İnsanları düzgün yola hidayət etmək üçün Allah tərəfindən nazil olan ilahi peyğəmbərlərin möcüzələri onları fərqləndirməkdə və mötəbərliyini sübut etməkdə mühüm əlamətlərdən biri olmuşdur. Qurani-Kərimin möcüzələrindən biri rəqəm möcüzələr kimi tanınan rəqəmlər və sözlərin təkrar sayı ilə bağlı olan müzakirələrdir.
Quran möcüzəsinin bir hissəsi Quran kəlmələrinin sayı ilə əlaqəli olan möcüzələr kateqoriyasından ibarətdir ki, buda çox sirli və eyni zamanda çox da maraqlı və cəlbedici bir məsələdir. Burada nümunə olaraq bir neçə bu barədə olan möcüzəni qeyd etmək yerinə düşərdi:
1-“Gün” mənası verən “Yəvm” sözü Quranda 365 dəfə qeyd olunub ki, bu da bir ildəki günlərin sayı qədərdir.
2-Ay mənasında olan “şəhr” sözü 12 dəfə, “saət” sözü isə 24 dəfə gəlmişdir.
3-“Dünya” və “Axirət” sözləri bərabər sayda gəlmişdir.
4-“Kişi” mənasında olan “rəcul” və qadın mənasında olan “mər`ə” kəlməsi bərabər sayda qeyd olunmuşdur.
5-“Şeytan” və “Mələk” sözləri eyni sayda gəlmişdir
6-“İman” sözləri və ondan alınan kəlmələr “elm” kəlməsi və ondan alınan kəlmələr ilə bərabər gəlmişdir.
7-“Ölüm” mənasını verən “movt” sözləri və ondan alınan kəlmələr ilə “həyat” sözləri və ondan alınan kəlmələr bərabər sayda qeyd olunmuşdur.
8-“Nur” və “zülmət” sözləri bərabər sayda gəlmişdir.
Qeyd olunan bu möcüzələr peyğəmbərləri daha yaxından tanımaq üçün mühüm bir yol hesab edilir. Ümumi olaraq Quran möcüzələri qeyd etdiklərimizlə məhdudlaşmır. Qurani-Kərimin daha çox yeni-yeni açıqlanan bir çox elmi möcüzələri də vardır ki, onlar Quran ilə əlaqəli yazılmış kitablarda mövcuddur. Xüsusilə Yerin hərəkəti, ümumi cazibə qanunu, yerin sferekliyi, bitkilərin küləklə mayalanması və s. kimi elm aləminin məsələləridir ki, son əsrlərə qədər əlçatmaz olduğu halda, 14-əsr əvvəl bu mübarək ayələrdə aydın şəkildə bəyan olunmuşdur.