Mübarək ramazan ayının 18-dən 19-a keçən gecə mütəqqilərin əmiri, övliyaların sərvəri və rəhbəri, ariflərin ustadı, bütün varlığı tovhid nuru ilə nuraniləşən İmam Əlinin (ə) zərbətləndiyi gecədir. Ikinci qədr gecəsi ehtimal olunan mübarək ramazan ayının 21-ci gecəsi isə bu əzəmətli şəxsiyyət öz rəbbinə qovuşaraq mələkut aləminə yüksəlmişdir.İmam Əli (ə) zərbətləndiyi gündən təqribən üç gün müddətində yaşamış, daha sonra öz rəbbinə qovuşmuşdur.
Həzrəti Peyğəmbər (s) onu “bədbəxtlərin ən bədbəxti” adlandırdığı İbn Mülcəm (lən) tərəfindən kufə mescidində sübh namazında arxadan, namaz üstündə səcdədən qalıxdığı zaman başına qılıncı ilə vurmuşdu. Ramazan ayının 21-də yer üzünün höccəti gözünü dünyaya yumub, əbədiyyət aləminə köçmüşdür. Rəvayətlərdə buyurulur ki, İmam 19-u axşam qızı Ümmü –Gülsümün evində qonaq idi. Sübhə qədər narahat idi, yata bilmirdi. İbn-Səd Həzrət İmam Həsən(ə) dən nəql edir ki, İmam (ə) yuxuda Peyğəmbəri (s) gördü, ona (s) ümmətin etdiyi haqsızlıqlardan, zülmlərdən şikayət etdi.
Peyğəmbər (s) Əlidən (ə) ümmətə nifrin etməyini istədi. Bu zaman Əli (ə) belə dua etdi: “ İlahi mənə bunlardan yaxşı camaat, bunlarda isə məndən pis rəhbər qərar ver”.
Hədislərdə var ki, İmam Əli (ə) namaz vaxtı zərbətlənib. Meysəm İbn Təmmardan nəql olunur ki, İmam (ə) namazda idi. İbn Mülcəm (lən) içəri girib İmamın (ə) mübarək başına qılıncla zərdə endirdi. Demək olar ki, bu hadisəni bütün islam alimləri yekdilliklə qəbul edirlər. Hədislərdə qeyd olunur ki, İbn Mülcəm Kufəyə gələndə Şəcnə İbn Əddinin qızı Qutamı görür. O qıza vurulur. Qutam deyir əgər məni istəyirsənsə mənim mehriyyəm Əlinin (ə) qanıdır. İbn Mülcəm deyir elə məndə ona görə bura gəlmişəm. O həmən gecə Əşəs ibn Qeys Kəndinin evində qalır. O qılıncına zəhər sürtüb Kufə mescidinə tərəf yola düşür və həmin zəhərli qılıncla İmamı (ə) başından yaralayır. Bu işdə ona yoldaşlıq edənlərdən biri də Şəbib ibn bəcrə Əşcədir.
“And olsun Kəbənin rəbinnə ki, nicat tapdım” bu məşhur kəlam Həzrəti Əliyə (ə) məxsusdur.
İmam (ə) bu sözü zərbətləndiyi an deyib. Həzrəti Əli (ə) böyük cazibə bə dafiəyə sahib bir şəxsiyyət olmuşdur. Haqq əhlinin qəlbi ona doğru cəzb olunmuş, iman və eşq sahibi olan şəxslərin qəlbində bu əzəmətli şəxsiyyətə qarşı sevgi və məhəbbət yaranmışdır. Təsadüfi deyil ki, Peyğəmbərin (s) Əli (ə) haqqda “Ya Əli səni ancaq mömin sevər, sənə ancaq kafir düşmən” dediyi bu mübarək kəlam öz həqiqətini tarixi boyu göstərmişdir. Buna görədə də, Əlinin (ə) məhəbbətini tarix boyu qəlblərdən və zehinlərdən silmək istəsələr belə heç bir zaman buna nail olmamışlar. Əli (ə) haqq meyarı, ədalət sütunu, dinin meyarıdır.
Əli (ə) öz dərin kəlamları ilə daim zehin və qəlbləri işıqlandırmış, öz canını din və quran yolunda fəda etmişdir. Məhz bu əzəmətli şəxsiyyətin bu mübarək şəhadəti də məhz onun Quran və tövhid sütunundan qaynaqlanır. İmam Əlidən (ə) uzaqlaşan şəxslər hər bir zaman zəlalətə və giriftarçılığa qərq olmuşlar.
Çünki həzrəti Əli (ə) haqqı batildən ayıran ən mükəmməl meyardır. Məhz bu səbəbə görə də, qiyamət gününə qədər də haqq və batilin meyarı onunla müəyyən və müşəxxəs olacaqdır.
Fədai Naci