Qəza və qədərin təfsiri nədir ?

Şübhəsiz ki, “qəza və qədər” adlı məsələ dini mənbələrdə qeyd edilmişdir. Amma bəhsimiz bu iki sözün təfsiri (izahı) ilə bağlıdır. Sadə və avam camaatın hamısı bu iki sözü belə təfsir edir: “Hər bir kəsin taleyi onun xəbər və iştirakı olmadan elə ilk gündən Allah tərəfindən təyin olunmuşdur. Nəticədə, hər kəs müəyyən olunmuş bir tale ilə dünyaya gəlir və onun dəyişdirilməsi mümkün deyil. Hər bir insanın nəsibi və qisməti vardır və məcburən – onun istəyib-istəməməsindən asılı olmayaraq – ona çatasıdır. Taleyin, qəza və qədər, nəsib və qismətin dəyişdirilməsi ilə bağlı edilən səy və təlaşlar faydasız, bihudə və Allahın iradəsi (istəyi) ilə mübarizə aparmaqdır…” Əgər “qəza və qədər”i bu cür izah etsək, onun süstləşdirici yönü inkar edilməzdir, çünki belə izah bizə əgər bir gün “qaniçən Bəni-Üməyyə” və ya “qarətçi Bəni-Abbas” kimi şəxslər və yaxud “Monqol ordusu” həmlə edər və bizə qalib olarsa, onlara təslim olmağımızı və bunun ilahi qəza və qədər olduğunu öyrədir. Amma islami mənbələrin araşdırılması belə təfsirin İslam tərəfindən şiddətlə pisləndiyini nişan verir və onun qəbul edilməsi “vəzifə”, “cihad”, “səy və təlaş”, “davamiyyət”, “mükafat və cəza”, “cənənət” və “cəhənnəm”, “haqq-hesab” kimi aşkar və aydın olan bir sıra islami məfhumları sual altında qoyur və geridə onlar üçün heç bir məna qalmır

Giam

Yazar

Paylaş !

Facebook
WhatsApp
Rəy bildir !

Son yazılar

Bizi izlə !

Kəbə canli izlə !

Gürcustan islam araşdırmalar mərkəzi