Asimanın parlaq ulduzu, vilayət günəşinin sönməz, daim işıq saçan, Allahın yer üzərindəki beşinci ulduzu, kamil insan nümunəsi eyni zamanda bütün elmlərin fatehi kimi tanınan Muhamməd Baqir (ə) hicri ilin 57-si mübarək Rəcəb ayının 1-ci günü Peyğəmbərin (s) şəhəri hesab olunan Mədinədə dünyaya göz açmışdır. Bir sıra nəql olunan rəvayətlərə əsasən babasına çox bənzədiyi üçün o həzrətin adını Muhamməd qoydular. Elmləri fəth edib, dərin elmi bilikləri aşkara çıxartdığı üçün Baqir ləqəbini o Həzrətə (ə) verdilər. Atası həzrət Səccad (ə), anası isə imam Həsən əleyhissalamın qızlarından sayılan Fatimə idi. O həzrət (ə), nəsli həm ata, həm də ana tərəfindən həzrət Peyğəmbərə (s) çatan ilk imam sayılır. Imam Məhəmməd Baqir (ə) həyat səhifəsini iki mühüm hissəyə ayırmaq olar: İmamətdən qabaqki 35 illik həyatı ( həmin dövrdə İmam Mədinə yaşayırdı. Təxminən 20 il dəvam edən imamlıq dövrü (bu dövrdə İslam elm və biliklərini təbliğ etdiyi dövrdür)
Elmi inqilabın banisi
İmam Baqir (ə) öz imamət dövründə münasib olmayan bir vəiyyətdə ilahi məarifi nəşr edib onu meydana çıxarmağa başladı. O həzrət elmi çətinlikləri həll etməklə sonradan oğlu İmam Cəfər Sadiq (ə)ın İmaməti dövründə təsis edilən böyük İslam məktəbinin yaranmasına şərait yaradan elmi inqilabı həyata keçirtdi. İmam Baqir (ə) elm, zöhd, təqva, fəzilət və əzəmətdə bütün Bəni-Haşim böyüklərini üstələmiş, onun böyük elmi və əxlaqi məqamı dostun da, düşmənin də tərifinə çevrilmişdi. O Həzrətdən İslami hökmlər, təfsir, İslam tarixi və başqa elmlər sahəsində o qədər hədis və rəvayətlər yadigar qalmışdır ki, o vaxtadək İmam Həsən (ə) İmam Hüseyn (ə) dövrünün böyük elmi şəxsiyyətləri və eləcə də Peyğəmbər səhabələrindən sağ qalanlar o Həzrətdən istifadə edirdilər. Şiə kitabları da, müxtəlif sahələrdə İmam Baqir (ə)dan rəvayət və hədislər nəql etmişlərdir. Bu kitablarla azca tanış olan şəxslər bu həqiqəti təsdiq edərlər. Elmi inqilabın banisi İmam Məhəmməd Baqir öz İmaməti dövründə münasib olmayan bir vəziyyətdə İlahi maarifi nəşr edib onu meydana çıxarmağa başladı. O Həzrət elmi çətinlikləri həll etməklə sonradan oğlu İmam Cəfər Sadiqin İmaməti dövründə təsis edilən böyük İslam məktəbinin yaranmasına şərait hazırladı. İmam Baqir elm, zöhd (təqva), fəzilət və əzəmətdə bütün Bəni–Haşim böyüklərini üstələmiş, onun böyük elmi və əxlaqi məqamı dostun da, düşmənin də tərifinə çevrilmişdi. O Həzrətdən İslami hökmlər, təfsir, İslam tarixi və başqa elmlər sahəsində o qədər hədis və rəvayətlər yadigar qalmışdır ki, o vaxtadək İmam Həsən , İmam Hüseynin övladlarının heç birindən o qədər rəvayət yetişməmişdir. O dövrün böyük elmi şəxsiyyətləri və eləcə də Peyğəmbər səhabələrindən sağ qalanlar o Həzrətdən elmi cəhətdən faydalanırdılar. Cabir ibn Yezid Cüfi, Kisan Sicistani, həmçinin, İbn Mübarək, Zühri, Uzai, Əbu Hənifə, Malik, Şafei, Ziyad ibn Münzirnəhdi kimi fəqihlər o Həzrətin elmi əsərlərindən bəhrələnmiş, onun buyurduqlarını gah bilavasitə, gah da bir neçə vasitə ilə rəvayət edərlərmiş. Sünni məzhəbinin ən mötəbər müəlliflərindən hesab edilən Təbəri, Bəlazəri, Səlami, Xətib Bağdadi, Əbu Nəim İsfahani, eləcə də, ən mötəbər qaynaqlarından olan Müvəttəi-Malik, Sünəni-Əbu Davud, Müsnədi-Əbu Hənifə, Müsnədi-Mərvəzi, Təfsiri-Nəqqaş,Təfsiri-Zəməxşəri (Əl-Kəşşaf) və onlarla bu kimi kitablar İmam Baqirin mənalı sözləri ilə doludur və onların hər yerində “Məhəmməd ibn Əli (İmam Baqir) buyurmuşdur”, yaxud “Məhəmməd Baqir buyurmuşdur” ifadəsi gözə dəyir.
Elmləri fəth edən, bilik qapılarını açan
İmam Baqir (ə)ın parlaq elmi əsərləri və İslam cəmiyyətinə təhvil verdiyi dəyərli şagirdləri, İslam Peyğəmbərinin (s) uzaqgörənliyini çin çıxartdı. Peyğəmbər (s)in uaqgörənliyinu ehtiva edən bu hədisin ravisi İslamın ilkin çağlarının görkəmli şəxsiyyətlərindən biri olan Cabir İbn Abdullah Ənsaridir. İslam Peyğəmbərinin (s) dostlarından olan və o Həzrətin ailəsinə xüsusi əlaqə ilə yanaşan Cabir deyir: Bir gün Peyğəmbər mənə buyurdu: Məndən sonra mənim nəslimdən olan elə bir şəxsi görəcəksən ki, onun adı mənim adıma, özü də mənə oxşayacaq. O, elm qapılarını camaatın üzünə açacaq. İslam Peyğəmbəri (s) bunu buyuranda hələ imam Baqir (ə) ünyaya gəlməmişdi. Bu hadisədən neçə illər ötdü. Dördüncü İmamın dövrü yetişdi. Bir gün Cabir Mədinəninküçələrinin birindən keçəndə, gözü İmam Baqir (ə) a sataşdı. Gördü ki, Peyğəmbərin (s) buyurduğu bütün nişanələr onda var. Soruşdu “Adın nədir?” İmam Baqir (ə) buyurdu: “Adım Muhamməd ibn Hüseyndir.” Cabir onun alnından öpüb buyurdu “Cəddin Peyğəmbər (s) mənim vasitəm ilə sənə salam göndərdi” Cabir o gündən etibarən İslam Peyğəmbərinin hörmətini qorumaq və İmam Baqir (ə) əzəmətini göstərmək məqsədi ilə gendə iki dəfə o Həzrətin görüşünə gedərdi. Cabir Peyğəmbər mescidində camaat arasında oturub İmam Baqir (ə)ın işlərinə irad tutan bəzi şəxslərin cavabında Peyğəmbərin (s) uzaqgörənliyini rəvayət edərdi.
İmam Baqir (ə)ın elmi
O biri imamlar kimi Imam Məhəmməd Baqir əleyhisslamın da elm və biliyi vəhydən qaynaqlandığı üçün bütün məsələlərin cavabını bilirdi. Imamın elmi şəxsiyyəti o qədər yüksək idi ki, alimlər onun məclisində uşaqlar müəllimin qarşısında əyləşdikləri kimi əyləşirdilər. Imam öz dərs məclisində bir bulud kimi elm yağışını tələbələrin zehninə yağdırırdı və hər kəs iste᾽dadı qədər ondan istifadə edirdi. Məşhur şair Hişam 106-cı hicri ilində şamlılardan olan bir dəstəylə Məkkəyə gəlmişdi. O, həcc mərasimindən sonra istirahət etmək üçün Məscidül-həramda əyləşmişdi ki, birdən gözü Imam Məhəmməd Baqir əleyhisslama sataşdı. Həzrət bir küncdə əyləşmişdi, camaat da onun ətrafına yağışmışdı və hər kəs də öz məsələsini ondan soruşurdu. Bunu görən Hişam hirslənib alimlərdən biri olan Nafe᾽ni o həzrətin yanına göndərdi ki, imama cavabını bilmədiyini zənn etdiyi suallara verərək həzrətin nüfuzunu xalqın gözündən əskiltsin. Saray alimi qabağa gəlib salam verərək sual vermək üçün imamdan izn istədi. Imam (ə) onun salamını alıb buyurdu: «Istədiyin sualı ver». Nafe᾽ soruşdu: Isa ilə Məhəmmədin arasında zaman fərqi neçədir? Imam buyurdu: «Bizim nəzərimizə əsasən 500 il. Nafe᾽ soruşdu: Peyğəmbərə «vəs᾽əl» (soruş) buyuran bu ayə Onun kimdən soruşmasını nəzərdə tutur?» Imam (ə) cavab verdi: «Içində hər şey yazılmış olan Allahın Lövhi-məhfuzundan». Nafe᾽ soruşdu: Allah nə vaxtdan mövcuddur? Imam buyurdu: «Vay sənin halına! Zamanı Allah yaradıbdır. O, cism deyil və doğulmayıbdır ki, zamana da ehtiyacı olsun». Nafe᾽utanıb dedi: Allaha and olsun ki, sən zəmanənin ən bilici şəxsiyyətisən. Bir nəfər Abdullah ibni Ömərə sual verdi. O da sualın cavabını bilməyib onu verənə dedi: Bu uşaq Imam Məhəmməd Baqir əleyhisslamdır. Onun yanına get və sualını ondan soruşduqdan sonra aldığın cavabı mənə də deyərsən. Həmin adam imamın yanına gəlib sualını həzrətdən soruşdu və doğru cavab aldı. Sonra da Abdullah ibni Ömərin yanına gəlib imamın verdiyi cavabı ona dedi. Abdullah ibni Ömər cavabı eşitcək dedi: Bunlar Allahın elm və bilik ziynəti ilə bəzədiyi xanədandırlar. Imamın elmi məqamı o qədər yüksək idi ki, hər yerdə Peyğəmbərin xanədanından danışıldığı zaman Imam Məhəmməd Baqir əleyhisslamı Peyğəmbərin elminin yeganə varisi sayırdılar.
Imam Baqir (ə) Qısa Kəlamları
Yalan danışmaq imanın zəifliyindəndir.
Mö᾽min qorxaq, tamahkar və paxıl olmaz.
Allah həyalı və dözümlü şəsxi sevər.
Faydalı alimin dəyəri yetmiş min savadsız abiddən daha çoxdur.
Allah, ağzını təmiz saxlamayan şəxsi sevməz.
Tənbəllikdən çəkin. Çünki hər bir pisliyin açarı tənbəllikdir ki, insanın din ilə dünyasını korlayar.
Allahın bəndələrinə zülm edən bizim şiələrimizdən deyil.
Bir-birinizə paxıllıq etməyin, xudbin olmayın, zülm etməyin, namaz qılın və yoxsulları sevin.
Hər kim xalqın çətinliklərini aradan qaldırmaq üçün cəhd göstərsə, Bədr və Ühüd müharibələrində şəhid olan bir müsəlman kimidir.
İstifadə olunmuş mənbələr
Biharul-Ənvar c. 78, s. 45
Siyreyi Pişvayan (Məsum imamların həyatı)
Təfsiri-qumi c. 2. S. 210.
Gürcüstan İslam Araştırmalar Mərkəzi