“Həqiqət sorağında” III hissə

Fikri gərginlikdən çıxış yolları

Hər bir gənc insan, öz həqiqət və mahiyyətini tanımaq məqsədi lə düzgün yolda addımlaması, düzgün əqidəyə yiyələnməsi və tərbiyəvi üsullara bağlanması üçün aşağıdakı göstərişlərə əməl etməsi məsləhət görülür.
1. Elm. Hər bir gəncin əsas vəzifəsi elm öyrənməkdir. Elm və biliyi artırmaq həyat tərzini düzgün istiqamətə yönəldən ən dəyərli töhfədir. Demək, dini kitablar oxumaq doğru etiqadlar əsasında elm və biliyi artırmaqdır. Savadsız insan isə ilahi vəzifəsini tanımaqda, onlara düzgün əməl etməkdə acizdir.
2. Təfəkkür. Elm öyrənmək başqalarının təcrübə və təfəkküründən bəhrələnməkdir. Həyat tərzi və onun müxtəlif yönləri haqda düşünmək insana bir sıra həqiqətləri aşılayır. Başqa sözlə, elm və bilik insanın şüur və təfəkkürünü artırır. Bilikli şəxs hadisə və problemləri təhlil edə bildiyi kimi, onun öhdəsindən də layiqincə gəlir.
3. İman. İman dedikdə, Kainatın Xaliqinə qəlbən inanmaq, əmr və qadağalarına təslim olmaq nəzərdə tutulur. İnsanın imanı nə qədər güclü olsa, onun təsirləri vücudunda bir o qədər artıq təcəlla edəcəkdir. Belə isə, həyat yolunda Allaha inanan şəxsin özünə inam və etimadı güclənəcək, həmişə ona arxa olan güclü əhval ruhiyyəyə malik olacaqdır.
4.Əməl. Müsbət və yaxşı işlər həmişə insanın məqam və mövqeyini artırır. Qurani-Kərimdə yaxşı işlər möminlərin təkamülə çatması və daxili istedadlarının çiçəklənməsinin səbəbi kimi tanıtdırır. Belə ki, buyurulur:
“Möminlər düşmən qoşunları gördükdə dedilər: “Bu Allahın və Rəsulunun bizə verdiyi vəddir. Allah və Rəsulu düz buyurmuşdur. Bu (vəziyyət) onların yalnız iman və itaətini artırdı.”

İslam təlimlərinə əsasən, əməl elm və imanın artmasında yüksək təsirə malikdir. İman insanın seçim qüvvəsini və əməlini daha da artırır. Həmçinin saleh əməl elm və imanın artmasına və ehtiyacların münasib həddə təmin edilməsinə səbəb olur. Buna əsasən,ən yaxşı əməl dini vəzifələri və göstərişləri yerinə yetirmək, başqalarını saleh əməllərə rəğbətləndirmək və pis işlərdən çəkindirməkdir. İnsan ilahi vəzifələrə əməl etdikdə, inkişaf stimulu güclənir və həyatında Allahın varlığını dərindən hiss edir. İman insanın dinə baxış və iltizamını artırır, dünyagörüşünü genişləndirir və onu həyatın eniş-yoxuşlarından düzgün variantı seçməkdə məqsəd və amalına çatdırmaqda sərgərdan qoymur.
Deyilənlərdən belə qənaətə gəlirik ki, cavanlıq dövrü təfəkkür və düşüncənin fəaliyyət dövrü olsa da, saysıb-hesabsız şübhələrlə onun əsas sütunları titrəyə bilər. Əgər o elmin, şüurunu, dərketmə qüvvəsini və yaxşı əməllərini artırsa və həmişə Allaha güvənsə, sözsüz ki, dini, əqli, əxlaqi, ictimai və s. sahələri müvəfəqqiyyətlə bitirib yüksək hədəfinə çatacaqdır.

SON HƏDİS

İmam Əli (ə) buyurur:

“Batini islah edənin Allah-taala zahirini gözəlləşdirər. Dininə əməl edənin Allah-Taala dünya işlərini sahmana slar. Özü ilə Allah arasında rabitəsini gözəlləşdirənin (möhkəmləndirənin) Allah-Taala insanlarla rabitəsini də gözəlləşdirər (möhkəmləndirər)”

Əhzab surəsi, ayə-22.
Nəhcül-bəlağə, qısa kəlamlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir