Məscidlərdə müdiriyyət sistemi

Məscid dedikdə istər-istəməz zehinlərimizə Allaha ibadət olunan muqəddəs səcdəgah gəlir. Bu səcdəgah elə muqəddəs məkandır ki, bu məkanda müdiriyyət sistemi, gərək muqəddəs çərçivə və qanunlar əsasında qurulsun. Buna görə də hər bir məsciddə müdiriyyət etmək istəyən şəxs, gərək müdirüyyət qayda və qanunlar haqqında az da olsa düşünmüş olsun. Amma çox təəssüflər olsun ki, bəzi məscidlərdə müdirüyyət etmək istəyən şəxslər hələ də müdiriyyət haqda düşünməyiblər. Elə buna görə də özümə borc bildim ki, bu haqda az da olsa müdiriyyət  etmək istəyənləri oyadam. Amma gəlin əvvəlcə İslam dini və məscidlərin müdiriyyət sistemi ilə, sonra isə məscidlərin layiqli müdirlərinin xüsusiyyətləri ilə taniş olaq.

İslamda müdiriyyət sistemi
İslamda müdiriyyət sistemi başqa təşkilatlarda olan müdiriyyət sistemindən fərqlənir.  Beləki, İslamda  müdiriyyət sistemi Qurani-kərim, Nəhc-əl-Bəlağə, İslam Peyğəmbərinin (s) və məsum imamlarin(ə) sünnəsindən qaynaqlanaraq təşkil olunmuş bir müdiriyyət sistemidir. Heç vaxt bu  sistemində ziddiyət irəli gəlməmişdir. Amma başqa  müdiriyyət sistemlərini bir-biriləri ilə müqayisə etdikdə çox sayda ziddiyətlərə rast gəlmək olur. İslamda müdiriyyət sistemi bir neçə əsas üzərində qurulmuşdur. Hər bir müdir bunlar əsasında müdiriyyət edərsə, ən müvəffəq müdirlərdən hesab olunur. Bu əsaslar aşağıdakılardan ibarətdir:

1. Allahı tanıma əsası,
2. Allaha təvəkkül və Ona sığınma əsası, 
3. Allahın rizayət(razılığını əldə etmət) əsası, 
4. Öz nəfsini şeytanin şərrindən qoruma əsası,
5. Öz vəzifəsini lazımı şəkildə yerinə yetirmə əsası,
6. Ədalət əsası,
7. Xeyirxahçılıq əsası,
8. Axirət gününə inam əsası,
9. Vilayət əsası,(İslam peyğəmbərini(s) və 12 İmamın(ə) vilayət və     rəhbərliklərini qəbul etmək əsası) 
10. İnsanlara ehtiram və hörmət əsası,
11. Beytul-maldan düzgün istifadə əsası,
12. Başqalarının haqq və hüquqlarını qorumaq əsası,
13. Məhrum insanlarin qayğısına qalma əsası, 
14. Özünə etimad etmə əsası,
15. Öz izzət və şərəfini qoruma əsası,
16. Sirr saxlamaq əsası,
17. Sədaqətli olmaq əsası,
18. Söz və əməlin uyğunluq əsası,
19. Sadə yaşamaq əsası,
20. Əmanətdarlıq əsası,
21. Vəfadarlıq əsası,
22. Təvazökarliq əsası,
Amma məscidlərində özünə məxsus müdiriyyət sistemi var. Bu sistem məscidlərdə müdiriyyət etmək istəyən şəxslər üçün zəruridir.

Məscidlərdə müdiriyyət sistemi
Hər bir müdiriyyət sistemlərinin özünə məxsus idarə etmə əsas və qanunları vardır. Eləcədə məscidlərdə müdiriyyət sisteminin özünə məxsus idarə etmə əsas və qanunları vardır. Bunlar aşağıdakılardan ibarətdir;
1. Öz vəzifə və hədəflərini tanıma əsası;
Hər bir məsciddə müdiriyyət etmək istəyən şəxs, gərək öz işi əsəsında vəzifəsi ilə yaxından tanış ola və dəqiq şəkildə biləki onun bu məsciddə vəzifəsi nədən ibarətir. Məsələn; Piş namazdır və ya Əqd oxuyandır və s… Eyni zamanda gərək biləki öz qarşısına qoyduğu hədəf və məqsədi nədir? Bu məsciddə müdiriyyə dövründə hədəfi namaz qılanların sayını artırmaqdır və yaxud bir ayda 10 nəfərə Quran oxumağı öyrətməkdir və s…  Amma çox vaxtları bizlərə dedikdə gəl bir məsciddə Axund və ya Piş namaz ol tez qebul edirik. Bəzilərimizdə vəzifəyə o qədər bağlıyıq ki, fəqəd buna görə ki, mənə axund desinlər deyə axundluğu qəbul edirik. Amma düşünmürmk ki, Axundluq başqa vəzifələrdən xüsusən dünyada olan idarəlar sistemindən fərqlənir. Bir nəfər bir idarədə müdiriyyət edirsə O, təkcə özündən vəzifəcə böyük olan şəxsə hesabat verməlidir. Amma Axundluq etmək istəyən şəxs, həm Allahı və həmdə caamatı qarşısında hesabat verməlidir. Görəsən bu haqda Axundluq etmək istəyənlər nə həddə düşünüblər? 
2. Məsciddə praqram üzündən işləmə əsası;
Hər bir məsciddə müdiriyyət etmək istəyən şəxs, gərək məsciddə dini mərasim və işlərini praqramlaşdırsın. Məslən; hər həftənin dörcüncü günləri kumeyl duası oxunacaq və ya hər həftənin cümə günləri, cümə xütbə və namazı oxunacaq və yaxud ayda iki dəfə məntəqədə yaşayan yetimləri ziyarət edəcək.
3. Məsləhətləşmək asası;
Məsciddə müdiriyyət etmək istəyən şəxs gərək bilmədiyi işlər haqda hər məscidin təcrübəli ağ saqqal və cavanlarə ilə məsləhət eləsin. İctimai baxımdanda bu iş onun üçün çox faydalıdır. Heç vax öz fikirlərini ətrafıdakllara zorla  qəbul elətdirməyə çalışmasın. Ümumi şəkildə qərara gəlib iş görsünlər.
4 .İşlərdə istiqamətli olma əsası;
Hər bir Axund gərək məscidin  işlərində istiqamətlə hərəkət edərək, tələsmədən məscidin işlərini sona çatdırsın. 
5. İşləri nəzarət və kontrol etmə əsası;
Məsciddə gərək Axund məscidin iş və praqramlarına daim nəzarət etsin. Belə olmasınki, Axund məscid üçün bir işə başlaya bir neçə gün sonra yaddan çıxara. Bu şəkildə iş tərzi cəmiyyətdə Axundun nüfuzdan düşməsinə səbəb olar.   
6. İşlərin məscid də bölünmə əsası;
Axund və ya Müdir gərək məscidin işlərini məsid cavanları arasında onların bacarıqlarına əsasən, bölsün. Çünki, bu iş həm məscidin işlərinin sürətlə inkişafına səbəb olar, həm də ki, Axundun məscid işlərinə nəzarətinin gücləməsinə səbəb olur. Əgər qərar olsa Axund hər işi öz öhdəsini götürə, əsl Axundluq hədəfindən çox uzaqlaşar. Budaki, həm Axunda və həmdə məsciddə mənəvi fəzanın azalmağına səbəb olar. Məsələn; zöhr namazı vaxtıdır amma Axund məsciddə yoxdur, hansısa iş arxasınca gedib və nəticədə caamat namazı qılınmayır. Bu iş bir neçə dəfə təkrar olsa məsciddə camaat namazının əhəmiyyəti azalar. Dindarlar arasında söz söhbət yaranar və belə deyələr: məscid də namaz qılmağın nə faydası var onsuzda  məscid də caamat namazı qılınmır. 
78. Məscid də fəaliyyətlərin genişlənmə və caamatın məscidə cəzb olunma  əsası;
Axund gərək yavaş-yavaş məsciddə öz fəaliyyətlərini genişləndirsin. Əgər məsciddə Axundun fəaliyyətləri genişlənərsə caamatın məscidə get-gəli sürətlə artar, bu da məsciddə mömin cavanların artmasına səbəb olar.

Müvəffəq axund və müdirlərin xüsusiyyətləri
Müvəffəq Axund və Müdirlərin xüsusiyyətləri aşağıdakılardan ibarətdir;
1. İman və təqvalı olmaq,
2. Yaxşı əxlaq sahibi olmaq,
3. Ədalətli olmaq,
4. Əmanətdar olmaq,
5. Bacarıqlı olmaq,
6. Sədaqətli və əhdinə vəfalı olmaq,
7. Öz nəfsini kontrol edə bilmək,
8. Gələcəyi görən ola,
9. Təvazökar ola,
10. Elimli ola,
11. Cəmiyyətə xeyirli işlərdə qabaqcıl ola.

Amma bir neçə xüsusiyyətltər də vardır ki, Axund və ya məscid müdirləri gərək o, xüsusiyyıtlərdən çəkinsinlər. Bu xüsusiyyətlər aşağıdakılardan ibarətdirlər;
1. Təkəbbürlük və öz sözünü qarşı tərəfə yeritmək,
2. Özü ilə çox fəxr etmək,
3. Qəhqəhə çəkib gülmək və yersiz zarafatlar etmək,
4. Caamata zülm etmək,
5. Yaltaqlıq etmək,
6. Verdiyi söz və əhdini yaddan çıxarmaq,
7. Cəmiyyətdən uzaqlaşmaq,
8. Yalan danışmaq,
9. Caamatın şad və qəmli məclislərində iştirak etmək,

Məscidlərdə və onun təşkilatçılığında müdiriyyət
Məscidlərdə müdiriyyət etməkdən hədəf aşağıdakılardan ibarətdir;
1. Məscid gərək hər bir şəhər və məntəqənin mərkəzi və gözəl yerində tikilsin,  necəki, qaş üzüyün ortasında parıldayan kimi, şəhərin binaları arasında parıldasın. Həmçinin məscidin təmizlik və gözəlliyinə çox əhəmiyyət verilməlidir ki, gedib-gələni özünə cəlb etsin. Bu da məscid də müdiriyyət sisteminə bağlıdır.
2. Məscidlərdə müdriyyət səbəb olur ki, cavanlar məscidə qarşı meyilli olub və məscidə get-gəllərini artırsınlar. Bunun da əsl səbəkarları məscidin Axundunun və şura üzvlərinin məscidə gələnlərə qarşı rəftarlarından aslıdır.
3. Məscid gərək müsəlmanların, ünsiyyət, vəhdət və birlik mərkəzinə çevrilsin. Bu da məscid də müdiriyyət sisteminə bağlıdır.
4. İslam dinin zühurunun əvvəllərində, məscid müsəlmanların həyatını müxtəlif sahələrində, xüsusən ictimai problemlərinin həllində böyük təsir və rolu var idi. Biz də gərək öz təbliğatılarımızla İslam dinin zühurunun əvvəllərini geriyə qaytaraq. Bu yenə də məscid də müdiriyyət sisteminin təsirinə bağlıdır.


Dr. Fariz Rəcəcov

Yazar

Paylaş !

Facebook
WhatsApp
Rəy bildir !

Son yazılar

Bizi izlə !

Kəbə canli izlə !

Gürcustan islam araşdırmalar mərkəzi