Vəhhabilərin beynəlxalq təbliğ metodları

Bismillahir-rəhmanir-rəhim!

Əziz oxucular Vəhhabi dedikdə həmişə narahatçılıq hissi duyulur. Yaşadığmız dövrü nəzərə alsaq fikrimizə Əfqanistan, Pakistan, İraq, Suriya və digər ölkələr gəlir və eyni zamanda onların bu ölkələrdə etdikləri vəhşiliklər! Bu üzdən də, bu məxluqlar, iyirminci əsrin axırlarında, Vəhhabi adı ilə səslənməkləri özlərinə də xoş gəlmədi. Başladılar ki, yox,biz Vəhhabi deyilik! Bizlər soruşanda ki, bəs siz kimsiniz? Bu zaman dedilər: Sələfi-müslman yəni İslam Peyğəmbərinin əsl davamçıları! Bu zaman insanın zehninə gələn birinci sual, əgər həqiqətən vəhhabilər müsəlmandırlarsa bəs niyə yalnız və yalnız müsəlmanları öldürürlər? Bu suala cavab tapmaq üçün islam dünyasına nəzər salmaq lazımdı. Son bir neçə əsrdə, İslam dünyası üç böyük qondarma firqə cərəyanları ilə üzləşdi. İranda bəhayilik, Pakistanda qadiniyyə və ya əhmədiyyə, Ərəbistanda isə vəhhabilik firqəsinin yaradılmasıdır. Hər üç firqələr ayrı-ayrılıqda İslam dininə böyük və sarsıdıcı zərbə vurdular. İranda bəhayilik firqəsi, Əmir-kəbir kimi böyük şəxsiyyətlərin vasitəsi ilə, Pakistanda isə Seyyid Əbul – əla Mududi vasitəsi ilə əhmədiyyə firqəsinin qarşısı alındı. Bu firqələrin demək olar ki, adları fəqət tarixi-firqələr kitaplarında qaldı. Amma Ərəbistanda vəhhabiliyin qarşısını alan şəxlər olmadığı üçün, əsas problemlərdə elə bu zamanlarda başlandı.(Məhdi Musavizadə, sələfigəri və vəhhabiyyət, c;1, səh; 17)
Bunun səbəbi isə İngilislərin uzun müddətli planları idi ki, nəyin bahasına olursa olsun, İslam aləmini bir-birinə vursunlar. Nəticədə isə göründüyü kimi buna nail oldular. Hətta bununla kifayətlənməyib, bu batil firqəni yaşatmaq üçün bir neçə təbliğat metodlarına əl atmaqdan belə çəkinmədilər. Bu məqalədə başlıca məqsəd, o metodlardan bir neçəsinə işarə etməkdir.

Birinci metod: Kəbə və Peyğəmərin (s) məscidinə yiyələnmək və bu müqəddəs məkanlardan təbliğat vasitəsi kimi istifadə etmək.
İslam dinin Ərəbistanda zühur etməsi, Kəbə evinin Məkkədə yerləşməsi, Məhəmməd (s) peyğəbərin qəbrinin Mədinə şhərində olması vəhhabilərə öz batil inanclarını təbliğ etməyə bir daha böyük fürsət vermiş oldu. Onlar, bu fürsətdən idtifadə edərək özlərini “Xadimul – hərəmeyn” yəni iki hərəmin (Kəbə və peyğəmbərin məscidi) xadimi adlandırdılar. Demək olar, əksər müsəlmanlarda bu ləqəbə aldanaraq onları haq yolda olduqlarnı düşündülər. Ərəbistan rəhbərləri isə bu fürsətdən istifadə ederək ayrıca “Həcc nazirliyi” yaradaraq, hər bir dini kitab, jurnal və… təbliğat üçün lazım olan bütün ləvazimatların vəhhabilik firqəsinə əsasən yazılmasına nəzarət etməyə başladılar. Bütün din alimlərini vəhhabilik firqəsinə əsasən fətva və suallara cavab verməyə məcbur etdilər və etməkdə də davam edirlər. (Cəfəri, Fərhənge puya jurnalı, nöm; 7, 1386 hic-ş)

İkinci metod: Həcc mövsümündən istifadə edilməsi. Vəhhabilərin təbliğ metodlarından biri də, Həcc ziyarəti mövsümündən lazımınca bəhrələnməkdə olmalarıdır. Bildiyiniz kimi, hər il Həcc mövsümü zamanı dünyanın hәr bir tərəfindən milyonlarla müsəlman hacı olmaq eşqi ilə bir yerə toplaşırlar. Vəhhabilər yaranmış vəziyyətdən öz batil əqidələrinin yayılması üçün sui-istifadə edir və bunu ən əlverişli fürsət sаnırlаr. Öz təbliğatçılarını müxtəlif dilli hacılar arasında bölüşdürür, elmi mühazirələr, kitab hədiyyə etmək və elm xadimlərini elmi mәrkәzlәrә dəvət etməklə öz məzhəblərinə tərəf çәkirlər. Hətta son zamanlar qеyri-әrәb hacılar arasında müхtәlif dillәrdә yüksək tirajda nəşr edilmiş anti-şiə xarakterli kitabların pulsuz paylanması müşahidə edilməkdədir. Çox gizli şəkildə təxribat xarakterli yazılmış bu kitablar öz inanclarını isbat, şiə və digər İslam məzhəblərinin əqidələrini bаtil göstәrmәyә xidmət edir. (Əli – Əsğər Rizvani, Sələfigəri, səh; 197)
Mən 2010-cu ildə həcc ziyarətində olarkən, ən çox paylanılan kitablar arasında fars dilində şiəliyin əleyhinə yazılan mənbəsiz kitabları gördüm. Bu kitabları Şiə olduqları üçün İran İslam Resbublikasıdan gələn hacılar üçün paylayırdılar ki, azda olsa onların zehinlərində şiyə əqidəsinə qarşı şübhələr doğursun. Bir sıra mənbələrə əsasən, bu Həcc mərasimində dünyanın 20 canlı dilində iyirmi milyondan artiq kitab paylanılır. Buda, o demekdir ki, bir Hacı başına təqribən yeddi nüsxə kitab düşməkdədir. Əslinə baxsaq vəhhabilər, Həcc mövsümündən istifadə edərək, Ərəbistan hökümətinin çirkin siyasətini həyata keçirərək hacıların zehinlərində saxta inancların formalaşdırmağa çalışırlar.

Üçüncü metod: Bidətlə mübarizə və İslam dinini nicat şüarı
. Vəhhabilərin iddialarından biridə bidətlə mübarizə edərək İslam dinini nicat verməkdir. Bunun əsas və başlıca səbəbi isə yalniz özlərini haqq və başqa məzhəbləri batil bilməkdir. Necə ki, vəhhabilər özlərinin “Əhli-sələf” yəni səhabələrin davamçıları, başqalarını isə “Əhli xələf” yəni bidət qoyanlar və xilaf əhli adlandırırlar. (Dr. Məhəmməd Əsədi, Asibşinasiye cərəyanhaye təfsiri, c; 1, səh; 199).
Onların fikirlərinə əsasən, gərək müsəlmanlar mübarizə apararaq, bidəti təmizləsinlər. Amma bunu düşünə bilmədilərki, bunların bu addımları İslam düşmənlərinin, İsalm dinin məhv etmək üçün tökdükləri proqramlardır. Axı bidətlə mübarizə etmək yollarından biri , məntiqi və əqli dəlilə və ya hansısa sünnətlə bidətin isbat edilməsi olmalıdır. Vəhhabilər isə bir tərəfdən məntiqi və əqli dəliləri qəbul etməyərək, digər tərəfdən isə hədisləri ixtisar etməklə İslamın elmi irsini məhv etməya çalışırlar. Əgər onların, həqiqətəndə fikirlərində bidətlə mübarizə varsa, gərək özlərinin batil əqidələri ilə mübarizə etsinlər. Çünki İslamda olamayan batil və açıq-aşkar bidətləri onlar daxil etməkdədirlər. Əziz oxucular! Sizləri Vəhhabilərin beynəlxalq təbliğ metodları üzərində düşünməyə çağırıram. Onların təbliğ metodları çoxdur amma hələlik mən burda sizin üçün üç metodu qeyd etdim. Ardını isə gələn yazılarımda oxuya bilərsiniz.

Dördüncü metod: Kitabların və elmi mənbələrin iхtisаr еdilmәsi.

Vəhhabilər, İmamiyyə şiələrinin digər məzhəblərdən daha artıq elmi məsələlərə yer verdiyinə görə, onlarla mübarizə etməyi qarşılarına məqsəd qoymuşlar. Vəhhabilərin, müxalifləri ilə mübarizə yollarından biri də əhli-sünnətin hədis, təfsir və tarix kitablarının öz mənafeləri yönümündə dәyişdirilməsidir. Onlar öz əqidələri ilə bir araya sığmayan hədis və sözləri dəyişdirir, daha sonra çapxanalara o kitabların təhrif olunmuş formasını nəşr olunmasını sifariş edirlər. Elə bu səbəbdən bəzən görürük ki, bir müəllif qaynağını da qeyd etmək şərtilə hər hansı bir hədisə əsaslanır. Yeni çaplara müraciət etdikdə hədisdən heç bir əsər-əlamət gözə çarpmır. Lakin qədimi çaplara baxdıqda aydın olur ki, bu hədis sonrakı nəşrlərdə ixtisara salınaraq silinmışdır. Xüsusilə, vəhhabilərin nəşriyyatlarla sıx əlaqə yaratmaları, təhrif edilmiş kitabların ucuz qiymәtlәrlә satışı, yaxud daha çox insan kütləsinin əlinə çаtsın deyə, pulsuz paylanması kimi işlərdə fəallıqları inkaredilməzdir. Məsələn, Peyğəmbərin (s) «Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır.» məzmunda buyurduğu hədisi İbn Əsir Cameul-üsul kitabında, Süyuti Tarixul-xüləfada və İbn Həcər Әs-səvaiqul-mühriqə əsərində Səhihi-Tirmizidən vaxtı ilə nəql etməklərinə baxmayaraq, hal-hazırda Müslimin səhihində bu rəvayətlərdən əsər-əlamət qalmamışdır. Hədis, tarix və təfsir kitablarının orijinal mətnlərini iхtisаr еtmәk vəhhabilərin digər bir təbliğ metodlarından hesab olunur. Onlar kitabları, oxucu daha çox fаydаlаnsın deyə xülasələşdirmək bəhanəsi ilə, etiqadları ilə qeyri-müvafiq hissələrini ixtisara salırlar. Daha sonra onu çapxanalara verərək qısaldılmış formada çаp еtdirərək yаyırlаr. Bu batil firqə ardıcılları, beləcə hədis, təfsir və tarixi həqiqətləri dəyişdirərək danılmaz reallıqlar kimi xalqa təlqin edirlər. (Sirace munir jurnalı, birinci il, nöm: 4) Buna misal olaraq, Əli Əsğər Rizvani Məhəmməd Disnəvidən belə nəql etdiyini görürük: Hədislərin təhrif və ixtisarı, vəhhabilərin daimi işlərindən biridir. Misal ünvanında sizlərə bunu deyə bilərəm ki, Noman Alusi, atası Şeyx Məhəmməd Alusinin təfsir kitabını “Ruhul-məani” adına təhrif etdi. Vəhhabilərin zərərinə olan sozləri tamami ilə sildi. Əgər o, bu işi görməsəydi, onun təfsiti nümunəvi təfsir kitablarından hesab olacaqdı.  (Əli – Əsğər Rizvani, Sələfigəri, səh; 194)

Tarixi kitablarda xəlifələr – Müaviyə, Yezid və bəzi səhabələr barəsində söylənilmiş mənfi xüsusiyyətlər  ixtisara salınır, həmçinin Әhli-beytin (ə) fəzilətləri haqqında olan məlumatlar kitabın müxtəlif yerlərindən asanlıqla silinir; halbuki, xəlifələr və bəzi səhabələrə dair qondarılmış saxta hədislərə toxunulmur. (Sirace munir jurnalı, birinci il, nöm: 4)

Beşinci metod: Böyük dini şəxsiyyətlərin qəbir və ziyarətgahlarını qağıdaraq xarab etmək.

Vəhhabilərin təbliğ metodlarından biridə qəbir və ziyarətgahların dağıdaraq xarab etmələridir. Bu yolla demək istəyiylər ki, fəqət biz tövhidə inanırıq və əsl müsəlmanda bizik. Axı bir müsəlmanki öz ata babsının qəbrinə və yaxud öz inandığı dini şəxsiyyətlərin qəbrinə  hörmət etmədiyi halda necə özünü müsəlman adlandıra bilər?  Tarixi itirib məhv etmək müsəlmançılıqdırmı? Axı bunun harası müsəlmnçılığa oxşayır? Onların bu məntiqsiz və şərəfsiz hərəkətlərinidə alimləri tərəfindən verilən fətvalarında da açıq-aşkar görmək olar. Buna misal olaraq bir neçə fətvanı nəzərinizə çatdırmağı özümə lazım bilirəm. Ibni Qəyyim Cuzi belə yazır: qəbirlərin üstündə olan binalar və ziyarətgahlar bütlər və tağutlar şəklində ibadət olunduqları üçün onları viran etmək vacibdir. Onları viran etmək fürsəti olduğu halda bir gün bele qalmaları caiz deyildir. Çünki onlar Lat və Üzza bütlərinin yerindədirlər və ya ən böyük şirkdirlər. (Nəcmuddin Təbəsi, ruykərde əqlani bər bavərhaye vəhhabiyyət, c: 5, səh: 14). Sənani isə öz fətvasında belə yazır: qəbirlər, bütlər kimidir. Çünki bütpərəstlər bütlər üçün gördükləri işləri qəbirə ehtiram edənlərdə, ata-babalarının qəbirləri üçün yerinə yetirirlər. Hər halda cahiliyyət dövründə yerinə yetrilən işlərdəndir. Lakin büt yerinə ata-baba qəbri deməklə, bütə ibadət halından çıxmır. (Nəcmuddin Təbəsi, ruykərde əqlani bər bavərhaye vəhhabiyyət, c: 5, səh: 13).
Belə çıxır Sənani ata-baba qərini hələ bütlərdən seçib ayırmağı bacarmayır! Axı indi cahiliyyət dövrü də deyil. Düşünürəmki hər bir ata-babsının qəbrini ziyarət edən şəxsdən şoruşulsaki, sən bütə ibadət edirsən yoxsa ata-babanın qəbrini ziyarət edirsən. Sizcə nə cavab verər?

Əziz oxucular! Sizləri Vəhhabilərin beynəlxalq təbliğ metodları üzərində düşünməyə çağırıram. Onların təbliğ metodları çoxdur amma hələlik mən burda sizin üçün iki (cəmi beş) metodu qeyd etdim. Ardını isə gələn yazılarımda oxuya bilərsiniz.

Dr. Fariz Rəcəbov

Yazar

Paylaş !

Facebook
WhatsApp
Rəy bildir !

Son yazılar

Bizi izlə !

Kəbə canli izlə !

Gürcustan islam araşdırmalar mərkəzi