Qorxu ilə fobiyanın fərqi (psixoloji aspektə)

Fobiya Yunanca “phobos” sözünden gəlir və Fobos Yunan mifologiyasında qorxu tanrısıdır.
Fobiya insan beyninə olan təzyiqə deyilir. Bu təzyiq insanda qeyri-normal qorxular yaradır. Hansısa keçmişdə olan hadisə ilə bağlı və ya gələcəkdə baş verecək hadisə ücün narahatçılıq keçirərək qorxur. Bu qorxu ürək döyünməsi, baş gicəllənməsi, üz qızarması, üzdə qaşınma və yanma hissi, soyuq tərləmə, titrəmə, tənginəfəslik, boğulma, dumanlı görmə, nəfəs darlığı, udqunmada çətinlik, ani təziq düşməsi, huşunu itirmə, şok və.s ilə müşahidə olunan bir haldır. Panik atakda görünən bütün əlamətlərin demək olar ki, hamısı fobiklərdədə rast gəlinir. Fobiyanın panik atakdan fərqi ondadır ki, fobik nə zaman panikaya düşəcəyini bilir və ordan qaçmağa çalışır. Misal üçün, lift fobiyası olan bir adam liftə minməkdənsə piləkənlə qalxır.
Fobiyalar insanın pataloji psixoloji hissələrindəndir. Emosional mahiyyət etibari ilə qorxu ilə eynidir. Sadəcə olaraq, qorxunun daha kəsin, intensiv və çətin dəfolunan formasıdır. Fobiyanın qorxunun mənşəli olduğu elə adından da görünür. Belə ki, fobiya sözü latın mənşəli olub, qorxu mənasını ifadə edir. Psixiatriyada fobiya dedikdə, adətən, qorxu hissinin patoloji olaraq şiddətli formada özünü göstərməsi başa düşülür. Fobiya qorxunun daha kəsin forması olduğu üçün insanın onu özündən uzaqlaşdırması elə də asan deyildir. Fobiyalar zamanı insan qorxu obyektindən başqa bir şey haqda düşünə bilmir. Onun üçün ancaq bir düşüncə vardır: Qorxu. Buna görə də qorxunun bu növünə əlçəkməz, sarışan, qorxular adını da vermişlər. Vaxtında müalicə olunmazsa, fobiyalar daha kəskinləşə və acı nəticələrə gətirib çıxara bilər. Fobiyalar insanın cəmiyyətə adaptasiya olunmasına, normal fəaliyyət göstərməsinə çox mane olur. Fobiyalar insanın bacarıqlarını layiqincə aşkar edə bilmə imkanlarını azaldır. Bu halları yaşayan insanlar bir çox hallarda öz qorxularının əsassız oldğunu anlasalar da, özləri ilə bacara bilmirlər.
Psixiatrlara görə, bəzi fobiyaların məntiqi surətdə əsaslandırmaq və onlara rasional izah vermək çətindir. İnsanlar bəzi fobiyalar zamanı əsassız amillərdən şiddətlə qorxu hissi keçirirlər. Məsələ, deynofobiyadan əziyyət çəkənlər danışmaqdan dəhşətli dərəcədə qorxarlar. Dekstrofobiya zamanı isə insan sağ tərəfdə qərar tutan hər bir obyektdən qorxmağa başlayar. Bəzi fobiyalar zamanı insan sudan, müxtəlif növ heyvanlardan, fərqli əşyalardan vahimələnməyə başlayar. İnsanların keçirdiyi bu cür qorxu hissləri onların iradəsindən asılı olmayaraq yaranmaqdadır. İlkin məqamlarda asanlıqla müalicə oluna bilən qorxular psixikada özünə yer edəndən sonra aradan qaldırılması da çox çətinləşir Aydındır ki, fobiyaların bəziləri insan üçün həyati bir zərər yaratmasa da, bir qismi insanın yaşayışını məşəqqətli və dözülməz edir, həyatı təhlükə altına belə sala bilər.
Fobiyaların yaşı haqqında onu deyə bilərik ki, onların yaşı insanlığın yaşı qədərdir. Çünki fobiyaların yaranmasına səbəb olan amillər insanın mövcudiyyəti ilə bərabər yaranmağa başlamışdır. Fobiyaların xarakteristikası və onlara tutulmuş şəxslər haqda ilkin məlumatlara müxtəlif qədim ədəbiyyatlarda rast gəlirik. Eramızdan 5 əsr əvvəl “Tibbin atası” olan Hippokrat özünün “Epidemiya” adlı əsərində idarəolunmaz klinik qorxuları təsvir etmişdir. İngilis teoloqu və yazıçısı Robert Barton 1621-ci ildə özünün “Melanxoluyanın anatomiyası” adlı ensiklopedik kitabında fobiyaya tutulmuş bir neçə şəxsin əhvalatını bəyan etmişdir. Onun təsvir etdiyi şəxslərdən biri öləcəyi və ya halının pis olacağı qorxusu ilə evdən kənara çıxmırdı. Kitabda körpü üzərindən keçə bilməyən, şəlaləyə yaxınlaşmayan və hündürlüyə qalxa bilməyən insan haqqında da söhbət açılır. Belə ki, bu insana belə yerklərə yaxınlaşan zaman özünü suya atmaq və hündür yerdən aşağı tullanmaq kimi qarşısı alınmaz fikirlər gəlirmiş. Monten isə belə yazır: “Rastlaştığım bəzi insanlar sıçanı görən zaman (dəhşətdən) halları pis olurdu. Dİgərləri isə yanalarında döşək çırpan zaman belə hallar yaşayrdılar”. Fransız cərrahı Kamyu isə İngiltərə Şahı I Yakovun yalın qılınc görən zaman dəhşətə gəldiyini qeyd edir. I Yakovun Şotlandiya və Fransa şahzadəsi olan anası Mariya Stüard 1566-ci ildə, ona hamilə olan zaman gözü qarşısında müşaviri David Riççon 56 dəfə qılınc zərbəsi almışdır. Bu zaman David Mariyanın ətəklərindən tutaraq onu xilas etməsini istəmişdir. Mariya isə bir qrup qəzəbli şəxslərdə qorxduğu üçün onu xilas edə bilməmişdir. Mümkündür ki, həmin anda ananın keçirdiyi xüsusi formalı qorxu bətində olan övlada ötürülmüşdür.
Son dövrlərdə “fobiya” məfhumu transformasiyaya uğrayaraq öz mənasından başqa mənalarda da işlədildi. Belə ki, hazırda kəskin pis münasibət göstərilən bəzi şeylərə nisbətdə də bu ifadədən istifadə olunur. Məsələn, xristian fobiya (xristianlara qarşı aqressiv kəskin münasibət) rusofobiya (ruslara qarşı nifrət) kimi…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir