[post-views]

Quran şəfaət edirmi ?

O kəs ki, cavanlıqda Quran oxuyar və bu Quran onun canına və qanına nüfuz edər, Quran Qiyamət günü onu himayə edər. İlahi dərgaha ərz edər: “Allahım! Hər əməl sahibi öz əməlinin əcrinə çatmışdır. O kəslərdən savayı ki, mənim dediklərimə əməl ediblər. Allahım! Öz ətanı onlara çatdır”. Allah behişt geyimlərindən ikisini ona geyindirər və kəramət tacını onun başına qoyar. Bu zaman Qurana xitab edər və deyər ki, bundan artığını etmək istəyirdim. Sonra Allah əmin məqamını sağ əlinə qoyar və onu behiştə daxil edər. Ona deyilər ki, Qurandan bir ayə tilavət et və bir dərəcə yüksəyə get. Bu zaman Qurana xitab olar ki, ona ətamızı verdik, səni razı saldıqmı? Quran deyər: “Bəli, Allahım!”
Beləliklə, Quran şəfaət edər. Həzrət Peyğəmbər (s) buyurur: “Quran şəfaət edəndir və onun şəfaəti qəbul olar”. Həzrət (s) başqa yerdə buyurur: “Quranı öyrənin, çünki Quran Qiyamət günü səhabəsini şəfaət edəcəkdir”.

Həzrət Peyğəmbər (s) buyurur: “Oruc və Quran – oruc tutan və gecələri Quran tilavət edən insanlara şəfaət edər. Oruc deyər: “Allahım! Bu şəxsə gündüz yemək yeməyə və şəhvətinə mane olmuşam. Mənim ona görə şəfaətimi qəbul et”. Quran deyər: “Mən bu şəxsi gecə yuxusundan saxlamışam. Mənim ona görə şəfaətimi qəbul et. Hər ikisinin şəfaəti qəbul olar”.


GİAM

Yazar

Paylaş !

Facebook
WhatsApp
Rəy bildir !

Son yazılar

Bizi izlə !

Kəbə canli izlə !

Gürcustan islam araşdırmalar mərkəzi