Xanım Fatimə (s.ə) nə üçün “Fatimə” adlandırılıb?

Xanım Fatiməyə (s.ə) aşağıdakı səbəblərə görə “Fatimə” deyirlər
1. O hər bir pislikdən və çirkinlikdən uzaqdır.
2. O və onun şiələri (tərəfdarları) cəhənnəm odundan uzaqdırlar.
3. Fatimə (s.ə.) yüksək elm və kamal dərəcələrinə malik olduğu üçün başqalarından seçilirdi.
(Fatimə “Fətəmə” kəlməsindəndir, yəni kəsən və ayıran).
4. Fatiməyə (s.ə.) ona görə Fatimə deyildi ki, insanlar onu tanımaqda acizdirlər, Xanımın həqiqətini dərk edə bilməzlər. Bu, Fatimənin “Ümmi-Əbiha” məqamına dəlildir.
5. Həzrəti-Fatimənin (s.ə.) Fatimə adlandırılmasının səbəblərindən biri də budur ki, Fatimənin (s.ə.) ən kamil nümunəsi “Qədr gecəsi”dir. Zəhra (s.ə.) Allahın qədr gecəsidir. “Qədr gecəsi” sirli olduğundan, Zəhra da sirli bir varlıqdır və heç kəsin əqli onu dərk etməyə çatmaz.
Əgər bir kəs “Qədr gecəsi”ni dərk edə bilsə, Həzrəti-Fatimeyi-Zəhranın (s.ə.) da məqam və mənzilətini dərk edə bilər. İmam Həsən Əsgəri (ə) buyurur: “Fatimeyi Zəhranın (s.ə.) “Zəhra” adlanmasının səbəbi bundan ibarətdir ki, hər gün üç dəfə onun camalının nuru Həzrəti-Əli (ə) üçün cilvələnirdi.
Fatimeyi-Zəhranın (s.ə.) parlaq çöhrəsi səhərin ilk başlanğıcında günəş kimi, günorta vaxtı ay kimi, gün batan vaxtı ulduz kimi nur saçırdı..

GİAM

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir