İmam Zamanın (ə.f) varlıqının sübutu və təsirləri nədir ?

İlahi lütfün həzrət Mehdinin (ə) varlığına dəlil olmasını araşdırmazdan öncə bir neçə nöqtəyə işarə edək:

Bir baxımdan lütf iki qismə bölünür:
a) Lütfi-müfəssəl: Bu lütf sayəsində insan ixtiyari olaraq itaət
yolunu seçir.
b) Lütfü-müqərrəb: bu lütf sayəsində insan vacib göstərişlərin
yerinə yetirilməsinə yaxınlaşır, haramlardan uzaqlaşır.

İmamiyyə və mötəzilə alimləri lütfü Allah üçün vacib sifət saymışlar. Çünki Allah Öz bəndələrini boş yerə yaratmamışdır. Buna görə də onları nəzərdə tutulmuş məqsədə çatdırmaq üçün şərait yaradır, o cümlədən, lütf göstərir. Müqərrəb lütfə əsasən cəmiyyətdə haqqa mehvər olası, cəmiyyəti xətadan uzaqlaşdırası imama ehtiyac var. Bu səbəbdən də deyirik: icma höccətdir. Lütf qaydası tələb edir ki, xalq arasında rəis olsun. Rəis cəmiyyətə biganə qalmamalıdır. Cəmiyyət yolunu azdıqda rəis onu doğru yola sövq etməli, batilin qarşısını almalıdır. Səffar imam Sadiqdən (ə) belə nəql edir: “Həqiqətən, Allah-təala
yer üzünü imamsız qoymaqdan daha ucadır.”

Məhz varlığını lütf saydığımız qeybdə olan imamın hansı təsirləri var?

1. Bütün yer üzündə Allah dinin hifzi – Mərhum Şəriful-Üləma
buyurur: “Heç şübhəsiz, qeyb dövründə imamın varlığı lütfdür. Digər
bir lütf şəriətin qorunması, xalqın batil ətrafında toplanmasının
qarşısının alınmasıdır.”

2. Hazırlıqlı nəfslərin tərbiyəsi – Qeyb dövründə imamın xalqla
rabitələrinin tamamilə kəsilməsi yanlış fikirdir. Bəzi rəvayətlərə
əsasən, ləyaqətli insanlar həzrətin nurundan bəhrələnəcəklər.

3. İmamın varlığı ilə məzhəb qorunar – Sosioloqlar və psixoloqlar
bu fikirdədilər ki, hətta qeybdə olan rəhbərin varlığına inam dini
cəmiyyətə böyük təsir göstərir. Ühüd savaşında düşmən xalqın
ruhiyyəsini zəiflətmək üçün peyğəmbərin qətlə yetirilməsi ilə bağlı
şayiə yaydı.

4. İdeal şəxsiyyətin bəşəriyyətin tərəqqisinə təsiri – İlahi dinlərin
imtiyazlarından biri budur ki, göstəriş verməzdən öncə nümunələr,
ideal şəxslər təqdim olunur. Xalq bu ideallarla tanış olub kamillik
yolunda daha asanlıqla qədəm götürür. Bildiyimiz kimi, ən üstün
nümunə kamil və sağ imamdır.

Giam

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir