Müasir psixoloji araşdırmalara əsasən insanların psixi durumu bir neçə qabarıq xüsusiyyəti ilə seçilir.
Bütün bu psixoloji durum insan həyatının müxtəlif durumlarında, başına gələn hər bir hadisə qarşısında dik dayanması və əyilməməsi üçün əhəmiyyətli faktora malikdir. Təbii ki, insan bütün bu mexanizmin necə fəaliyyət göstərməsini dərk etdikdə böyük bir sərmayəyə malik olduğunu dərk edir.
Müasir psixoloji araşdırmalar insanların daxili aləmində qərar tapan bütün bu qoruyucuları “psixoloji zireh və psixoloji imunitet” olaraq qeyd edir. Bütün bu daxili və psixoloji qoruyucular, insanların bütün yaşam boyu göstərdikləri fəaliyyət, müxtəlif hadisələr qarşısında dik dayanıb elastiklik nümayiş etdirməsi, ətraf mühitin narahatçılıqlarını rahatlıqla dəf etməsi üçün mühüm bir funksiyaya malikdir. Təsadüfi deyil ki, insan psixologiyasının belə bir müdafiə gücü, onun daxili gərginliyini azaltmasına, xarici və daxili aləmə mütləq formada adoptasiya olmasına şərait yaradır. Təbiidir ki, belə bir psixi müdafiənin belə bir qabiliyyəti olmasaydı insan ən kiçik psixoloji təsirlərdən sağlam formada çıxa bilməz, öz daxili və psixi durumunu idarə edə bilməz, ruhuna böyük zərbələr alardı. Belə bir müdafiə və bərpa etmə funksiyasına sahib olmaq insanın yaşam boyu göstərdiyi bütün fəaliyyəti o cümlədən insanın hər bir çətin və psixoloji gərginlikdən asanlıqla və rahat formada çıxa bilməsini asanlaşdırır. Fitri olaraq hər bir insan məhz belə bir daxili gövhərə sahib olmuşdur. Və insanların bütün ruhu məhz belə bir funksiya ilə təchiz olunmuşdur. Təbii ki, bütün bu qüvvələrin hər biri hər bir insanda fərqli formada özünü göstərir.
Bir qrup bəzi hadisələrdən və psixoji təzyiqlərdən təsirləndiyi kimi, digər insanlar təsirlənmir. Bütün bu təsir və təsirlənmə, insanlar arasında mövcud olan psixoloji quruluş və sistemə görədir.
Digər tərəfdən insanlarda mövcud olan belə bir müdafiə mexanizmi onların tam olaraq müxtəlif psixoloji təsirlərdən qorunması mənasında da deyildir. Psixoloqların qeydinə əsasən insanların belə bir ruhi qüvvəyə sahib olmalarına baxmayaraq hər hansısa bir kiçik və böyük olmasından aslı olmayaraq hadisələrdən uzun müddət, hətta ömür boyu öz təsirini itirməyən ruhi və psixoloji təsir alması mümkün bir haldır. Psixoloji tramva və təsirlər daha çox insanların ruhi və psixoloji sağlamlığına münasib olmayan ətraf mühitin mütəmadi və uzun müddət mənfi təsiri və ya ani olaraq şiddətli təsir etməsi nəticəsində yaranmış zərərlərdən ibarətdir. İnsanın yaxınını anidən itirməsi, iqtisadi iflas, şəxsiyyətin və ictimai statusun itməsi kimi müxtəlif hadisələr və s. insanda psixoloji tramvaların yaranmasına səbəb olur.
Yaxının həyatdan köçməsi, ağır xəstəliklər, təbii faciələr, müharibələr, cinsi təcavüzlər, fiziki tramvalar, işgəncə, uzun sürən xəstəliklər, qorxu, ağır cinayətlərə şahid olmaq, xoşagəlməz hadisələr və s. bütün bunların hər biri ağır psixoloji tramvaların yaranma səbəbi hesab olunur.
Psixoloji tramvaların hər biri bir-birindən fərqli olduğu kimi həmin tramva görən şəxs üçün olan əhəmiyyəti şəxsin keçirtdiyi psixoloji vəziyyəti ilə bir başa əlaqəlidir. Hər bir psixoloji tramva insanın sağlam düşünməsinə və qərar qəbul etməsinə olduqca mühüm zərbə vurur. Psixoloji tramvalar insanın psixikasının çətinliyə adoptasiya olma imkanını sıradan çıxarıb, insanın bütün daxili və psixoloji durumunu yerlə yeksan edir. Nəticədə insan hər hansısa bir bir ruhi gərginlikdən xilas olma imkanını əldən verərək ən kiçik hadisələrdə belə böyük ruhi gərginlik keçirir. Psixoloji araşdırmalara əsasən psixoloji tramva keçirən insanlar normal digər insanlar kimi yaşaması – deyib gülmək, əylənmək, sevinmək, insanlarla qaynıyıb qarışmaq kimi xüsusiyyətlər – üçün olduqca böyük əngəllər törədir. Psixoloji tramva keçirən hər bir insan düzgün düşüncə və sağlam ideologiyaya sahib olmadıqları halda, reallıqlardan və onları narahat edən hadisələrdən uzaqlaşmaq üçün və eyni zamanda olub keçən hər bir şeyi unutmaq üçün spirtli içkilər, qumar, narkotik kimi zərərli maddələrə də aludə ola bilərlər. Uzun sürən psixoloji tramvalar ən sonunda intihar və özünə qəsd kimi ən ağır hadisələrə də səbəb ola bilər.
Psixoloji travmalardan qurtulma yolları
Psixoloji travmalar insan həyatını zəhərə çevirən ən önəmli faktor hesab edilir. Bütün bu daxili travmaların yaranma səbəbi olduğu kimi, təbii ki, bütün bunların həll yolu da mövcuddur. Müasir psixologiya insan psixikasında mövcud olan bir sıra psixoloji tramvaların funkisyasını tapıb, onu həll etmək üçün müxtəlif yollar təqdim etmişdir. Burada ilk olaraq vurğulamaq gərəkən məsələ insanın öz-özünü idarə etməsidir. Təbii ki, insan hər hansısa bir psixoloji travmaya düçar olduqca müəyyən bir psixoloqa müraciət edib, psixoloji yardım ala bilər. Ancaq hər şeydən öncə buradan insanın öz-özünü müalicə etməsi üçün ən mühüm faktor insanın özüdür. Belə ki, insan ilk olaraq öz düşüncələrini dəyişib, mövcud vəziyyətdən xilas ola bilər. İradəsi güclü olan, hər bir mənfi hadisələrdən təsirlənməyən insan təbii ki burada özünü rahat bir tərzdə müalicə edə bilər. Bunun üçün, insanın iradəsi möhkəm olmalı və düşdüyü mühitdən çıxaraq psixoloji tramvalardan qurtula bilər. İnsan özünü təftiş etməli, öz məqsədlərinə və hədəflərinə yenidən göz atıb, əxlaqi və mənəvi dəyərlərə sahib olaraq öz mənfi psixoloji travmalardan qurtula bilər.
İnsanın düşdüyü psixoloji travmalardan qurtulması üçün digər bir həll yolu isə, insanın hadisələrə ötəri baxması, dünyanın müvəqqəti bir məkan, keçici bir səfər olaraq görməsi ilə mümkündür. Axirət adlı əbədi bir dünyanın mövcud olduğunu, hər hansısa bir mənfi və xoşagəlməz hadisələrin mövcud olmadığını dərk etmək, insanın önündə əbədi bir həyatın varlığını dərk etməsi onun hər hansısa bir xoşagəlməz hadisələr qarşısında möhkəm dayanmasına səbəb olacaqdır. Təbii ki, burada dini təlimlərin və dəyərlərin rolu inkar edilməzdir. Dini dəyərlərə sahib olaraq insanlar psixoloji travmalardan qurtula bilər. Təsadüfi deyil ki, dini imana sahib olmaq insanların dünyada bütün xoşagəlməz hadisələr qarşısında səbr və dözümlə dayanmasına və bütün psixoloji gərginliklərdən qurtulması üçün olduqca əhəmiyyət kəsb edir. Psixoloq və mütəfəkkirlərin qeydinə əsasən dua, razu-niyaz, münacat və bunun kimi dini ayinləri icra etmək insanın stress, psixoloji gərginlik, travma kimi insanın daxili dünyasını xarabalığa çevirən mənfi amillərdən qurtulmaq üçün ən mühüm amillərdir. İnsanın psixoloji travma, stress və buna bənzər psixoloji xəstəliklərdən qurtulması üçün ən əhəmiyyətli olan, insanın elm və bilik əldə etməsi kitab oxumaq, səyahət etmək, müxtəlif və bir-birindən fərqli gözəl yerləri ziyarət etmək, dostlarla əylənmək, müəyyən bir iş, təhsil, karyera və buna bənzər bir işlə məşğul olmaq insanın bütün psixoloji travmalardan qurtulması üçün ən əhəmiyyətli məsələ hesab olunur.
Sonda onu qeyd etmək istərdim ki, bütün bunlardan fərqli olaraq, insanın psixoloji və buna bənzər digər xoşagəlməz hadisələr qarşısında möhkəm dayanması üçün Allaha təvəkkül etmək, Allahla münacat, Allaha arxalanmaq və və Onu yad etmək ən gözəl qurtuluş yoludur. Əzəmətli və Uca Allahı yad etmək təbiidir ki, bütün bu mənfi travmalardan qurtulmaq üçün ən gözəl vasitədir. Necə ki, Allahın özü bu barədə Qurani-Kərimdə buyurur: ” Bilin ki, qəlblər yalnız Allahı yad etməklə aramlıq tapar”
“Ölməz diri olan Allaha bel bağla”
“Kim Allaha təvəkkül etsə (Allah) ona kifayət edər. Allah öz əmrini yerinə yetirəndir”
Allaha iman və Allahı həmişə xatırlamaq insanın həyatına məna verən və onu hədəfsizlikdən çıxaran amildir. Əgər insan özünün Allah ilə münasibətlərinə yenidən nəzər salsa və bütün işlərində Onu nəzərə alsa, həm qarşısına qoyduğu məqsədə daha rahat çatar, həm də heç bir çətinlik onu qorxutmaz.
Çünki o, belə olan halda bütün varlıq aləminin ixtiyarı əlində olan qüdrətin nəzarəti altında addımlayır və bilir ki, Allah heç vaxt öz bəndəsini darda qoymaz, çətinliyə salmaz. Əgər o, hansısa zahiri çətinliklə qarşılaşıbsa, deməli, onda da bir hikmət var və o da xeyrinədir.
Bunun müqabilində əgər insan Allahı untsa və Ondan üz döndərsə, onu sıxıntılı həyat gözləyir. Allah-taala buyurur:
“Kim Məni zikr etməkdən üz döndərsə, həyatı mütləq sıxıntılı olacaqdır”
Aqil İslam
1. (Rəd, 28)
2. (Şüəra, 217)
3. (Təlaq, 3)
4. (Taha, 124)