Sual: Əgər insanın müqəddəratı qədr gecəsi müəyyən olunursa, o zaman insanın təlaş və ixtiyarı nə məna daşıyır?
Cavab: İnsanın talehi və müqəddəratının qədr gecəsində qeydə alınaması ilə onun ixtiyarının ziddiyət təşkil etməsi məsəsi bu məsələyə görə irəli sürülmüşdür ki, bir tərəfdən rəvayətlərə əsasən, bu gecə insanın bir illik taleyi təyin olunaraq İmam Zamana (ə) təhvil verilir və digər tərəfdən bu təqdir və təyin Allahın elminə əsaslanır. Belə ki, əgər insan müəyyən olunmuş taleyini dəyişdirə bilsə, həm Allahın elmində nadanlıq yaranacaq, həm də Onun təyini mənasız olacaqdır. Bu iki şübhə ilə qarşılaşmamaq üçün insanın öz talehini dəyişdirməsindəki gücünü inkar etsək, bu da cəbr mənası verəcəkdir.
1. ”Cəbr” və “ixtiyar” məsələsi ilə bağlı müxtəlif görüşlər. Yuxarıdakı sualın cavabının aydınlaşması üçün diqqət etməliyik ki, “cəbr” və “ixtiyar” predmeti teologiya elmi ilə bağlı çox qədim zamanlara gedib çatır və bütün dini-ideoloji məktəblərdə özünə xüsusi yer ayırmışdır. İslam məktəbində bu məsələ ilə əlaqədar üç əsas görüş irəli sürülmüşdür:
1. Əşərilər məktəbinin “mütləq cəbr” görüşü.
2. Mötəzilə məktəbinin “mütləq ixtiyar və azadlıq” görüşü.
3. Şiə məktəbinin “orta mövqe” ( nə mütləq cəbr, nə də mütləq ixtiyar) görüşü.
Əhli-beyt məktəbinin ardıcılları həm məsum imamlara (ə) tabe olmaqla, həm də əqli-fəlsəfi dəlillərlə “orta mövqe”nin ən düzgün yol olduğunu sübut etmişlər; yəni insanın işləri nə tamamilə öz yaradıcılığıdır ki, onun işləri mütal Allahın qüdrət dairəsindən xaric olsun, nədə tamamilı Allahın məxluqudur ki, savab və cəza mənasız olsun. Üçüncü görüşdə müsəlman alimləri “cəbr” şübhəsinə iki cavab vermişlər ki, qədr gecəsində tale və müqəddəratın təyini ilə insanın ixtiyarı arasındakı ziddiyyəti irəli sürən şübhəni də ona aid etmək olar. Yeri gəlmişkən, bu şübhəyə axırda ixtisaslı şəkildə cavab veriləcəkdir.
Birinci cavab: Allah-Talaanın nizam-intizam üzərində yaratdığı kainata səbəb-nəticə qanunu hakimdir. Vasitəsiz şəkildə yaranan ilk məxluqdan başqa, bütün varlıqlar Allah-Taalanın müəyyən etdiyi səbəblərdən vücuda gəlmişdir. Məsələ, təbiət aləmi elə tənzim olunmuşdur ki, xüsusi şəraitdə əkilən toxum çırtlayaraq yarpaq çıxaracaq, bitkiyə çevriləcəkdir. Həmçinin nütfə qadın batinində yerləşdiyi təqdirdə, biz istəsək də, istəməsək də, rüşeymə çevriləcəkdir. Lakin bütün səbəblər bu sadəlikdə deyil, əksinə, bəzi fenomenlərin səbəbləri anlaşılmazdır, ona bir sıra ünsürlər dəxalət edir ki, onları asanlıqla ayırd etmək olmur. İnsanın ixtiyari işləri də bu qəbildəndir. Səbəb-nəticə qanunu insanın ixtiyar və iradəsində böyük rol oynayır. Demək, insanın ixtiyarı mütəal Allahın yaratdığı bu aləmin bir qismini təşkil edir.
Bu cavabın iradı: Göstərilən təhlilə əsasən, Allah-Taala insanın taleyini özünə həvalə etmiş olur. Bunun mənası budur ki, Allah-Taala insanın talehinə dəxalət etmir. Bu isə üçüncü görüşlə əlaqədar irəli sürülsə də, əməli olaraq mötəzilə məktəbi tərəfindən deyilən “təfviz” adlı yanlış mənadan ibarətdir. Həm də bu təhlilə görə, qəbul etməliyik ki, Allah-Taalanın insanın ixtiyari işlərinə qarşı elmi yalnız bu nizama elmi olub, insanın işlərinin təfərrüatından xəbərsizdir. Bu da bəzi qədim filosofların, kəlamlarından başa düşülən mənadan başqa bir şey deyildir. Əllamə Məclisi dərin düşüncəsi ilə Quran və sünnəyə əsaslanaraq onu dinin zərurətinə əks bilir.
İkinci cavab: Taleyin təyin olunması ilə əlaqədar ikinci məna odur ki, Allah-Taalanın yaratdığı, səbəb-nəticə qanunu üzərində qurduğu kainata və ona hakim nizam-intizam təsir göstərir. Odur ki, belə deyirlər: “Allah-taalanın səbəbkar olduğu qədər də ürəkyandırandır. O, atəşi yandırıcı xəql etdiyi kimi, onu gülüstana da çevirə bilər. Dəqiq desək, Allah-Taala atəşi yandırıcı səbəb yaratsa da, Onun Özü həmin səbəbi qüvvədən salıb, başqa bir səbəblə də dəyişə bilər.
Bu təhlilə əsasən, taleyi təyin etmək səbəbləri müəyyən nəticələrin yolu üzərin qoymaq mənasını daşıyacaqdır. Başqa sözlə, mütəal Allah insanların taleyini, hətta qədr gecəsindən qabaq fitrət aləmində dəqiq şəkildə təyin etmişdir. Ondan daha üstün mənada, Allah əzəli və əbədi elmində kimin xoşbəxt və kiminsə bədbəxt olması müəyyəndir. Ariflərin dediyi kimi, sabit vəziyyətdə hər kəsin səadət və bədbəxtliklə nisbəti məlumdur. Lakin bunun insanın ixtiyarı ilə heç bir ziddiyyəti yoxdur. Çünki bu təyin və təqdir Allahın əzəli və əbədi elmindən doğur və Onun bu elmi insanın iradə və ixtiyarına tabedir. Başqa sözlə, O, filankəsin filan yerdə,filan saatda və filan vəziyyətdə nə edəcəyini, hansı qərara gələcəyini və öz ixtiyarı ilə hansı yolu seçəcəyini, hansı taleyə üz tutacağını yaxşı bilir. Rəvayətlərə müraciət etdikdə, görəcəyik ki, mütəal Allahın vasitəsi ilə taleyin təyin edilməsindəki həmin məna və həqiqət qəbul olunmuşdur. İmam Sadiq (ə) buyurur: “Allah-Taala insanlardan filan işin baş verdiyini (yəni müəyyən bir işi görmək istədiklərini ) bildiyi üçün işlərini öz ixtiyarlarına qoydu. Buna görə də, həmin işi görməkdə bacarıqlıdırlar”. Bu rəvayətlərdə taleyin təyin edilməsi məsələsində mütəal Allah vəsilə və səbəbi insanın ixtiyarına qoyur və o da həmin səbəbdən istifadə edərək işini görür. Lakin müəyyən bir işin, məsələ günahın səbəbini onun ixtiyarına qoymasının səbəbi budur ki, Allah-Taala onun axırda öz ixtiyarı ilə həmin işə quraşacağını bilir.
2. Əbu bəsir İmam Sadiq (ə) dən belə nəql edir: “bir dəfə bir nəfər İmam Sadiqin (ə) günah əhlinin əzabı ilə əlaqədar Allahın hökmünü soruşduqda, o həzrət buyurur: “Allah-Taala bu hökmü verdikdən sonra onun əhliniə həmin hökmü başa düşmək üçün güc verdi, ona layiq ağır yükü onlardan götürdü və günah əhlinə günah etmək qüdrətini verdi. Şünki öncədən bilirdi ki, onlardan günah baş verəcək.” Məruf həsəni bu hədisin davamında yazır: “Allahın onlara hökmü Onun bu işə qarşı elmindən qaynaqlanır ki, onlar öz ixtiyarları ilə bədbəxtlik yolunu seçəcəklər.” Bu iki rəvayətə diqqət yetirdikdə, ümumiyyətlə, demək olar ki, Allah tərəfindən əzəldən taleyin təyin edilməsinin mənası belədir: “Allahın əzəli elmini nəzərə alaraq insan öz ixtiyarı ilə hansı işləri yerinə yetirəcəyini bilir. Odur ki, öz işində heç də məcbur deyil. Bu iş eyni ilə ona bənzəyir ki, insanın iradəsinə təsirli olan bütün amillərdən tamamilə agah olan bir kəs əvvəldən onun filan saatda hansı işlərə əl atacağını yəqin dərəcədə bilir. Düzdür, burada o, həmin şəxsin taleyinin bütün təfərrüatından, görəcək işlərinin siyahısından agah olsa da “cəbr” deyil. Çünki ona bir şey yüklənməmişdir. Qədr gecəsinə gəldikdə isə, deməliyik ki, həmin gecə Allahın əzəli elmi və Onun elm xəzinəsində mövcud olan insanların bir illik işlərinin siyahısı göndərilir. Bu isə əsla “cəbr” deyildir.
2. İxtisaslı cavab: “Cəbr” və “ixtiyar” şübhəsinə verilən bu cavabda adi cavabları üstələyəcəyik və əsas bir məsələ kimi qəbul edəcəyik ki, qədr gecəsində yalnız mütaəl Allahın əzəli elminin nazil olması deyil, həm də bir növ insanların taleyi yazılır, qeydə alınır. Bu fərziyyə ilə deyirik: “Qədr gecəsində təyin olunan tale dəyişilməz və qəti tale qismində deyildir. Rəvayətlərdə deyilir ki, əgər bir kəs qədr gecəsində bağışlanmasa “ərəfə günü” bağışlanması üçün təlaş etsin. Bu hədisin mənası budur ki, qədr gecəsində təyin oluna tale “Ərəfə” günü və yaxud ilin başqa günlərində dəyişirilə bilər. Buradan qədr gecəsi qeydə alınan talehinin qəti olmadığı və zəmanınin sahibi İmam Mehdinin (ə) qəlbinə nazil edilən elmin tam təqdir olmadığı aydınlaşır. Başqa sözlə, qədr gecəsi nazil olan elm “gizli” və “isbat” adlı “lövhə”dən ibarətdir. Lakin bu təhlildə ən azı mütaəl Allahın əzəli elminin surətini adlanan “lövhi-məhfuz” elmi zəmanənin imamına təhvil verilmir. Çünki bu surətdə həmin elm heç zaman dəyişilə bilməz. Çünki bu surətdə həmin elm heç zaman dəyişilə bilməz. Odur ki, qədr gecəsində insanların işlərinin müəyyənləşdirilməsi və talehlərinin qeydə alınması sadəcə kağız üzərində yazılmış hələ qərarı çıxarılmamış qanuna bənzəyir ki, insan zəhmət və təlaşı ilə onun son mətnini dəyişdirərək ziyanına yazılanları xeyrinə tamamlaya bilər. Rəvayətlərə müraciət etdikdə, aydın olur ki, qədr gecəsi imamlara nazil olunan müqəddərat qəti deyil və dəyişiləndir. Məsələ “Əyyaşi” təfsirində belə bir rəvayət nəql olunur: “bir nəfər İmam Sadiq(ə)dən qədr gecəsi haqda soruşdurda o həzrət buyurdu:
“Bu gecə mələklər və yazıçılar dünya səmasına nazil olar və il ərzində baş verəcək hadisələri və bəndələrə yetişəcək hadisələri yazarlar. Amma bəzi işlər də mütaəl Allahın istəyindən aslıdır. Mütəal Allah həmin işlərdən istədiyini irəli keçirər və istədiyini təxirə salar, istədiyini məhv istədiyini sabit edər. “Ümmul-kitab” Onun yanındadır.”
İmamların kəlamlarından başa düşülür ki, onlar qəti və dəyişilməz elmə malik olmamışlar. Məsələ, İmam Sadiq (ə) mötəbər bir hədisdə buyurur: “İmam Zeynəlabidin (ə) həmişə deyərdi: “Əgər Quran-Kərimdə bir ayə olmasaydı sizi qiyamət gününə qədər baş verəcək bütün hadisələrdən xəbərdar edərdim” soruşdular “hansı ayə” Həzrət buyurdu: Mütəal Allahın buyurduğu bu ayə:
“Allah (məhv bə isbat) lövhəsində yazılmış hadisələrdən istədiyini məhc edər və (bəzi hadisələri orada) dərc edər və “Ümmul-kitab” (lövhi məhfuz) Onun yanındadır.”
Bu məsələ ilə əlaqədar rəvayətlər olduqca çoxdur. Beləliklə, qeyd edilənlərdən belə qənaətə gəlirik ki, əvvəla, “”cəbr” və “İxtiyar” şübhəsinə verilən məşhur cavablar qədr gecəsi ilə əlaqələndirilən “cəbr” şübhəsinə də aiddir. Qədr gecəsində taleyin yazılması mütəal Allahın əzəli elminin göndərilməsindən başqa bir məna daşımayacaq və bu da insanın iradəvə ixtiyarından aslıdır. İkincisi, əgər qədr gecəsində baş verənlər “elmin nazil olması” yox, qəti olmadığını, insanın öz taleyini dəyişdirə biləcəyini və bunun “təyin” qəlbindən olduğunu qəbul etsək, yenə də “cəbr” lə nəticələnməyəcəkdir. Sonda qeyd etməliyik ki, qədr gecəsində insanın taleyi ilə bağlı qeydə alınan ilk yazılar da yersiz deyildir, əksinə indiki hal bizə məlum olmayan minlərlə digər amillərin və keçmiş əməllərin nəticəsi olaraq yaranmışdır; elə amillər ki, həyat boyu öz iradə və ixtiyarımızla vücuda gətirmişik və hətta onları tamamilə yaddan çıxartsaq da mütəal Allah əzəli və əbədi elmində zəxirə olunmuşdur.
SON HƏDİS
İmam Rza (ə) buyurur: “Əmirəlmöminin Əli (ə) üç gecəni yatmazdı, Ramazan ayının 23-cü gecəsi, “Fitr” bayramı gecısi və “Şaban” ayının 15-ci gecəsi. Bu gecələrdə ruzilər bölünər, ömür müddəro və il ərzində baş verəcək hadisələr qeydə alınar.
İstifadə olunmuş mənbələr
Qurani-Kərim
Biharul-Ənvar, c. 4, 5.
İqbalul-əmal. Seyyid cəfər İbn Tavus rəziyyədin Əli ibn Musa
Mənla yəhzəruhul-fəqih, 2-ci cild
Üsuli-kafi, 4-cü cild
Təfsiri Əyyaşi
Təfsiri-Numunə, qədr surəsinin təfsiri.