Bu sualın cavabından qabaq əqidə azadlığı və irtidadın məna və şərtlərini diqqətlə araşdırmalıyıq.
Əqidə azadlığı dedikdə, insanın xarici təzyiqlərə məruz qalmadan, öz istəyi ilə müəyyən bir əqidəni qəbul etməsi nəzərdə tutulur. İrtidad isə İslam dinini qəbul etdikdən sonra ondan üz döndərmək və onun əsaslarını inkar etməkdir. İslam əqidə azadlığını xüsusi çərçivə və şərtlər əsasında qəbuledir və əsasən onun bəyənilmiş bir məsələ olmasında şəkk-şübhə yoxdur. Çünki ilahi peyğəmbərlərin dəvətinin qəbulu əqidə azadlığından aslıdır. Əgər insanlar öz din və etiqadlarını seçməkdə azad olmasaydılar, heç kim keçmiş əqidələrindən əl çəkməz və peyğəmbərlərin dəvətinə müsbət cavab verməzdilər. Bu isə, yanlız əqidə azadlığını qəbul etməklə məntiqə uyğundur. Həm də, azacıq diqqət yetirdikdə, aydın olur ki, əsas etibari ilə batinə və qəlbə aid əqidədə “təvkini” bir iş kimi məcburiyyət yoxdur. “Dində məcburiyyət yoxdur” ayəsi də məhz əqidə azadlığının “təkvini” yönünü aşılayır. Heç kimə təhdidlə, zorakılıqla bir əqidəni yükləmək olmaz. Belə bir şəxs, zahirdə onu qəbul etsə də, düzgün bildiyi və ixtiyarı ilə əqidə bəslədiyi zaman ona qəlbən bağlanacaqdır.
Diqqət yetirmək lazımdır ki, hər bir sahədə azadlıq məsələsi çərçivə daxilində bəyənilmiş bir iş sayılsa da, mütləq azadlıq nə mümkündür, nə də bəyənilən. Çünki mütləq və qeydsiz-şərtsiz azadlıq azğınlığa, ictimai asayişin pozulmasına, zülm və haqsızlığa səbəb olur və dünyada heç bir ağıllı adam bunu müdafiə etmir. İslam dini isə cəmiyyətin ideoloji münaqişələrdən, düşmənlərin hiylələrindən amanda qalması nəzərə alaraq azadlıq üçün müəyyən ölçü, hədd-hüdud təyin etmişdir. Qərblə İslam ideologiyası arasındakı azadlıq fərqi odur ki, qərbdə azadlıq istənilən sahədə ayrı-ayrı fərdlərin azadlığına maneəçilik törətməmək və dövlət siyasətlərinə qarşı çıxmamaqla şərtlənir. İslamda isə azadlığın şərti dini göstərişlərə riayət etməkdir. İslam cəmiyyətində fitnə-fəsad və əxlaqsızlıq yaranmadığı, insanların səadət və xoşbəxtliyi təhlükəyə düşmədiyi təqdirdə, əqidə azadlığına icazə verir.
İslamda kiminsə gizli əqidələrini arayıb-axtarmaq caiz deyildir. Hər kəs istədiyi əqidəni yanlış olsa da, qəbul edə bilər və onu aşkar etmədiyi vaxta qədər fiqhi-hüquqi baxımdan mühakimə oluna bilməz. Amma aydındır ki, o, yanlış əqidə seçdiyi üçün həqiqət yolundan uzaqlaşacaq və yaxud axirətdə əzabla sonuclanacaqdır.
Dini əqidələrlə bağlı sorğu-sual və tədqiqatın heç bir eybi yoxdur, hətta bu, İslamda bəyənilir. Haqq-həqiqət axtaranlar təşviq edilir və bir növ təbliğ metodu sayılır. Bir ayədə buyurulur:
İnsanları Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır.
Qurani-Kərimdə kor-koranə təqlidlər aydın şəkildə məzəmmət edilir: Onlara: “Allahın nazil etdiyinə tabe olun!” – deyildikdə, onlar: “Xeyr, biz atalarımızın tutduğu yolu tutacağıq!” – deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yola yönəlməyiblərsə necə?
Mütəal Allah, agah seçim və başqalarını haqq yola dəvət etməklə əlaqədar Peyğəmbərə (s) və ardıcıllarına buyurur: De: “Bu, mənim yolumdur. Mən və mənə tabe olanlar, mötəbər dəlillərə əsasən, insanları Allaha tərəf çağırırıq. Allah pakdır, müqəddəsdir. Mən də müşriklərdən deyiləm”.
Bəzən insanın əqidə və düşüncəsinə hücum çəkən şübhələr haqda İslam maarifi və dinin zəruri məsələlərinə əks də olsa, tədqiqat aparmağa icazə verilir və buna adi baxılır. Həqiqət sorağında olan şəxs həqiqətə çatmaq üçün zehninlə dolanan sual və şəkk-şübhələri açıqlayır və bu da onun əsl “mürtəd” olması demək deyildir. İnsan yanlız o zaman “mürtəd” adını daşıya bilər ki, yetkinlik həddi, əql və ixtiyar kimi şərtlərlə yanaşı aşağıdakı şərtlərə də malik olsun:
1.Bilərəkdən dinin zəruri məsələlərini inkar etsin, dinin zəruri məsələləri haqda dunu demək kifayətdir ki, onların sırf dinlə bağlı olmasında şəkk-şübhə yoxdur. Buna namaz, oruc, həccin vacibliyi, tovhid, məad, behişt və cəhənnəmə etiqad bəsləməyi misal göstərmək olar.
2. İnsan bilməlidir ki, dinin zəruri məsələlərini inkar etdikdə, Peyğəmbərin (s) nübuvvət və dinin əsaslarını da inkar ediləcəkdir. Əgər bur şəxs bu şərtlər çərçivəsində dinin zəruri məsələlərini istər elmi müzakirələr nəticəsində, istər də dünyəvi və maddi hədəflərinə çatması üçün inkar edərsə, həqiqətdə İslamdan çıxmış və mürtəd olmuşdur. Əlbəttə, əgər pis niyyəti olmadan və yanlız elmi şübhələri nəticəsində dini inkar edən şəxs Allahın dərgahında üzürlü sayılacaq və axirət əzabına düçar olmayacaqdır. Demək, əgər bir şəxs həqiqəti bilmədən dinin zəruri və qeyri-zəruri məsələlərindın birini inkar edərkən, yaxud Qurani-Kərimin və Məsumların (ə) kəlamlarınln doğruluğunu inkar edən bir söz dedikdən sonra yanıldığını bilib sözünü geri götürərsə, ona “mürtəd” demək olmaz.
Aydındır ki, yuxarıdakı iki qeydə əsasən, “irtidad” dini etiqadlarla bağlı şəkk-şübhəyə qapılan şəxsə aid deyil və yanlız ciddi şəkildə dini inkar etmək niyyəti olan şəxs “mürtəd” adlanır.
Uyğun mövzu ilə əlaqədar bir çox incəliklər vardır ki, onlardan biri də İslama qarşı məkrli planlarla mübarizə aparmaqdır. Amma İslam prinsipləri üzərində tədqiqat aparmaq və şübhələri aradan qaldırmaq üçün, həmişə yol açıqdır. Həqiqətən, müqəddəs İslam dini digər dinlərdən fərqlənərək agahlıqla düşünməyə və iman gətirməyə daha çox yer verir, kor-koronə təqlidlərdən çəkindirir, xurafata qarışıq əqidələrlə mübarizəyə qalxır. Demək, İslam maarifi ilə azacıq tanış olan bir şəxs İslamın “İrtidad” hökmü ilə elm və əqidə azadlığına qarşı olması fikrini məhkum edəcəkdir. Çünki İslam böyük fərxlə elmi artırmaq və həqiqəti axtarıb tapmağa təkid edir. Qurani-Kərimdə kitab əhlindən bir qrupun məkrli planları üzə çıxarmaqla “irtidad” ın fəlsəfəsi haqda belə buyurur:
Kitab əhlindən bir zümrə dedi: “Möminlərə nazil edilənə günün əvvəlində iman gətirin və günün sonunda inkar edin ki, bəlkə onlar öz dinlərindən dönələr.
Mərhum Əllamə Təbatəbai bu ayənin təfsirində yazır: “Kitab əhli möminləri şəkk-şübhəyə salaraq öz işlərini yozmaq üçün belə deyirdilər. Biz elə bilirdik ki, İslam özünü haqq və doru olmasına bir dəlil-sübutu vardır. Bizim onun batil olması üçün bir sıra faktlarımız var, ona görə də İslamdan üz döndərdik”
İslamda “ İrtidad” ın sübutu ilə bağlı göstərilən şərtlərə diqqət yetirdikdə, bu incəliyi açıq-aşkar görmək olar. Belə ki, “mürtəd” üçün təyin edilən ağır cəza tədbirlərində məqsəd fitnə-fəsadın, hərc-mərcliyin, dini etiqadlara hörmətsizliyin qarşısını almaq, eləcə də ilahi və insani bir dəyər kimi imanı və düzgün etiqadları qorumaqdır. İslam bu hökmü verməklə kor-korona təqlidlərin düşmənlərin məkrli planlarının yolunu bağlayır və tədqiqat nəticəsində yaranan imanın lüzumuna təkid edir.
Qeyd etdiyimiz kimi, əgər bir müsəlman batinən mürtəd olduğunu aşkar etmədiyi təqdirdə, İslamda “mürtəd” üçün nəzərdə tutulmuş hüquqi cəza tədbirləri ilə məhkum edilməyəcək. Lakin əqidəsini aşkar etdikdə və öz çirkin məqsədlərini yaydıqda, cəza tədbirləri ilə qarşılaşacaq, azadlığı məhdudlaşdırılacaqdır. Bu da tamamilə məntiqə uyğundur. Demək, cəmiyyət və dövlət yolxucu bir xəstəliyin qarşısını məqsədilə təhlükəsizlik tədbirlərə əl atdığı kimi, ruhi-mənəvi xəstəliklərin qarşısının alınması haqda da bir çarə fikirləşməlidir. Çünki düzgün əqidələrə bağlanan insanların dünya və axirət səadəti şübhəsiz, onların cismani sağlamlığından olduqca önəmlidir. Belə isə oğrunun, cinayətkarın və narkotik maddələrə qurşananların cəzaya məhkum edilməsində əsla tərəddüdə yol verilmədiyi kimi, düzgün əqidələri oğurlayan, öldürücü və azdırıcı düşüncələrə rəvac verənlərin cəzalandırılmasında da azacıq belə tərəddüd edilməməlidir. Odur ki, düzgün və imanı ən mühüm dəyər hesab edən müqəddəs İslam dini cəmiyyətin ilahi düşüncələrinin qorunmasına yüksək əhəmiyyətlə yanaşır. İslam dini əqidə azadlığını cəmiyyətin dünya və axirət, maddi və mənəvi xoşbəxtliyi təhlükəyə düşmədiyi təqdirdə, aşkar təbliğ etməyə icazə verir. Qeyd etmək lazımdır ki, hər kim İslam göstərişləri və əqidələrini düzgün və məntiqə uyğun metodlarla tədqiq edərsə, sözsüz, onların doğru və həqiqət olduğuna iman gətirəcək. Amma elmi şübhələrə qapılaraq dinin zəruri məsələləri və əsaslarını inkar etsə, üzürlü sayılsa da “mürtəd” adını daşıyacaqdır.
SON HƏDİS
İmam Əli (ə) buyurur: İlahi, bizi Sənə buyurduqlarına qarşı çıxmaqdan, dinindən xaric olmaqdan və nəfsin istəklərinin ardıcıl olaraq hücum çəkməsindən pənah gətirirk.
İstifadə olunmuş mənbələr
“İrtidad və Azadi, Pasdareye İslam”, Ayətullah Cavadi Amuli,
“İslam və bəşəri hüquqlar baxımdan mürtəklik hökmləri”, Seyfullah Sərami,
“İslamda hüquq nəzəriyyəsi” Ayətullah Misbah
İstifadə olunmuş Quran ayələri
Nəhl, 125 ayə.
Bəqərə, 170.
Yusif, 108 ayə.
Ali-İmran 72.