“Bəzilərinə görə bütün əxlaq prinsipləri insanın başqaları ilə xüsusi ictimai münasibətlərinə qayıdır. Belə ki, ümumiyyətlə cəmiyyət olmasaydı, hər insan başqalarından tam ayrı yaşasaydı, biri digərinin varlığından
xəbərsiz həyat sürsəydi, əxlaq heç bir məna kəsb etməzdi!” Ona görə ki, qibtə, həsəd, təvazökarlıq, təkəbbür, optimistlik, ədalət, zülm, iffət, səxavət və digər məsələlər yalnız cəmiyyət çərçivəsində, insanların bir-birilə münasibətində məna tapır. Deməli, insanı cəmiyyətdən ayrı təsəvvür etsək, həm də onu əxlaqsız təsəvvür etmiş olacağıq”. “Amma bizim əqidəmizə görə, bir çox əxlaqi fəzilət və rəzilətlərin insanın ictimai həyatına bağlı olduğuna etiraf etməyə rəğmən, bu, məsələnin ümumiliyinə dəlalət etmir. Bir çox əxlaqi məsələlərin fərdə aid olması, tək insan üçün tam keçərli olması buna sübutdur. Məsələn, problemlərə səbir, hadisələr qarşısında şücaət və qorxu, bir fərdin hədəfinə çatması üçün dözüm və ya tənbəllik göstərməsi, aləmin yaradanına qarşı diqqət və ya qəflət, onun sonsuz nemətləri müqabilində şükür və ya naşükürlük və əxlaq alimlərinin əxlaq kitablarında bəhs etdiyi, fəzilət və ya rəzilətdən saydığı bənzər məsələlər fərdi yönə malik olub, cəmiyyətdən tam ayrı yaşayan fərdə aid ola bilər. Buradan da əxlaqın fərdi və ictimai bölünməsi aydın olur. Amma məlum olduğu kimi əxlaq elmində ictimai əxlaqın çəkisi daha ağırdır və insan şəxsiyyəti də bu mehvər ətrafında dönür, baxmayaraq ki, fərdi əxlaq da öz həddində diqqət mərkəzindədir” Heç şübhəsiz, əxlaqın ikili bölgüsü əxlaqi məsələlərin dəyərini azaltmır, hərçənd dərəcə baxımından əxlaqi bəhslərin əhəmiyyət fərqini ortaya qoyur. Deməli, hansı əxlaqın yalnız fərdi və hansı əxlaqın yalnız ictimai yönü olduğunu araşdırmağa vaxt sərf etmək faydalı iş deyil. Biz də buna ümumi işarə etməklə bəhs üçün yetərli saydıq. Əlbəttə, fərdi əxlaqın ictimai məsələlərə dolayı təsirini də inkar etmək olmaz.
Giam