Psixoloji solğun xəstələrdə Quran avazının təsiri

Qurani-Kərimin elmi möcüzələri silsiləsindən
Psixoloji solğunluq və stressli xəstələrdə Quranın səs və avazının təsiri

Bu gün, dünyada solğunluq, stress və iztirab kimi əsəb problemləri, psixoloji xəstəliklərin ən çox yayılan qismindəndir. Bu xəstəlik, insanın psixoloji sağlamlığını təhdid edən mühüm amillərdən birinə çevrilmişdir. Araşdırmalar göstərir ki, dünyada  yüz milyondan çox  insan bu problemdən əziyyət çəkir.
Hal-hazırda, Amerikada 18-74 yaş arası cəmiyyətin 53%-i bu şəkildə psixoloji çətinliklə üzləşmişdir.
Onların  23% neroloji xəstəxanalarda, 30% -i  isə başqa xəstəxanalarda müalicə olunurlar.
Bu xəstəliyə, qadınlarda kişilərdən iki dəfə artıq rast gəlinir. 

Braun və Lempanın (qərb alimləri) birgə araşdırmasının nəticəsi göstərir ki, Amerikada 1996-cı ildə  iyirmi üç milyon nəfər, yəni, hər dörd nəfərdən biri bu xəstəliyə tutulmuşdur. 1990-cı ilin statik məlumatına görə, bu xəstələrin müalicəsi üçün  46,6.000.000 dollar pul xərclənmişdir. Onların 75%-ni qadınlar təşkil etmişdir. Bu günə kimi, belə xəstəlikləri yalnız dərmanların köməyi ilə müalicə edirdilər. Amma son zamanlarda, araşdırmalar göstərdi ki, bu növ xəstəlikləri musiqi vasitəsi ilə də müalicə etmək olar. Quranın səs və avazında bir növ musiqi ritmi olduğundan, onu da müalicə üslubuna daxil etdilər. Bir  müddətdən sonra isə, məlum oldu ki, Quranın səs və avazı  bu cür  psixoloji xəstəlikləri müalicə etmək üçün daha təsir edicidir.  Əlbəttə, bu da, Qurani-Kərimin elmi möcüzələrindən birinə işarədir. Bu haqda, bir neçə ayə və hədislərə nəzər salamaq kifayətdir.
Allah-Taalanın müqəddəs kitabı olan Quranda belə buyurulur: “Biz Quranda möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik.” 

Quranında özünə məxsus şəfa və rəhməti var, əlbəttə, bundan o kəslər bəhrələnirlər ki, Quranı ruh və canlarında, yaşatsınlar. Məhəmməd peyğəmbər (s) buyurur: “Hər kəs dərdinin dərmanını Qurandan almaya, Allah ona şəfa verməz.” İmam Əli (ə) buyurur:  “Bütün dərdlərin dərmanı Quranda vardır.
And olsun  Peyğəmbəri seçənə və onun pak ailəsini əziz tutana, yanmağın, qərq olmağın, oğrunun, yiyəsindən qaçan  heyvanın, itkisi olanın,  ağasından qaçan qulun və bütün şeylərin dərmanı Qurandadır. Məndən soruşun  sizlərə  Qurandan cavab verim.” İmam Sadiq (ə) buyurur: “Quran  Allahın bəndələrinə tərəf  göndərdiyi əhd və peyman-naməsidir. Hər bir müsəlmana lazımdır ki, bu əhdnaməyə baxa və gündə 50 ayə ondan oxuya.” İmam  Əli (ə) buyurur: “Hər kimin bir şeydən qorxusu olsa, Quranın  açıb  hər bir yerindən  yüz ayə oxusa və sonra  üç dəfə desə: Allah bu bəlanı məndən uzaq elə! Onun qorxusu aradan gedər.”  

Quranın səs və avazının təsirləri haqda bir neçə elmi araşdırma

1. İslam tədqiqatçılarından biri belə yazır: Əgər biz Quran oxumasaq, gələcəkdə  bizlərə bəla nazil olacaq. Çünki Quran buyurur: Hər kəs Allahı yad etməsə şeytan onunla birlikdə olar.  
2.Təcrübə sabit etmişdir ki, hətta ən ağır xəstələrə belə Quranın səsi müsbət təsir edir. Çünki, Quranın səsi insanın əsəb sistemlərinə səsləri müsbət şəkildə tənzimləyərək daxil edir və insana müsbət enerji verir.
3.Başqa bir araşdırmalar göstərir ki, hətta pəltək danışan insanlar  üçün məxsus cihazlarda Quran ayələrini kəlmə-kəlmə təkrarladaraq və sonra da qısa həcmli ayələri məxsus avazlarla qulaq asdıraraq, insanın danışığının normallaşmağına müsbət təsir göstərmişlər.
4.Təhqiqatçı Kuing və onun həmkarları bir araşdırmanın nəticəsini belə bəyan etmişdir: Dini etiqad və inancı olan insanların, başqa insanlara nisbət, psixoloji solğunluqları daha az olur.
5.Təhqiqatçı Nikbəxt tərəfindən Tehran şəhərində xəstələrin cərrahiyyə əməliyyatından sonra Quranın səs və avazının xəstələr üzərində təsirinin araşdırması  göstərmişdir ki, Quranın avazına qulaq asan xəstələrin ağrısı qulaq asmayan xəstələrə nisbət daha azdır.
6. Təhqiqatçılar Ənsari və həmkarlarının,  Quranın səs və avazının psixoloji  iztirab və solğun xəstələr üzərində araşdırmalarının nəticəsi göstəmişdirki, Quranın səs və avazı bu cür xəstələrdə daha çox müsbət və rahatladıcı təsiri var. 
7.Təhqiqatçı Məcidi və həmkarlarının Quranın səs və avazının ürək-damar  xəstələrinə cərrahiyyə əməliyyatından qabaq, Quran avazına qulaq asdırmışdır. Nəticədə,  Qurana  qulaq asanların həyəcanı daha az olmuşdur .

Başqa sahələrdə də, araşdırmalar göstərmişdir ki, Quranın avazı insana yüksək şəkildə müsbət təsir qoyur. Bu da, bir daha Quranın möcüzə, şəfa və rəhmət olmasına sübutdur. Əziz oxucular, gəlin birlikdə, Qurana daha yaxın olaq ki, ruh və cismimiz daha sağlam olsun!

Dr. Fariz Rəcəbov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir