmi? (Bilin ki,) axirətin əzabı daha xaredicidir və onlara (cinayətkarlara) əsla yardım olunmayacaqdır. Allahın sizə möhlət verməsi sizi qürurlandırmasın, çünki Allah tələsərək bir iş görməz (və zalımları vaxtında cəzalandırar.) Məzlumun qanının intiqamı əsla Ondan yayınmaz. Şübhəsiz, Allah bizim və sizin pusqunuzdadır.”

Giam

Yazar

Paylaş !

Facebook
WhatsApp
Rəy bildir !

Son yazılar

Bizi izlə !

Kəbə canli izlə !

Gürcustan islam araşdırmalar mərkəzi