Müshəflərin fərqləri

Müshəflərİn fərqləri

Müshəfləri toplayanlar fərqli insanlar idilər və bir-birləri ilə əlaqələri yox idi. Bu işi həyata keçirmək baxımından istedadları, məharətləri də bir deyildi. Buna görə də hər birinin topladığı nüsxə metod, ardıcıllıq, qiraət və s. cəhətlərindən bir-birindən fərqlənirdi. 

Müshəflərdə, qiraətlərdə fərqlilik, ixtilaf insanlar arasında parçalanmaya, mübahisəyə, ixtilafa yol açırdı. Bir çox hallarda bir-birindən uzaq məntəqələrin sakinləri döyüşdə iştirak etmək və ya digər səhabələrlə rastlaşdıqda öz etiqadlarına, fikirlərinə qarşı təəssübləri nəticəsində bir-birlərini məhkum edirdilər və bu, mübahisələrlə, çəkişmələrlə nəticələnirdi. 

İnsanların müshəflərlə bağlı ixtilaflarından, müshəf sahiblərinin qiraətlərinə qarşı təəssüblərindən bir neçə nümunəyə nəzər salaq:

1. Ermənistan döyüşündən qayıdarkən Hüzeyf Səid ibn Asa dedi: “Bu səfərdə bir şeyə rast gəldim. Əgər bu işlə ciddi məşğul olunmasa insanların Quran haqqında ixtilafa düşməsinə gətirib çıxaracaq. Belə olduqda ona heç vaxt çarə qılmaq mümkün olmayacaq”. Səid soruşdu: “Məsələ nədən ibarətdir?”. Hüzeyfə dedi: “Həms əhlindən bir qrup gördüm. Onlar qiraətlərinin başqalarının qiraətlərindən daha yaxşı olduğunu düşünürdülər. Onlar Quranı Miqdaddan öyrəniblər. Dəməşq əhalisi isə öz qiraətlərini digər qiraətlərdən daha yaxşı olduğunu deyirdi. Küfəlilər isə İbn Məsudun qiraətini qəbul etmiş və ona etiqad bağlamışlar. Bəsrəlilər isə Əbu Musa Əşərinin qiraətinə uyğun tilavət edir və onun müshəfini “Lübab əl-qülub” adlandırırdılar”.

Hüzeyfə və Səid Küfəyə qayıtdıqda Hüzeyfə bu məsələni insanlarla bölüşdü. Onu narahat edən məsələ haqqında xəbərdarlıq etdi. Peyğəmbərin (s) səhabələri və bir çox tabein onunla razılaşdılar. İbn Məsudun tərəfdarları ona etiraz etdilər: “Bizə nə iradın var? Biz Quranı İbn Məsudun qiraətinə uyğun oxumaqdan başqa nə etmişik?” Hüzeyfə və onun müvafiqləri əsəbiləşdilər və dedilər: “Susun, yanılırsınız”. O, dedi: “Allaha and olsun, əgər sağ qalsam, bu məsələni müsəlmanların xəlifəsi (Osman) ilə müzakirə edəcəm ki, bir çarə düşünsün”. Hüzeyfə İbn Məsudla görüşdükdə onu məsələdən hali etdi. Lakin İbn Məsud onunla sərt danışdı. Səid əsəbiləşib məclisi tərk etdi. İnsanlar da dağılışdı. Hüzeyfə əsəbi halda Osmannın görüşünə tələsdi”. 

2. Yezid Nəxəi deyir: “Vəlid ibn Əqəbə Osman tərəfindən Küfə valisi olduğu dönəmdə Küfə məscidinə getdim. Oraya bir dəstə insan yığılmışdı. Hüzeyfə ibn Yəman da onların içində idi. O zaman məscidin xadimləri yox idi. Kimsə fəryad çəkdi: Əbu Musa Əşərinin qiraətinin tərəfdarı olanlar qazılmış qapının yanındakı küncə, İbn Məsudun qiraətinin tərəfdarları isə Abdullahın evinə yaxın küncə toplaşsınlar. Bu iki qrup “Bəqərə” sürəsindəki bir ayə ilə bağlı mübahisə edirdi. Biri deyirdi: “وَ أَتِمُّوا الْحَجَّ وَ الْعُمْرَةَ لِلّهَ” olmalıdır. Digəri isə deyirdi: “وَ أَتِمُّوا الْحَجَّ وَ الْعُمْرَةَ لِلبیتَ” olmalıdır. Hüzeyfə çox narahat oldu və dedi: “Bu mübahisələr sizdən öncə də vardı. Gəlin, Osmana müraciət edək”. 

İbn Əbu əş-Şəsanın nəql etdiyi rəvayətdə deyilir: “Hüzeyfə dedi: “İbn Ümmu-Əbdin qiraətçiləri! Əbu Musa Əşərinin qiraətçiləri! And olsun Allaha, əgər müsəlmanların xəlifəsi Osmanı görüncəyədək sağ qalsam, onu vahid qiraət tərtib etməyə vadar edəcəyəm”. Abdullah (İbn Məsud) qəzəblənib dedi: “Bu ağır sözdür”. Hüzeyfə isə susdu.

Digər rəvayətdə isə deyilir: Hüzeyfə dedi: Küfə əhalisi “Abdullahın (İbn Məsud) qiraəti”, bəsrəlilər “Əbu Musanın qiraəti”, – deyirlər. Allaha and olsun ki, Osmanın yanına gedə bilsəm, onu bu müshəfləri (suda) batırmağa vadar edəcəyəm”. Abdullah ona dedi: “Əgər bu işi görsən, Allah səni sudan başqa yerdə (cəhənnəmdə) batıracaq”. 

İbn Həcər nəql edir: İbn Məsud Hüzeyfəyə dedi: “Mənə xəbər çatıb ki, sən belə demisən”. Hüzeyfə dedi: “Bəli, mən “filankəsin qiraəti”, “filankəsin qiraəti” deyilməsini, insanların əhli-kitab kimi ixtilafa düşməsini istəmirəm”.

3. İbn Əştə Ənəs ibn Malikdən nəql edir: “Osman dönəmində Küfədə insanlar Quranla bağlı ixtilafa düşmüşdülər. Bir müəllim Quranı müshəf sahiblərindən birinin qiraətinə, digər bir müəllim isə başqa bir qiraətə uyğun tədris edirdi. Bu ixtilaf gənclərin arasına sürüklənirdi. Bu ixtilaflar müəllimlərə çatdıqda hər biri digər qiraətin yanlış olduğunu iddia edirdi. Bu xəbər Osman ibn Əffana çatdı və o, dedi: “Mən aranızda olduğum bir halda Quranı təkzib edir, onu yanlış adlandırırsınız? Kim (bu problemi aradan qaldırmaqda) məndən uzaq gəzsə, daha böyük təkzib və yanlışlığa düçar olacaq”.     

4. Məhəmməd ibn Sirindən nəql olunur: “Bəziləri Quranı qiraət edir, digərləri isə onu yanlış adlandırırdılar. Bu xəbər Osmana çatdı. Osman məsələ qaldırıb, Qüreyş və Ənsardan on iki nəfəri topladı …

5. Bükeyr əl-Əşəcdən nəql olunduğuna görə, İraqda biri digərindən bir ayənin qiraətini soruşurdu. Qarşı tərəf ayəni qiraət etdikdə deyirdi: “Bu qiraət düzgün və məqbul deyil”. Bu məsələ insanlar arasında yayıldı. Belə ki, Osmanla müzakirə olundu.

Quranla bağlı bu qəbil hadisələr, ixtilaflar Hüzeyfə ibn Yəman kimi ayıq şəxsiyyətlər tərəfindən ciddiyə alınmasaydı xoşagəlməz hadisələr, acı nəticələr törədəcəkdi.

Hüzeyfənİn Mədİnəyə daxİl olması

Hüzeyfə Ermənistan döyüşündən qayıdarkən insanların Quranla bağlı ixtilafını xoşagəlməz hal hesab edib, bu problem digər yerlərə  sirayət etməmiş onun həlli üçün Peyğəmbərin (s) Küfədəki səhabələri ilə məsləhətləşdi. Hüzeyfənin fikri bu idi ki, Osmanı müshəfləri eyniləşdirməyə, insanları vahid qiraətə məcbur etməyə vadar etsin. Abdullah ibn Məsuddan başqa bütün səhabələr bu fikrin düzgünlüyünü yekdilliklə qəbul edirdilər.

Hüzeyfə bacardıqca sürətlə Mədinəyə doğru hərəkət etdi ki, Məhəmməd (s) ümməti parçalanmamış Osmanı ayağa qaldırsın . 

Hüzeyfə Osmana dedi: “Ey müsəlmanların xəlifəsi! Mən ört-basdır etmədən xəbərdarlıq edirəm. Bu ümmətin yəhudi və xristianların düşdüyü ixtilafa düşməzdən öncə dadına yet”. Osman soruşdu: “Məsələ nədən ibarətdir?” Hüzeyfə dedi: “Ermənistan döyüşündə iştirak etdim. Orada Şam əhalisi Quranı Übəyy ibn Kəbin qiraəti ilə oxuyurdu. İraq insanları onun bir çox detallarını eşitməyiblər. İraq əhalisi Abdullah ibn Məsudun qiraəti ilə gedir. Şam insanları onun bir çox xırdalıqlarından xəbərsizdirlər. Hər bir qiraət tərəfdarı digər qiraət tərəfdarını kafirlikdə ittiham edirdi. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir