Gənclik dövründə hiss və həyəcanın istiqamətlənməsi
Sual: Çağdaş dünyada gənc nəslin düzgün həyat tərzinə sahib olması üçün, eyni zamanda düzgün və sağlam ideoloji fikirlərə sahib olmaq üçün hansı ünsürlərə riayət etmək lazımdır?
Cavab: İlk olaraq bilməliyik ki, gəncliyin ilk çağlarına münasib hər bir fərddə cismani inkişafla yanaşı, bir sıra daxili hiss və maraqlar, dəyər və rəftərları izləmə prosesi, əqidə duyğusu və həyata baxış halları təbii faktor olaraq özünü biruzə verir. Cavanlıq dövrü cismin, fikrin və ruhun sürətlə dəyişməsi və yeni təcrübələrin artması kimi, olduqca həssas və həyəcanlı keçid mərhələsidir. Bu mərhələdə cavan fərqli xüsusiyyətlərlə inkişafa doğru irəliləyir, sərbəstlik istəyir və özünə şəxsiyyət verir.
Bu zaman bu həqiqəti və mahiyyətini tanımaq, kor-koranə təqlidlərini köklü etiqadlara çevirmək istəyən şəxsin şəkk və vəsvəsalığı, həyatın önəmli məsələlərinə iradla yanaşması qəribə deyildir. Yeniyetmələr və cavanlara onların əsl həqiqəti və mahiyyətini başa salmaq üçün cavanlıq mərhələsi ilə bağlı tərbiyəvi üsullarla yanaşı aşağıdakı incəlikləri də diqqət mərkəzində saxlamalayıq.
1. Psixoloqlar yeniyetməlik dövrü haqda deyirlər: Cavanlıq dövrü iki dövrün – uşaqlıq və böyüklük – arasında yerləşir, belə ki, nə hər bir şeyi böyüklərdən qəbul edən dünənki uşaqdır, nə də, yaşlıdır. Cavanlar bir çox fenomenləri gördüklərinin və əqli təhlillərinin köməyi ilə araşdırırlar.
2. Psixoloqların qeydlərinə görə, cavanlar mərifət baxımdan əxlaq, məzhəb və müxtəlif həyat tərzləri kimi kəsb olunan dəyərləri intizamlı şəkildə araşdıra bilərlər. Onların zehnində bir məsələnin həlli və tutarlı cavab seçimi üçün müxtəlif yolların müqayisəsi üçün müxtəlif yolların müqayisəsi imkanını hazırlayan ardıcıl dəlil-sübutlar formalaşır, onun təfəkkür tərzi genişlənir. Bununla belə, hələ də isbat və düşüncə qüvvəsi uşaqlıq mərhələsindən böyüklük mərhələsinə keçid vəziyyətində durur. Bu zaman onun dərk etmə və qəzavət qüvvəsi elə geniş olmadığından dolğun, dərin, əhatəlivə yeni üsullara uyğun hesab etmək olmaz. Başqa sözlə, inkişafda olan cavan dəlil-sübutlarını özünə aid etməyincə, anlaşılmaz məsələlərin həlli üçün şəxsi təcrübələrindən və özünün psixoloji normalarından kömək almayınca, püxtələşə bilməz. Belə isə, onun bəzi həyat üsullarında şəkk-şübhəsi daha çox məlumat əldə etməsi və dərin mərifətə sahib olması üçün bir girişdir, bunun üçün nigarançılıq lazım deyildir.
3. İnsan cavanlıq dövründə şəxsiyyət və mahiyyətini əldə etmək istəyir. Bu baxımdan cavanlığın ilk çağları böyük əhəmiyyət daşıyır. O “öz şəxsiyyəti, mənliyi və mahiyyəti” ilə əlaqədar qarşısında çıxan ( mən kiməm? – kimi) əsasları suallara cavab tapmaq zorunda qalır. Bu zaman o, “mənliyini və mahiyyətini” elə mənalarla formalaşdırmalıdır ki, keçmişi ilə əlaqəsini qurmamaq şərtilə gələcək tədbirləri haqda da düşünə bilsin. Erikson yazır: “İnsanın formalaşması və şəxsiyyətini qəbul etməsi olduqca çətin vəzifədir və onda iztirab və həyəcan doğurur. Bu zaman yeniyetmə daha münasib seçim üçün müxtəlif tədbir və ideyalarını sınaqdan keçirməlidir. Bu mərhələni güclü şəxsiyyət hissi ilə keçənlər isə gələcəkdə nəfsinə etimaddan doğan geniş hisslərlə üzləşməyə hazırdır. Bu yaşlarda yeniyetmələri özləri ilə uyğunlaşdıran ictimai qurumların təsiri də misilsizdir. Onlar fərdin uyğun şəxsiyyətinin inkişafına təsir göstərmək qüdrətinə malikdirlər.
Demək, burada dost, din və hətta qeyri-din örnəkləri də böyük təsir bağışlayır və ictimai rəftərları təsir altında saxlayır.
4. Yeniyetmə və cavanın tərəqqisi, özünü və Allahını tanımasl istiqamətində münasib şəraitin hazırlanması, həyat tərzini rahat və cavanlıq enerjisi ilə keçməsi, süqut və uçurumlardan qurtulması və doğru yolda addımlaması üçün təfəkkürə, qayğıya, mehriban və agah məsləhətçiyə daha çox ehtiyac duyur.
Beləliklə hər bir gənc nəsil daxili və mənəvi inkişafı üçün qeyd olunan məsələlərə diqqət yetirməlidir ki, öz şəxsiyyət və inkişafını düzgün proqram və mənəvi dəyərlərə söykənərək yerinə yetirə bilsin.
“Şəxsiyyət nəzəriyyələri” Erikson, tərcümə: Yusif Kərimli və tərcümə həmkərlar birliyi, səh-332.