Din və psixologiya |||

Din və psixoloji sağlamlıq

XXI əsr elm dünyası, mütəfəkkirlər, filosoflar və psixoloqlar eyni zamanda din tədqiqatçılar xüsusilə son 20-30 illərdə edilən ən mükəmməl elmi araşdırmalar dinə yönəlmənin, dini mənəviyyatın və dini inancın insanın ruhi və psixi sağlamlığına müsbət təsiri olduğu getdikcə surətlə yayılmış və elmi tədqiqtlar da bu mövzunu sübut etmişdir. Mütəfəkkirlərin, filosof və psixoloqların bu barədə tədqiqatları və bu barədə qələmə alınan əsərlər və elmi məqalələrin sayıda günü-gündən artmaqdadır. Eyni zamanda din araşdırmacıları tərəfindən də gündən-günə bu mövzu rövnəq tapmışdır. Burada mövzu ilə əlaqəli qısa olaraq dindarlıq anlayışına izah gətirməyimiz yerinə düşərdi

Dindarlıq və mənəvi dəyərlər

Dindarlıq – dindar müəyyən bir dini ritualları yerinə yetirən şəxsə deyilir. Xüsusilə dindarlıq düşüncə, davranış, motivasiya və insanın meyillərini də ehtiva edərək geniş bir mövzu hesab edilir. Dindarlıq şəxsin mənsub olduğu dinə və dini inancı, eyni zamanda şəxsin öz Məbudu ilə öz arasında “xüsusi” əlaqə növü də hesab edilir. İslam əxlaq sistemində dindarlıq anlayışı daha çox insanın dini öz həyatında icra edən, şəxsin düşüncə və rəftarında özünü göstərən dini rituallardan ibarətdir. İbadət şəxsin Öz məbudu qarşısında təzim etməsi, Onun göstərişi ilə yaşamasına deyilir. Dindarlıq anlayışı da məhz bu xaliq ilə məxluq arasında olan “xüsusi” əlaqədən özünü göstərir. Bunun əksi, hər hansısa bir dinə meyl göstərməyən Tanrını inkar edən ateist və digər ideoloji fikrə mənsub olan hər hansısa bir şəxsin belə mənəvi hissləri və mistik meyllərə malik olması mümkündür. Bu geniş aspektdə mənəviyyat anlayışının əhatə dairəsinin dindarlığın hüdudlarını aşdığı, mənəvi olduğu halda, dini olmayan hisslərin var olduğunu demək mümkündür. Dindarlıq və mənəviyyatın tədqiqat obyekti olmuş bir çox elementlərdən söhbət etmək mümkündür. Burada bir sıra elementləri qısa olaraq nəzərdən keçirtmək lazımdır:

Dua. Bəşər tarixi boyu insanlar öz istəklərini habelə şikayət, peşmançılığ və tövbəni ifadə etmək, bəzən də sadəcə hissləri bölüşmək üçün Tanrıya dua etmişlərdir. Dua şəxsin Öz Tanrısı qarşısında öz kiçiklik və acizliyini ifadə edir. Eyni zamanda psixoloji cəhətdən olduqca əhəmiyyətə malik olan dua özünüifadə və rahatlıq imkanını təmin edən dua psixi və fiziki sağlamlığa müsbət təsir etdiyi hesab edilən əsas dini elementlərdən biri kimi bəzi tədqiqat mövzusu olaraq tədqiqatçıların diqqət mərkəzində olmuşdur. Habelə, dindarlıq anlayışını formalaşdıran ən əhəmiyyətli və vacib elementlərdən birini təşkil edir.

Mə`bəd və dini məkana getmək. Bir şəxsin psixoloji olaraq aramlıq tapması və sosial olaraq formalaşmasını təmin edən əsas faktor və elementlərdən biri də dini ayinin icra olduğu məkanlara, mə`bədlərə getməkdir. Xüsusilə mə`bəd və ya dini məkanlara getmək şəxsinlərin ictimai toplum, icma və qruplar ilə birlikdə psixoloji və sosial olaraq inkişaf etməsini də təmin edir. Təsadüfi deyil ki, çağdaş Qərb dünyasında kilsəyə müntəzəm olaraq gedən şəxslərin getməyənlərə nisbət psixi və fiziki sağlamlıqlarının daha çox olması tədqiqat olunub, sübut olunmuşdur.

Müqəddəs mətnləri oxumaq. Müqəddəs və xüsusilə bəşər düşünəsinə məruz qalmayan təhrif olunmamış mətnləri oxumaq fərdlərin psixoloji olaraq aramlıq tapmasında yardımcı qüvvə hesab edilir. Eyni zamanda müqəddəs mətni mütaliə etmək bir ibadət ayini də hesab olunur. Buna görə də, İslam dinində xüsusilə Qurani-Kərimi sadəcə üzərindən oxumaq, ayələr üzərində düşünmək və təfəkkür etməyin nə qədər savab və mənəvi aramçılığa səbəb olduğu bir çox dini mətnlərdə, Əziz İslam Peyğəmbəri (s) və Məsum İmamlar (ə) tərəfindən bir çox hədislərdə və rəvayətlərdə bəyan edilmişdir.

Müəyyən bir dinə yönəlmək və itaətkarlıq. Mənəvi və psixoloji narahatçılığı aradan qaldıran, psixi sağlamlığı təmin edən əsas faktorlardan biri də müəyyən bir dinə yönəlmək və həmin dinin göstərişlərinə və əmrlərinə itaət etməkdir. Heç bir şübhə yoxdurki, məhz belə bir mənəvi və psixoloji aramlığı təmin edən yeganə din İslam dinidir. İslam dininin əməli göstərişləri və tapşırıqları insanların öz mənəvi istək və düşüncələri ilə üst-üstə düşərək davamçılarının mənəvi aramlığını da təmin edir. Və bu məsələyə işarə edən bir çox Qurani-Kərim ayələri və rəvayətlər vardır. Xüsusilə son dövrlərdə də, qeyd etdiyimiz kimi İslam alimləri və mütəfəkkirləri bir çox Quran ayələrini insanın psixoloji aramçılığa səbəb olduğu bəyan etmişlər.

Tanrı təsəvvürü. İnsanların düşüncəsində böyük Tanrı haqqındakı düşüncələri və inancları onların hissi əhval-ruhiyyələrində müsbət, eyni zamanda bu düşüncə əsasında yaşamaq onların psixi və ruhi sağlamlığlarında olduqca əhəmiyyətli bir faktora malik olmuşdur. Mərhəmətli, rəhimli, sonsuz Qüdrətə və gücə malik, daim insanı öz rəhmət və feyzi ilə əhatə edən qüdrət sahibi olan bir Tanrı obrazı təbii ki, insanların fərdi həyatlarında, eyni zamanda onların psixi, ruhi və mənəvi aramçılığına səbəb olacaqdır.

Son dövlərdə edilən araşdırmalar və tədqiqatlar və məşhur psixoloqların mühalizələrini analiz etdikdə, mənəviyyatın və dindarlıq həyatının insanların psixi sağlamlığına və vərdişlərinə önəmli təsirinin olduğu, psixi və fiziki sağlamlığa müsbət təsir etdiyi sübut olunmuşdur. Dinin insanların alkoloq, narkotik və s. kimi zərərli vərdişlərdən qoruyan, insanları bir-birinə yaxınlaşdıran və bir-birinə könək göstərməyə təşviq edən, beləliklə, ictimai və fərdi əmin-amanlığı təmin edən qayda-qanunlar bunun əsas səbəblərindəndir. Bundan əlavə, həyatın mənasını və məqsədini dərk etmək, insanların fövqündə onları qoruyan və qayğısına qalan bir yaradıcı qüvvənin var olduğu düşüncəsi, ölümdən sonra yeni bir həyatın var olması, bu səbəbdən haqsızlığa məruz qalacağı təqdirdə, məhz bu aləmdə ədalətin bərqərar olacağını bilmək təbii ki, hər bir şəxsi psixoloji zərbələrə qarşı bir qalxan və hifz edən vasitə hesab edilir. Hər bir şəxsin qarşılaşdığı kiçik problemlərdən böyük fəlakətlərədək bir çox nəsnənin, əslində onun üçün bir imtahan olduğunu bilməsi və yaxud bunların ilahi taleyin bir parçası olduğunu düşünməsi, şübhəsiz ki, psixoloji narahatçılığı və mənəvi depressiyanı azaldan mühüm amillərdir. Nəticə olaraq aydın olur ki, dini inanca və dini düşüncəyə sahib olmaq insanın mənəvi qarantisi, psixi sağlamlığı deməkdir. Bu düşüncə və inancdan uzaq düşən şəxsin isə psixoloji narahatçılıqdan qurtulması da mümkün deyil.

Aqil İslam

Yazar

Paylaş !

Facebook
WhatsApp
Rəy bildir !

Son yazılar

Bizi izlə !

Kəbə canli izlə !

Gürcustan islam araşdırmalar mərkəzi