Bir çox gənclərin dini məclislərə maraq göstərməməsinin səbəbi nədir?
Problem hansı yolla həll edilə bilər? Gənclərin diqqətini cəlb etmək üçün hansı metodlardan istifadə etmәk lаzımdır?
Cavab: Düşünürük ki, bir çox gənclərin dini yığıncaqlardan uzaqlaşmasının iki əsas səbəbi var
1. İslam düşmənlərinin müsəlman gənclərə qarşı hazırladığı zəhərli proqramlar onları dini məclislərə, ruhaniyyətə münasibətdə bədbinləşdirmişdir. Düşmən öz iti təbliğat vasitəsi ilə ağı qara göstərməyi bacarır.
2. Bə’zi məclislərdə natiqlik qaydalarına, təbliğat üsullarına əməl edilmir. Zəif, küt, elmi əsassız təbliğat bugünkü təhsilli gəncin mə’nəvi susuzluğunu yatıra bilmir.
Bəli, məhz bu iki səbəbdən müsəlman gənclər dini yığıncaqlardan qaçır. Amma xoşbəxtlikdən son dövrlər əksər müsəlman gənclərdə İslama yeni bir maraq oyanmışdır. Bu gün əzəmətli dini mərasimlərə nəzər salsanız, iştirakçıların əksəriyyətinin gənclərdən olunduğunu görərsiniz. Gənclər ilahi eşq yanğısında İslama üz tuturlar. Onların ehtiyaclarına cavab verilib-verilməməsi isə başqa bir mövzudur. Мövcud mə’nəvi ehtiyacların ödənməsi üçün günün nəbzini tuta bilən təbliğatçılara ehtiyac var.
Biz dəyərli təbliğatçıların mövcudluğunu inkar etmirik. Təəssüf ki, onlar mövcud ehtiyacı ödəyəcək sayda deyillər.
Giam